Bu mövsüm dodaqlar qırmızı, gözlər qara, dəri isə ağ olacaq...
Retro stilini xatırladan New Burlesque tərzi ilə daha çəkici olmağa hazırsınızmı? Bu mayikajda rəng çalarları yoxdur. Dodaqlar klassik qırmızı, gözlər isə qara rənglərə bürünücək.
Parlaq və qüsursuz dəri
Dəri tonu mütləq açıq tonlarda olmalı, amma qətiyyən solğun olmamalıdır. Sonra gözlərə qara qələm və tuş çəkilir. Dərini qüsursuz göstərmək üçün tonal krem çəkmək şərtdir. Yaxşı olar ki, BB kremlərindən çəkəsiniz. Peşəkar makiyaj ustaları tonal kremi daha çox fırça ilə çəkməyə üstünlük verirlər. Fırça kremin hər tərəfə bərabər yayılmasını təmin edir və qalıcılığını qoruyur.
Sonra göz qapaqlarına tonal kremdən iki ton açıq korrektor çəkin. Göz içlərini də unutmayın. Parlaq və qüsursuz dəri üçün ənlik çəkməyə gərək yoxdur. Ənlikdən vaz keçə bilmirsinizsə, yumşaq tonlarda və krem fromasında ənliklə yanaqlarınıza rəng verə bilərsiniz.
İndiki dövrümüzdə bütün dünyada gözəllik salonları çoxluq təşkil edir və günbəgün də artmaqdadır. Müasir dövrdə elə adam tapılmaz ki, bu salonların xidmətindən istifadə etməmiş olsun.
Çoxumuz elə bilirik ki, bu gözəllik salonları ilk dəfə dəblər mərkəzi sayılan Avropada istifadəyə verilmişdir. Amma bu heç də belə deyil. Qeyd etmək lazımdır ki, ilk gözəllik salonu Avropada deyil, uzaq Avstraliyada- Melburnda yaradılmışdır. Bu salon ilk fəaliyyətinə bir banka üz kremi ilə başlamışdır...
XIX əsrin sonlarında əslən Polşanın Krakov şəhərindən olan Tibb Universitetinin tələbəsi olmuş Yelena Rubinşteyn ölkəsini tərk edərək Avstraliyaya yollanır. Yola düşməzdən əvvəl anası özünə hədiyyə edilmiş bir banka üz kremini də qızının çantasına qoyur…
Sızanaqlar dərinin bütün gözəlliyini pozmaqla əhvalımızı da korlayır. Bəs qış aylarında onlardan xilas olmaq üçün nə etməli?
Əgər xroniki sızanaq problemi yaşayırsınızsa, bu maskanı mütləq edin. Hər dəri tipinə uyğun olan maskanın tərkibində kimyəvi maddələr olmadığı üçün allergiya yaratmır.
Ərzaqlar və hazırlanması:
Bir ədəd portağal qabığını sürtgəcdən keçirin, sonra yaxşıca əzib krem halına gətirin. İçinə bir çay qaşığı portağal suyu əlavə edib, yenə qarışdırın. Sonra bir çay qaşığı karbonatı əlavə edib qarışdırın. Bu maskanı hər gün sızanaqların üstünə çəkin.
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir. Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur.
Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.
Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar.
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.
Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.
Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.
İş bağlı xanımlar hər gün makiyaj etmək məcburiyyətində qalır. Dəri də həssaslıq yaranır və makiyajı təmizləyərkən cildiniz çox zərər görür. Dəriyə zərər vermədən üz cildinizi necə temizləyə bilərsiniz? Bunun üçün xanımlar bu məsləhətdən yararlana bilər və xeyrini də görmuş olarsınız.
2 ədəd xiyarı rəndədən keçirib suyunu sıxın. Xiyarın suyunu 1 çay qaşığı badam yağı və 2 damcı lavanda yağı ilə qarışdırın.
Hər gün makiyajınızı bu qarışımla təmizləyin. Bununla yanaşı, hər gün cildinizi lavanda çayı, ya da cökə çayı ilə kompres edə bilərsiniz.