Ev şəraitində sızanaqlara qarşı Toniki nəcə hazırlamaq olar?
1) Lazım olan vasitələr:
1 ç.q nanə (quru)
1 ç.q sarıçiçək (quru)
1 ç.q yarpız (quru)
1 ç.q zeytun yağı
yarım çay qaşığı sirkə
Hazırlanması:
Bitkiləri iri fincana töküb üstünə qaynar su alın və ağzını örtün. 15-20 dəqiqə dəmlədikdən sonra bitkilərin suynu süzün. Süzdükdən donra tünd rəngli şüşə qaba tökün və üzərinə zeytunla, sirkəni əlavə edib, yarım saat soyuducuda saxlayın. Alınan toniki təmiz dəriyə cəkirik. Hər istifadədən sonra tonik soyuducuya qoyulur və soyuq halda dəriyə tətbiq edilir. Toniki dəridə 20-25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazimdır.
Bu tonik vasitəsi ilə siz həm sağlam dəriyə sahib olacaqsınz həm də sızanaqlardan canınıız qurtarmış olacaqsınız.
Makyaj təmizləmək ücün istifadə etdiyimiz Tonik haqqında nələr bilirik? Dərinin gündəlik baxımında, təmizlikdən sonrakı ən önəmli ikinci addım üzdə qalan son artıxları arındıran tonikin istifade edilməsidir.
Tonik, əsasən su və alkolla hazırlanır. Bəzi toniklərdə salisil asit, portağal çiçəki kolonyası, gülsuyu və ya daha fərqli maddələrdən istifadə edilir… Sadə gülsuyu və mədən suyu da yaxşı toniklərdir.
Tonik təmizləməni bitirir .
Üz təmizləyicilər ilə yağı, kiri və makyajı sildikdən sonra yenə də üz dərmizi tamam təmizlənmiş olmaya bilər. Bəzi kir və keratin pulları kimi əriməyən maddələr toniklə silərkən təmizlənir. Üzünüzü yaxşıca təmizlədiyinizi düşündüyünüz də belə toniklə sildikdən sonra pambığa baxsanız nə kədər kir çıxdığını görəcəksiniz. Dərinizin təmizliğinizi bitirmək üçün sonda mütləq tonikdın istifadə edin.
Ölü hücrə , sabun, makyaj artıxları və digər kir artıxları cildinizdəki dəri qatını tıxayaraq, dəridə məsamələrin açılmasına səbəp olur. Toniklər bunları təmizlədiyi üçün məsamələr əvvəliki həcminə dönür.
Her kesin bildiyi belə bir deyim var «Gözəllik qurban tələb edir». Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa, vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saş ütüsü, kimyavi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır. Bunun üçün siz mağazalarda satılan xüsusi saç maskalarından alıb istifadə edə bilərsiniz. Həftədə 2 dəfə saça qoyulan bu maska öz müsbət təsirini verəcəkdir.
Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də onun istifadə etdiyi ətirdir. Çeşidli parfümlərin gözəl qoxu yaratması müsbət hal sayılsa da onun mənfi cəhətləri də var. Əvvəlcə onların yaranma tarixinə bir nəzər salaq. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətirə olan tələbat artdı və bundan, daha çox, yüksək təbəqənin insanları istifadə etməyə başladı. Günümüzdə ətirsiz insan, xüsusən də qadın təsəvvür etmək mümkün deyil.
Ənliyi üz quruluşuna görə çəkin
Makiyajı, gözəl görünməyi hər bir qadın sevir. Lakin düzgün, zövqlə geyinməyi və üz quruluşuna görə makiyaj etməyi qadınların əksəriyyəti bacarmır. Biz isə sizə bu gün ənliyi üz quruluşuna görə yanaqlara çəkməyi öyrədəcəyik.
Ənliyi üz quruluşunu nəzərə alıb çəksəniz, böyük burnunuzu kiçildə, geniş üzü dar edə, almacıq sümüklərinizi çıxıq göstərə bilərsiniz.
Yuvarlaq
Üz cizgilərinin nazik və uzun görünməsi üçün ənliyi yanaqlarınızn tam üstünə, fırça ilə “C” hərfi yazar kimi edin. Ənliyi saç diblərinə tərəf uzatmağı da yaddan çıxarmayın. Çənənizə də azca çəkə bilərsiniz.
Bu saç stilləri nostalji hisslər yaşadır və bir neçə ildən bir yenidən dəbə minir.
1. 1920-ci illərdə Louise Broksun üstünlük verdiyi qısa kəsim çox dəbdə idi.
Çoxumuz bilmədən dərimizi korlayır və qocalmasını sürətləndiririk. Kosmetik məhsullar haqqında məlumatımız olmadığı üçün yanlış məhsullardan istifadə edirik. Lakin bilməliyik ki, bəzi kosmetik məhsullar nə qədər baha olsa da, istəklərimizi qarşılamır. Ən pis kosmetik məhsullara 5 məhsul daxildir.
Üz yumaq üçün sabun – Nə qədər bahalı və ya nəmləndirici özəlliyi olsa da, üzü sabunla yumağa son qoyun. Sabunun tərkibində kimyəvi yağların dərinin pH balansını yüksəltdiyi elmi təsdiqini tapıb. Yüksək bazlı pH sahib sabun dərinin təbii yağ təbəqəsini həll edir. Üzün təbii yağ təbəqəsinin azalması isə dərini qurudur.
Dərini su ilə yaşayan orqanizm kimi düşünün. Susuz yəni, nəmsiz qalan dəri cansız və qurumuş yarpaq kimi solğun görünür. Sağlam və parlaq dəri üçün üzünüzü qurudan sabunlardan istifadə etməyin. Dəri tipinə uyğun və tərkibində SLS olmayan təmizləmə geli və ya lasyon ilə dərinizi təmizləyə bilərsiniz.
Alkoqollu tonik
Bəzi üz toniklərinin tərkibində alkoqol da olur. Alkoqollu toniklər üzə təmizlik hiss versə də, dərimiz üçün yararlı deyil. Tonikin içində olan alkoqol, dərini bakterial infeksiyalara və qurumağa qoymayan təbii yağı yox edir. Dərinin təbii yağ təbəqəsinin pozulması ilə quruluq, aşırı yağlanma, çatlama, ya da ləkələrin düşməsi kimi hallar müşahidə olunur. Alkoqollu toniklər yerinə içində alkoqol olmayan toniklər yaxşı alternativdir. Alkoqolsuz toniklər dərini qoruyur, sakitləşdirir və təravətlənməsinə yardım edir.
SLS tərkibli üz təmizləyiciləri
Bir çox təmizləyi və şampunların tərkibində SLS (sodium lauryl sulfat) və ya SLES (Sodium Laureth Sulfate) var. SLS-lər dəridəki yağı həll etdiyi üçün dərini qurudur. Aparılan araşdırmalarda SLS tərkibli məhsulların dəridə irritasiyaya səbəb olduğu müşahidə edilib. Üz təmizləyici alanda tərkibini diqqətlə oxuyun və SLS olmayan təmizləyici məhsullar alın.