Hər dəfə eyni formada, eyni görkəmdə, eyni stildə geyinmək dəbdə monotonluğa gətirib çıxarır. Ən dəbli insanlar öz geyim formalarını gündən-günə dəyişməyə çalışır. Tanınmış modelyer, dizayner, hətta psixoloqlar belə hesab edirlər ki, bu hər bir insanın həyat tərzinə, iş əmsalına və bəzən də xarakterinə təsir edir. Aparılan təcrübələr də göstərir ki, belədə ətrafdakılar da sizi yaxşı qəbul edir.
Müxtəlif üslubları, müxtəlif stilləri birləşdirib, geyinərək, insanın öz obrazını da formalaşdırır. Bu mövzuda tanınmış dizayner və modelyerlərin təqdim etdiyi üslublarla sizi tanış edirik:
Armani modelyerlərin kralı sayılırdı, əbəs deyil ki, nüfuzlu jurnal “Time” 1982-ci ildə Armaninin portretini üz qabığında yerləşdirmiş və belə bir sərlövhə dərc etmişdi: “Dahiyanə Corco Stili”.
Xeyli keçmiş Armaninin rəqibi meydana çıxdı və bu rəqabət Armaninin dincliyini əlindən aldı. Olimpi onunla bölüşən rəqibi kasıb zövqlü, özündən tez çıxan və işinin xatirinə hər şeyi məhv etməyə hazır insan idi. Dünya haqsızlıq üzərində qurulub. Armanini şöhrətə aparan yol asan olmayıb, rəqibi isə bu zirvəyə çox tez və rahatlıqla çatıb.
Dəb yaranan gündən özünün bir stili, üslubu, forması olub. Tanınmış dizayner və modelyerlərin fikrincə, hər geyimin öz yeri, vaxtı, vədəsi var. Hər geyimi hər yerdə və istədiyin vaxt geyinmək olmaz. Odur ki sizə tanınmış modelyer və dizaynerlərin hansı geyimi nə vaxt, harda və necə geyinməyinin bir neçə üsulunu təqdim edirik.
1. Klassik
Bu növ geyimlərdə artıq heç bir element gözə dəymir. Bu stil dəblə o qədər də ayaqlaşmır. Ciddi insanların stilidir və dövlət əhəmiyyətli tədbirlərdə, məclislərdə istifadə olunur. Bunlar: klassik ingilis kostyumu,ingilis yaxalıqlı düz biçimli palto, dizə qədər olan düz karandaş yubkalar, futlyar-donlar, düz biçimli şalvarlar.
Əsas rənglər: boz, ağ, bej və qəhvəyi
Araşdırmalar sübut edir ki, London artıq dünyanın moda mərkəzi sayıla bilər. Belə ki, London modaya görə Nyu-York və Parisi geridə qoyub, Londonu artıq dünya modasının paytaxtı hesab etmək olar. Bu şəhər bir il ərzində Nyu-York və Parisi geridə qoyub. Amerikanın «Global Language monitor» tədqiqat təşkilatının mütəxəssisləri belə nəticəyə gəlib. Araşdırmalara görə, Böyük Britaniya dizayneri Aleksandr Makkuinin vəfatından sonra, həmçinin mətbuatın Ketrin Middlton və Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsinin toyuna yönələn diqqəti sayəsində London moda dünyasında birinciliyi əldə edib.