Makiyaj edərkən saç da dəri rəngi qədər vacibdir. Belə ki, saç rənginin açıq və ya tünd tonlarda olması makiyaja da təsir edir.
1. Tünd saç rəngi — Saçlarınızın rəngi qara və ya tünd tonlardadırsa, çox tünd makiyaj olmaz. Tünd saçlar daha çox diqqət çəkdiyi üçün təbii makiyaja üstünlük verilməlidir.
Yay başlayıb. Qış boyunca gözə çarpmayan sellulitlərinizi yayda gizlətmək o qədər də asan deyildir. Bəs, onlardan necə qurtulmaq olar?
İlk öncə deta artıq çəkinizdən qurtulmalisiniz. Gündə ən azı 1,5-2 litr su içilməlidir. Ən sağlam,sizə lazım olan sular: su, adaçayı, ot çayları, suyu sıxılmış meyvə suları və ayran sizin üçün daha faydalı ola bilər.
Kola və meyvə suyu kimi konsevrləşdirilmiş içkilərdən az içmək lazımdır. Içməsəniz daha yaxşı olar.
Turşu, sirkə, duzlu içkilərdən (əsas da duzlu ayran) heç vaxt içilməməlidir. Xəmirdan hazırlanan şirniyyatlar, şokolad, kakaolu fındıqlı şirniyyatlardan, biskvitlərdən uzaq durmaq lazımdır.
Sellulitlərinizdən qurtulmaq üçün ilk öncə yağlı yeməklərinizi azaltmalısız. Gündə 60 qramdan çox yağ yeməməlisini.
Ət olaraq yağsız toyuq əti, balıq və dəniz məhsulları yeyə bilərsiniz. (yağı az olmaq şərti ilə)
Ətlərin yanında qaynadılmış tərəvəzlər də yeyə bilərsiniz.
Dəriyə xaricdən qulluq: bədəninizi yaxşıca kisələyin.
Sonra bir stəkan dəniz duzunu kasaya tökün digər kasaya da duru yağ tökün və əliniz yağa, sonra da dəniz duzuna batırıb sellulitli bölgələrinizi yaxşıca ovun.
Bitirdikdən sonra yenidən duşun altına girin. Duşa girib qurtardıqdan sonra sellulit olan bölgənizə limon suyu sürtün. Həftədə 2 -3 dəfə bunu etsəniz faydasını görərsiniz.
Bununla yanaşı sellulit kremlərindən də istifadə etməyi unutmayın.