İnsanın zahiri görkəmində üz dərisinin təmiz, elastik, hamar və təravətli olması böyük rol oynayır. Təəssüf ki, heç də hamı ona düzgün qulluq etməyi bacarmır. Bəziləri təzə çıxmış hər hansı bir kremi alır, üzün dərisinə uyğun gəlib-gəlmədiyini yoxlamadan istifadə edir. Üzə qulluq edərkən ən əvvəl, dərinizi necə olduğunu təyin edin. Adətən, üz dərisini təbii piy ifrazından asılı olaraq normal, yağlı, quru və qarışıq dərilərə ayırırlar.
Evdə hazırlanan yağlı dəri üçün istifadə edilən maskalar arasında ən təsirlisi təbii tərkibli maskalardır. Bu maskalar dəridəki yağ nisbətini azaldır, qara nöqtə və sızanaq kimi problemlərin öhdəsindən gəlir və qısa müddətdə nəticə verərək yağlı dəridə əmələ gələn problemləri düzələrək, dərizi hamar edeəcək. Yağlı dərilər üçün nəzərdə tutulmuş bu maskalar arasından sizin üçün ən uyğun olanı seçib maskanı istifadə edə bilərsiniz.
1-ci maska
Gil- 0.5 ç.q
Xiyar suyu — 1 x.q
Limon suyu - 0.5 c.q
Yumurta ağı- 1 ədəd
Hazırlanması:
Bütün ərzaqlar yumşaq şəklinə düşənə qədər qarışdırın. Qarışığı göz ətrafından başqa bütün üzünüzə diqqətlə çəkin. 15-20 dəqiqə saxlayıb, ilıq suyla durulanın. Bu maska günəşə reaksiya verə bilər. Bu səbəbdən axşam isifadə olunması tövsiyə edilir.
Linza istifadəçiləri makiyaj edərkən aşağıdakılara diqqət etməlidir:
Kirpik üçün tuşdan istifadə Linzaları daim makiyajdan əvvəl taxdıqda partiküllərin girməsini önləmək olur. Bunu makiyajı pozmadan etmək çətindir. Bəzi hallarda insanda stress də yaradır. Bu baxımdan makiyaj sonrası linza taxmaq üçün təcrübəli olmaq lazımdır.
Toz pudralar yerinə yığcam pudralar istifadə edin.
Ənlik sürərkən tozlanmanı minimuma endirmək üçün fırçanı üzünüzdə yavaşca gəzdirin. Yumşaq tükləri olan böyük və təmiz bir fırça ilə təmizlik edin. Gözləri bir müddət bağlı saxlamaq da olar.
Maye göz faralarından istifadə isə linzaları yerindən oynama riskini azaldır. Maye və ya qələm şəklindəki göz qapaqlarının boyanması üçün karandaşı heç bir şəkildə alt gözün iç qisminə sürtmək olmaz. Kirpik üçün tuş növlərindən istifadə etmək olar. Ancaq kirpiklərin həcmini artırmaq üçün içində mikro liflər saxlayan kirpik tuşundan istifadə məsləhət deyil.
Dərinizin təravətli və canlı olmağı üçün istifadə olunan botoksun əvəzinə təbii üsullarla hazırlayacağınız bu maskayla dərinizdə istədiyiniz nəticəni əldə edə bilərsiniz. Hər zaman təbiətin bizə bəxş etdiyi möcüzələr təbii olmayan üsullardan faydalıdır. Evdə asan üsulla hazırlayacağınız bu maskanı istifadə edərək dərinizi daha da gəncləşdirə bilərsiniz.
Resept və hazırlanması
1 ədəd yumurta sarısı
1 çay qaşığı limon suyu
1 çay qaşığı süd
1 çay qaşığı bal
1 çimdik duz
Yuxarıda göstərilən ərzaqları qarışdırdıqdan sonra ilk olaraq təmiz dəriyə bu qarışığı bir dəfə sürtüb 10 dəqiqə qədər gözləyin və daha sonra 2- ci qatı sürtün, yenə gözləyin daha sonra 3-cü qatı da sürtüb yarım saat müddətində maskanı üzünüzdə saxlayın və ilıq su ilə yuyun.
Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi) — hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır. Sadə görünməsinə baxmayaraq, bu prosedura yalnız kosmetik klinika şəraitində və yalnız çox yüksək dərəcədə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Qeyri peşəkarlıqla yerinə yetirilən bu əməliyyat dodaqların asimmetriyasına (əyriliyinə), üzün eybəcərləşməsinə, ağır allergik reaksiyaya səbəb ola bilər.
Dodaqların böyüdülməsi və onların korreksiya edilməsi əməliyyatının öz əks göstərişləri də vardır: istifadə edilən komponentlərin fərdi şəkildə uyğunsuzluğu; hamiləlik və laktasiya; əvvəllər keçirilmiş allergik şok; dəridə çapıqların əmələ gəlməsinə meyllilik; preparatın daxil edildiyi yerdə iltihabın olması; qanın laxtalanmasının pozulması; bədən temperaturunun artması; hər hansı bir xəstəliklərin kəskinləşməsi.