Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.
Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.
Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyəyə və reabilitasiyaya daha çox ehtiyacı var.
Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində «qoruyucu» («защитный») və «qış üçün» («зимний») qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.
Aparılan araşdırmalara görə, qısa saç modelləri saçı zədələrə qarşı qoruyur. Bundan əlavə saçın şampunla təmas müddətini qısaldaraq daha yaxşı yuyulmasını təmin edir.
Yay aylarında dəniz suyu və hovuzda çimənlərdə ultrabənövşəyi şüalar saç tellərini zədələdiyindən saçların tökülməsi kimi hallar baş verə bilər.
Bu baxımdan saçları ola biləcək zədələrə qarşı qorumaq və saç diblərini sağlam tutmaq üçün yay aylarında qısa saç modellərinə üstünlük vermək lazımdır. Canlı və möhkəm saça sahib olmaq üçün onların qurudulmasına xüsusi diqqət yetirilməlidir.
Saçın təbii üsullarla qurudulması çox vacibdir. Çünki, saç qurutma fenlərinin maqnit və termal təsirləri ola bilər. Məhz, sağlamlıq baxımından saçları dəsmal ilə qurulamaq məsləhətdir. Bundan əlavə saç köklərinə uyğun şampun istifadəsi saç sağlamlığı üçün əhəmiyyətli hesab olunur. Məlumatda o da bildirilir ki, xüsusilə yay mövsümündə tərkibi biotin, sink, lesitin, metionin kimi vitamin və amin turşusundan ibarət olan şampunlardan istifadə etmək effektlidir. Bunlar saçların zədələnməsinin və köhnəlməsinin qarşısını alır.
Saç sağlamlığı üçün qulluq kremləri də lazımdır. Bu daha çox vaxtını dənizdə və hovuzda keçirənlər üçündür.
Qeyd edək ki, bu mövsüm də qısa saç modelləri dəbdə olacaq.
Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisini cvanlaşdıran qulluq təklif edir. Bu xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.
Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.
Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.
Qadınlar makiyajdan istifadə edərkən kiçik hiylələrlə qüsürlarını yaxşı formaya sala bilərlər. Amma bunula yanşı gərək kosmetik vasitələrdən düzgün istifadə edilsin. Cünki doğru makiyaj insanı yaşından cavan, yanlış makiyaj isə cavan insanı yaşlı və qulluqsuz göstərə bilər.
Pudranı və tonal kremi hər yerə sürtmək +5 yaş
Bu məhsulları üzün hər yerinə sürtmək dərinin rəngini, görünüşünü pisləşdirir. Bu, insanı ən azı 5 yaş yaşlı göstərir. Daha yaxşı olar ki, onları burnunuza, az miqdarda yanaqlara və göz ətrafına vurasınız.
Nəm pudra -5 yaş
Yaş pudralar dəriyə canlı görüntü verir. Çünki bu, üzdə olan piqmentləri daha yaxşı örtür. Nəticə 5 yaş cavan görünüş.
Ənlikdən istifadə +8 yaş
Qəhvəyi rəngli ənliklərdən çox istifadə üzə sərt və soyuq ifadə verir.
Müxtəlif ölkələrdə qadınlar gözəlləşmək üçün yerli məhsullardan və ərzaqlardan istifadə edirlər. Siyahıda ən maraqlı və inana bilməyəcəyiniz gözəllik iksirləri verilib.
Avstraliya: Dəvəquşu yağı yaşlılıq əleyhinə istifadə edilir.
İrlandiya: Dəniz yosunu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Atlas dağları: Hassoul kosmetik gil kimi istifadə edilir.
Bali: Boreh gəncləşdirici müalicədə effektlidir.
Çexiya: Nettles saçı dolğunlaşdırmaq və qalınlaşdırmaq üçün istifadə edilir.
Cənubi Afrika: Rooibos çayı dəriyə qulluq üçün istifadə edilir.
Polinezya: Tamanu yağı şəfaverici bitki kimi istifadə edilir.
Qərbi Afrika: Shea yağı əl yumşaldıcı krem və günəşdən qoruyucu kimi işlədilir.
İndoneziya: Dəmirhindidən təbii dəri maskaları hazırlayırlar. O, dərini gözəlləşdirir və gəncləşdirir.
Mayanın gözəllik mənbəyi olduğu hələ qədim zamanlardan məlum olub.
Misirli qadınlar hələ qədim zamanlarda gözəlləşmək üçün dərilərinə maya çəkirmişlər. Mayanın mikrob öldürücü xüsusiyyətlərini kəşf etdikdən sonra yara məlhəmi kimi istifadə edilib.
Mayadan yaraları dezinfeksiya üçün istifadə edilib. Mayanın tərkibində dərinin ehtiyacı olduğu hər cür vitamin və minerallar var. Xüsusən də qara nöqtələr və sızanaqlı dərilər üçün çox faydalıdır. Qaraciyəri toksinlərdən təmizləyərək dərini aşırı yağlanmağa qoymur.
Gözəlliyin sirri həqiqətən də mayada gizlənib. Onunla saçlara masaj edə, süddə əridərək üzünüzə və əllərinizə çəkə bilərsiniz. Gözəlliyinizin ehtiyacı olduğu bütün lazımlı maddələrin olduğu mayanı mətbəxinizdən əskik etməyin.
Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa müəyyən edilib ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur.
Həftədə 3 dəfə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir. Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyun.
Gözaltı qaraltıları üçün
Çobanyastığı çayı ya da lavanta çayını soyudun. 2 parça pambığı çaya batırıb əlinizlə sıxın. Göz qapaqlarınıza tətbiq edin.
Dərinin dərin təmizlənməsi — bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir. Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir.
Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır!