Makiyaj fırçalarınızın təmiz olduğuna əmin olun. Təmiz makiyaj fırçaları və vasitələri, makiyajınızın daha xoş görünməsini və dərinizdəki sızanaq kimi mənfiliklərdən uzaq qalmasını təmin edəcək. Bütün makiyaj fırçaları və vasitələri istifadə etməyə başladıqdan bir neçə həftə sonra çirklənir, üzərlərində yığılan makiyaj vasitələri və piqmentlərə əlavə olaraq bakteriya yuvası halına gəlirlər. Makiyaj vasitələrinizi həftədə bir dəfə təmizlədikdə, üzünüz daha təmiz və yumşaq olacaq, həmçinin etdiyiniz makiyaj daha təsiredici görünəcək.
Göz ətrafı dəri üçün nəmləndirici maska: 1 ədəd yumurtanın sarısına 1 çay kaşğı zeytun yağı qatın və qarışığı barmaq uclarınızla göz ətrafınıza sürtün. 15 dəqiqə sonra ilıq su ilə yuyun.
*****
Göz altı qırışları üçün qidalandırıcı maska: Yarım yumurta sarısı və 1 çay qaşığı ərimişbal və 1 çay qaşığı yulaf unu əlavə edin. Yaxşıca qarışdırın. Gözlərinizin altına rahatca çıxarılacaq konsistensiyada olub olmadığını nəzarət edin. Əgər qatı olduğunu düşünürsünüzsə yumurtanın qalan sarısını da əlavə edin ya da ilıq süd əlavə edərək bir az nazildin. İncə bir təbəqə halında göz altınıza sürün. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə və ehtiyatla göz altlarınızı yuyun.
*****
Göz altı qırışları üçün qidalandırıcı maska: Eyni miqdarda yandırmadan əridilmiş kərə yağı ilə yetişmişbanan püresini qarışdırın. Tam göz altlarınıza yerləşəcək şəkildə makiyaj pambığına bir miqdar qarışıqdan qoyaraq 20-25 dəqiqə gözləyin və ilıq su ilə ehmalca yuyun
Ev şəraitində dərinizdə olan ləkələri aparmaq üçün alma sirkəsindən və sudan eyni miqdarda götürüb bir qabda qarışdırın. Vam odda qaynadın, üzünüzə buxar vannası edin. Eyni zamanda, alma sirkəsi və su qarışığı ilə üç-dörd gündən bir üzünüzü silin.
Zirə toxumunu qaba töküb, üzərinə su əlavə edib qaynadın. Əldə edilən suyu soyuduqdan sonra üzə masaj edərək sürtün. Bu həm ləkələri aradan qaldırır, həm də dərini canlandırır.
Heyva çərdəyi ilə qüsursuz bir dəriyə sahib ola bilərsiniz. Bunu üçün 7-8 dənə heyvanın çərdəyini çıxardıb 1/2 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq.
Onu üz, boyun bölgəsinə sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Dərinizdəki ləkələrin yox olduğunu və dərinizin möhkəmləşdiyini, sıxlaşdığını görəcəksiniz.
Heyva çərdəyi maskası ilə çivzələr, səpgilər, qızartılar diqqətə çarpacaq dərəcədə itməsini şahidi olacaqsınız. Su yerinə gülsuyu da istifadə edə bilərsiniz. Əlbəttə bu daha yaxşı effekt verər.
Əmizdirən analar; sinələriniz yara oldusa mütləq heyva çərdəyi məhlulu tətbiq edin. Axşam tətbiq etsəniz səhərə qədər sinə yaralarınız keçəcək.
1. Piqment ləkələr vəqırmızı səpkilər əleyhinə. Kağız salfeti təzə çəkilmiş kələm şirəsində isladıb, həftədə 3 dəfə 15-20 dəqiqə üzə qoymaqla istənilən nəticəni alacaqsınız.
2. Dərindən təmizləmə və quru dərinin qidalanması üçün suda bişmiş kələmi püre halına salın. 10-15 dəqiqə üzünüzdə saxlayın .
3. Sallaq, quru vəqırışmış dəri üçün 3-4 qat tənzifi təzə çəkilmiş kələm şirəsində isladıb, üzə və dekolite hissəyə 10 -15 dəqiqə maska edin. Tənzifi üzdən çıxartdıqdan sonra dərini soyuq su ilə yuyub, nəmləndirici krem çəkin. Bunu həftədə 2-3 dəfə təkrarlayın nəticəni görəcəksiniz.
Dodaqlar günəş və soyuq havanın təsiri ilə çatlaya bilir. Bəzən dodaqların müxtəlif kremlərdən istifadə edilməsinə baxmayaraq, dərisinin qopması, soyulması davam edir. Bu da alışqanlıq halına gəlir. Belə vəziyyətdən çıxış yolu vardır.
Aşağıdakı reseptlərə əməl edərək dodaqları əvvəlki sağlığına qovuşdurmaq mümkündür.
1. Yarım stəkan qoz yağı və 2 xörək qaşığı əridilmiş bal mumu. Bunlar qarışdırılaraq soyudulur, kiçik bir şüşə qaba qoyulub səhərlər dodaqlara sürtülür.
2. Sadəcə təmiz bir balı dodaqlara sürtməklə 15 dəqiqə gözləyin, bu da yaxşı təsir göstərir.
3. Qızılgül yağı ilə balı qarışdırıb, bu qarışımdan səhər-axşam dodaqlara sürtün.
4. 200 qr küncüt yağı ilə 50 qr bal mumunu su hamamı üsülunda əridib qarışdırın, yenə eyni üsulla səhərlər dodaqlara çəkin.
Yediklərinizin gözəlliyinizin üzərində də təsiri çoxdur.
Quru dərinin həlli
Dəriniz quru və pul pul tökülür və bunun ən əhəmiyyətli dərmanı omeqa-3 yağlarıdır. Bu yağları əldə etmənin yolu isə qidalanma siyahınıza kətan toxumu yağını əlavə etməkdir. Kətan toxumu yağı dərinizi qidalandıracaq və nəmləndirəcək. Bu təsiri göstərməsi üçün etməniz lazım olan; hər gün 1 şorba qaşığı kətan toxumu yağını seçiminizə görə salat və yeməklərinizə əlavə etməkdir.
Gənc qalmanın sirri
'' Nebahat Çehrə, Cindy Crawford, Catherine Zeta Jones, Halle Berry, Heidi Klum, Julia Roberts, Demi Moore, Kate Moss''- adlar fərqli, amma ortaq cəhətləri yaşlarını müəyyən etməkdə çətinlik çəkməyimiz və qidalanma menyularında olan möcüzəvi C Vitaminidir.
Siz də sonsuz gəncliyin sirrini tapan qadınlardan biri olmaq istəyirsinizsə C vitaminindən imtina etməyin və C vitamini anbarı olan kivi bolluca istifadə edin. Bu meyvənin sayəsində dərinizdəki kolajen istehsalı artacaq, uzun illər çox sağlam və bir o qədər də gənc görünən bir dəriyə sahib olacaqsınız.