Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.

Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.

Davamı →

Tuş

Tuş "ölümsüz" kosmetik vasitə deyil. Onun da digər kosmetikalar kimi son istifadə müddəti var. Kirpiksiz qalmaq istəmirsinizsə, bir tuşu maksimum 4 ay istifadə etməlisiniz. İstifadə müddətini keçən tuşlar gözlərdə bakteriya və infeksiyalara yola aça bilər. Bu halda isə kirpiklər tökülməyə başlayır.

Tuşun çubuq hissəsini saxlaya bilərsiniz. Fırçasını yaxşı yuduqdan sonra qaş ya da kirpik darağı kimi istifadə edə bilərsiniz.

Gecə yatmazdan əvvəl tuşu mütləq təmizləməlisən. Bütün gecə gözdə qalsa, kirpikləri qurudub tökülməsinə səbəb olur.

Həcmli kirpikləri kim sevmir ki? Kirpikləri daha həcmli göstərmək istəyirsinizsə, kirşanı sınaqdan keçir. Uşaqlar üçün olan kirşanın üzərinə tuş çəkərək daha həcmli kirpiklərə sahib ola bilərsiniz.

Kirpiklərin də saç və dəri kimi nəmə ehtiyacı var. Gecə yatmazdan əvvəl kirpikləri nəmləndirmək lazımdır. Zeytun, ya da badam yağı kirpikləri qoruyan ən ideal vasitədir. Gözün içinə düşməməsinə diqqət edin.
Davamı →

Sellülitə qarşı sadə resept

Bədənin bütün bölgələrində yarana bilən sellülit sadəcə estetik bir problem deyil. Eyni zamanda ayaqlarda şişmə, ağırlıq hissi, damarların çıxması, göyərmələr və hətta daha ciddi (ürək) xəstəliklərinə də səbəb ola bilər. Buna görə də sellülit müalicəsi vacib olan bir problemə çevrilib. Sellülitin qarşısnı almaq üçün hər gün bol su içilməsi və idman etmək lazımdır. Bununla yanaşı sellülit kremlərin, maskaların və masajın da çox faydası ola bilər.

Lazım olanlar:

5 ədəd limonun suyu
şüşə uşaq kremi-Jhonson”s Baby Oil
1 qutu aspirin 

Hazırlanması:      
Aspirinlər əzilib digər ləvazimatlarla qarışdırlır, yaxşıca çalxalanılır. Masaj edərək bədənə sürtülür 

 

Davamı →

Xına - saçların boyanması və müalicəsi üçün təbii vasitə

Hər birimizin bildiyinə görə, gözəllik qurban tələb edir. Gözəl bədən quruluşu, hamar və təmiz dəri, gözəl saçlar və s. kimi tələbləri əldə etmək üçün uzunmüddətli idman və fitness, epilyasya, müxtəlif ağrılı prosedurlar, saçların boyanaraq korlanması, yandırılmasına şahid oluruq.

Lakin bu gün sizə çox qədim zamanlardan istifadə edilən, hər birimizin ana və nənələrimizdən eşitdiyimiz, ən əsası isə qətiyyən zərərsiz və hətta çox xeyirli tərkibə malik olan xına haqda danışacayıq.

Xına nədir?
Beləliklə, xına( ərəb dilində hənna) — ərəb ölkələrində bitən kolluqların yarpaqlarından əldə olunan qırmızı-sarı boyadır. Ərəblər bu boyanı artıq bir neçə əsrlərdir ki, nəinki saçların boyanması üçün, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər. Xınanın tərkibində aşı maddələr(qoruyucu maddə) vardır ki, onlar, saçların strukturunu yaxşılaşdırır, onlara həcm və parlaqlıq verir, kəpəyi aradan qaldırır, kövrək və zədələnmiş saçları qidalandırır. Həmçinin isbat olunmuşdur ki, xına, piy vəzilərinin işini normallaşdırır və saçların tökülməsini dayandırır.

Xınanın növləri
Satışda xınanın 4 növünü görmək olar: rəngsiz, ağ, rəngli və klassik.
Davamı →

Epilyasiya növlərinin müsbət və mənfi cəhətləri

Qadınların ən önəmli məqsədi estetik bir görünüşə sahib olmaqdır. Bunun üçün də xoşa gəlməz tüklərdən xilas olmaq onların ən böyük arzularından biridir.
Belə tüklərdən xilas olmaya epilyasiya deyilir. Epilyasiyanın bir sıra növləri vardır.

Onların müsbət və mənfi cəhətləri aşağıdakılardır:

Mexaniki: Bu metod dədə-baba üsuludur. Buna baxmayaraq bu metoddan bəzən indi də istifadə olunur.
Müsbət: Belə epilyasiya nəticəsində insan orqanizminə heç bir kimyəvi maddələrlə təsir göstərilmir.
Mənfi: Tüklərin qoparılaraq çıxarılması nəticəsində qoparılmış tükün yerində iltihab baş verir.

Davamı →

Blefaroplastika

Bildiyimiz kimi ən nazik dəri — gözətrafı zonada yerləşir.

Məhz bu səbəbdən blefaroplastika adlı əməliyyata çox böyük ehtiyac duyulur. Bu məqalədə sizə, bleforaplastika nədir, yuxarı və aşağı nahiyənin blefaroplastikasının fərqi,lazer blefaroplastikasının müsbət cəhətləri haqda məlumat verəcəyik.

Göz qapağının blefaroplastikası nədir...

Blefaroplastika — göz qapağının əvvəlki formasını bərpa etmək üçün edilən cərrahi əməliyyatdır. Bu əməliyyat — artıq dəri, əzələ və piyin çıxarılması ilə həyata keçirilir. Yaşlandıqca göz qapağı genişlənir, göz qapağını saxlayan əzələlər isə zəifləyir. Bunun nəticəsində yuxarı və aşağı qapaqlarda artıq piy yığılır, bu isə yuxarı qapaqlarda sallanmanı, aşağı qapaqda həm sallanma,həm də çoxları üçün problem olan şişlər əmələ gətirir. Bununla insan daha yaşlı görsənir, gözətrafı dərinin həddən artıq sallanması isə periferik və yan görmənin pisləşməsinə səbəb olur.
Davamı →

5 ən praktik üz maskaları

* Yumurta maskası
Etməniz lazım olan tək şey, yumurtanın ağını çırparaq üzünüzə sürtməkdir. Yumurta üzünüzdə quruduqdan bir neçə dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun. Üzünüzün parladığını dərhal fərq edəcəksiniz.

*Banan maskası
 Banan varkən kim botoksa ehtiyac yoxdur. Çox sadə bir maska olan banan maskası, həm üzünüzü nəmləndirir, həm gərginliyi götürür və gözəl görünməsini təmin edir. Banan maskasını hazırlamaq üçün 1/4 su stəkanı qatıq, 2 xörək qaşığı bal və 1 orta boy banan əzərək hamısını qarışdırın. Üzünüzdə 10 dəqiqə qədər gözlədin və ilıq su ilə durulayın.

* Qatıq maskası
Dərinizi təmizləmək və məsamələri dartmaq üçün, üzünüzə ilıqlanmış qatıq sürtün. Təxminən 20 dəqiqə gözlədin.

Davamı →

Fransız xanımların cavan və gözəl qalmaqların sirri

Daim cavan və gözəl qalmaq hər birimizin arzusudur. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı bir siyahı var idi. İndi bu siyahını sizə də təqdim edirik.

Bu şərtlərə qismən də olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala bilərsiniz.

NƏ ETMƏK LAZIMDIR: az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.

NƏ ETMƏK OLMAZ: çox yemək, spirtili içkilər qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla televizora baxmaq, pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündür dabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.

Davamı →

Nənələrin gözəllik sirləri

“Saçlarınızı heç bir halda 3 həftədən tez yumayın, xüsusən də buludlu gündə saç yumaq qətiyyən olmaz...” 

Bu sözlər bir neçə ölkənin gözəllik sirləri toplanan kitabda yazılıb. Kitab qadınların gözəlliyi və sağlamlığı haqqında bəhs edir. “Gözəllik və sağlamlıq məsləhətləri” kitabının müəllifi Marqaret Miksterdir. Bəs görəsən, bizim sələflərimiz gözəllik uğrunda nələri qurban verirdilər. XIX əsrdə yazılan və bu kitabda verilən gözəllik reseptlərinə əməl edən qadınları sayı az deyildi. Onların bəziləri, hətta bu gün də istifadə edilir.

Lakin etiraf etmək lazımdır ki, onların bəziləri kifayət qədər qəribədir. Məsələn, kitabın müəllifi dərinin təmizlənməsi üçün yağışın altında gəzməyi məsləhət görür və təkidlə buludlu havada saçları yumamağı tövsiyə edirdi. Demək olar ki, bütün məsləhətlər ağ-qara fotolarda əks olunub.

Dəri gözəlliyini qorumaq üçün onu mütəmadi olaraq müxtəlif təbii yağlarla silmək lazımdır. Bu prinsip müasir qadınların da gözəllik sirlərinə daxildir.

Miss Mikster gecələr dəriyə badam yağı, ağ mum, lanolin, gəndalaş suyu və spermaset qarışığından ibarət maska çəkməyi tövsiyə edir. Bu eleksirin tərkibi maraq doğurur. Bütün bunlar XIX əsrdə həqiqətən də olub?

Saçlara gələndə Marqaret çox mühafizəkardır. Məsələn, onları tez-tez yumaq olmaz. (Qeyd edim ki, o dövrlərdə quru şampun kimi möcüzəli məhsul dövriyyədə yox idi). Kitabın müəllifi əvəzində başqa bir metod təklif edir. Bunun üçün saça əvvəlcə qarğıdalı unu çəkmək daha sonra daramaq lazımdır. Yeri gəlmişkən Marqaret öz dahiyəni gözəllik tövsiyələrində daraqdan başqasının istifadə etməyinə qətiyyən icazə vermirdi.
Davamı →

Piqment ləkələrlə mübarizə

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:

1. Ləkələrin tərkibində ağardıcı komponentlər olan xüsusi kosmetik maskaların köməkliyi ilə ağardılması. Belə maska yalnız mütəxəssis tərəfindən hazırlanaraq tətbiq edilə bilər.

2. Krioaplikasiya. Bu maye azotla olan müalicə üsuludur. Proseduradan sonra ləkə sahəsi xeyli dərəcədə qızarmış olur. 2-3 gündən sonra isə piqment sahəsindəki dərinin üst qatı tündləşir və xaric olur.

3. Fototerapiya. Bu proseduranı melanini parçalayan yüksək intensivli işıq mənbəyi vasitəsi ilə yerinə yetirirlər.

4. Lazer üsulu. Lazerin təsiri ondan ibarətdir ki, tərkibində yüksək miqdarda melanin olan dəri hüceyrələri onlara tərəf istiqamətlənmiş olan lazer şüalarını udaraq məhv olur.

Davamı →
Top