Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Saçların tez uzanması üçün vasitələr

Saçların tez uzanması üçün daha bir sadə vasitəSaçların tez uzunması üçün müxtəlif vasitələrə əl atılır. Bunun üçün saçlarımıza tətbiq etmədiyimiz maska qalmayıb. ANS PRESS saçların tez uzunması üçün başqa bir vasitə təqdim edir. 

Körpə Yağının Saçlara Faydaları:

Saçlar bilindiyi üzrə keratinden meydana gəlməkdədir. Körpələrə xüsusi hazırlanan körpə yağı saçlarda təsirli bir baxım təmin edər və saçların ehtiyac hiss etdiyi mineralları verər. Körpə yağı istifadəsi ilə saçların qırılması önlənərək, davamlı saç kəsmə dərdindən xilas olmaq mümkündür. Ayrıca saçlarda tez-tez rast gəlinilən quruluq problemi körpə yağı sayəsində keçə bilər.

Körpə Yağı Saça Necə Tətbiq olunur?

Körpə yağından ovuc içinə bir miqdar tökülər və saç diblərinə masaj edilərək yağ saçlara yedirilər. Xüsusilə saç quruluşu quru və incə telli olan kəslər üçün ideal bir saç baxımı üsuludur. Yağ saçlara tamamilə yedirildikdən sonra 30 dəqiqə qədər gözlədilər və şampun ilə saçlar yuyular. Olduqca sadə bir tətbiq olan bu üsul sonrasında saçlar daha nəmli, parlaq, güclü olacaq. Ən əhəmiyyətlisi də körpə yağı saçları tez uzadan bir təsirə malikdir.
Davamı →

Narıncı dodaq boyası


Keçən yaz olduğu kimi, bu yaz mövsümündə də, narıncı rəng çəhrayı və parlaq boyaların əsas rəqibidir. Bu il sitrus təkcə bu elementin üstünlük təşkil etdiyi ətirlər sayəsində deyil, həm də portağal, naringi, greyfrut rənglərinin üstünlük təşkil etməsi ilə dəbdədir.
Davamı →

Eynəkləriniz üz quruluşunuza yaraşan formalarda seçin

Eynək seçimizini asanlaşdırmaq üçün üz quruluşunuza yaraşan eynəyin xüsusiyyətləri ilə bağlı tövsiyyələri təqdim edirik.

Oval formalı üz:

Nizamlı olduğu üçün ideal üz forması olaraq qəbul edilir. Çənə alından azca balaca olur, almacıq sümükləri qabarıqdır. Oval formalı, üzünüzün təbii quruluşunu pozmayan eynəklər seçməlisiniz.

Üz quruluşunuza uyğun eynək seçin 1

Davamı →

Makiyajı necə təmizləməli?


"İşimlə əlaqədar hər gün makiyaj etmək məcburiyyətində qalıram. Dərim də çox həssas olduğuna görə, makiyajımı təmizləyərkən cildim çox zərər görür".

Bu sözləri əksər xanımlar deyir və dəriyə zərər verməyəcək təmizləyici axtarır. Bu xanımlar üçün məsləhətimiz var. Əməl etsəniz, xeyrini də görəcəksiniz.

2 ədəd xiyarı rəndədən keçirib suyunu sıxın. Xiyarın suyunu 1 çay qaşığı badam yağı və 2 damcı lavanda yağı ilə qarışdırın. Hər gün makiyajınızı bu qarışımla təmizləyin.

Bununla yanaşı, hər gün cildinizi lavanda çayı, ya da cökə çayı ilə kompres edə bilərsiniz. 

Mənbə: ailem.az 

Davamı →

Tər qoxusunun qarşısını ala biləcək tövsiyyələr

Yay fəsli yaxınlaşdıqca havalar daha da istiləşir. Sizə xüsusiylə yayda müşahidə olunan tərləmək kimi xoşagəlməz halın qarşısını almaq üçün tövsiyyələr təqdim edirik.

Tər qoxusunun qarşısını almaq üçün ilk növbədə tərləyən nahiyənin gigenik təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Xüsusiylə qoltuqaltının tərləməsindən yaranan xoşagəlməz qoxu insanın sosial həyatına daha çox mənfi təsir göstərir. İlk növbədə qidalanan zaman yediklərinizə diqqətlə yanaşaraq tərlə mübarizə apara bilərsiniz. Yayda həddindən artıq ədviyyatlı yeməklər, sarımsaq, soğan, yaşıl bitkilər tər qoxusunun yaranmağına səbəb olur.

Davamı →

Dodaqların gözəl görünməsi üçün məsləhət

1. Dodaqların həcmli görünməsi üçün parıltını yalnız dodaqların ortasına vurun.

2. Dodaq boyasını çəkəndən sonra dodağın konturunu eynirəngli karandaşla vurğulamaq olar.

3. Dodaq boyasından əvvəl kirşan çəkmək olmaz. Əvəzində ikiqat açıqrəngli pomada çəkin.

4. Dodaqları yumşaltmaq üçün dodaq balzamından istifadə edin.

5. Dodaqları daha cazibəli etmək üçün dodaq parıltısından istifadə edin.

6. Dodaq boyasını dodağın quruluşuna və dəri rənginə uyğun seçin. Hər bəyəndiyiniz rəng sizə yaraşmaya bilər. —
Davamı →

Üzdəki tüklər qarşı təbii maska

Tüklər hər zaman arzuolunmazdır. Əsasən də üz bölgəsində istənməyən tüklər xanımları daha çox narahat edir. Xanımlarımıza üzdəki istənməyən tüklərdən təbii yolla xilas ola billər.

hazırlanması:

10 qram vazelin
30 qram lanolin
25 qram qaranquş otu


Buları bir qaba qoyun. Sonra qabı başqa bir tavanın içinə qoyub buxarın istisi ilə əriməsini gözləyin. Əridikdə 15 qram nişasta əlavə edib qarışdırın. Soyuduqdan sonra maska halında üzünüzə sürtün, 8 saat sonra isti suyla yuyun. Uzun müddətli proses olsa da, müsbət nəticəsini görəcəksiniz. 

 

 

Davamı →

Quru və kövrək saçlar

Saçların quru və kövrək olmasının səbəbi dəri piyinin lazımı miqdarda ifraz olunmamasıdır.

Bu saçlarda parıltının, yumuşaqlığın, elastikliyin itirilməsi, quru kəpəyin əmələ gəlməsi və dərinin dartınması ilə müçahidə olunur. Ən əsas problem isə odur ki, saçların quruluğu onların mütləq şəkildə tökülməsinə səbəb olur.

Saçların kövrək olma səbəbləri:

Dəridə olan dəyişikliklər, insan orqanizminn ümumi vəziyyətindən xəbər verir. Adətən quru və kövrək saçlar, dəmir defisiti və anemiya xəstəliyi olan insanlarda daha çox təsadüf edilir.

Bu hallarda orqanizmin bütün hüceyrələri hipoksiyadan əziyyət çəkdiyinə görə, baş dərisinin mikrosirkulyasiyası pisləşir, follikulun qidalanması pozulur. Bu isə saçların strukturunun dəyişilməsinə səbəb olur.

Mədə- bağırsaq xəstəlikləri zamanı, həzmin pozulması,həm orqanizmin vitamin və mikroelementləri almasına mane olur, həmçinin orqanizmin patoloji vəziyyəti də orqanizm tərəfindən vitamin qəbulunu pozduğuna görə,quru və kövrək saçların yaranma səbəbinə çevrilir.
Davamı →

Gözəllik ondur,doqquzu ...

Sevgilinizə həmişə gözəl görünmək arzusundasızsa, onda bu yazıları diqqətlə oxuyub əınəl etməlisiz.
Bədən quruluşundan, zövqündən asılı olaraq gözəl görünmək istəyənlər bəzi sirlərə bələddirsə, buna asanlıqla nail olurlar. Allahın bəxş etdiyi bədən biçimini dəyişməyə çalışmaq. sadəcə ağılsızlıqdır. Nəfsi gözləməklə artıq piylənmənin qarşısını almaq mümkündür. Dəbdir deyə, arıqlamağa çalışmaq olmaz. Bədəninizə müvafiq geyimlərdən düzgün istifadə etsəniz elə arzuladığınız gözəlliyə sahib olacaqsınız. Əvvəl güzgüyə baxın, sonra da paltar dolabına. Müxtəlif geyim üslubları var. Məsələn, klassika…

Davamı →

Ayaqlara qulluq

Ayaqlara qulluq əl və üzə qulluq qədər önəmlidir. Ayağa qulluğun ən effektiv və xoşagələn proseduru 15-20 dəqiqə isti vannaya salmaqdır. Təmizləyici vanna 1 litr suya 1-2 ç.q. soda və 1 x.q. sabun ovuntusu əlavə edib dabanlarınızı suya qoyun. Ayaqları canlandırmaq üçün 3 litr isti suya 1 ovuc duz atın. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanmalıdır. Sakitləşdirici vanna 1 litr qaynar suya 2 x.q. çobanyastığı, yabanı kətan və iynəyarpaq tökün. Bundan başqa, ayaqların sağlamlığı və gözəlliyi üçün müxtəlif ot həlimləri (gicitkən, kalendula, dazıotu) çox kömək edir.

Davamı →
Top