Dünyanın tanınmış modelyerləri hər il hansı rəngin dəbdə olmasına baxmayaraq, öz kolleksiyalarında hər zaman qırmızı rəngə önəmli yer verirlər. Rəng mütəxəssislərinin fikrincə, qırmızı – səmimiyyət, güc, ehtiras, şəhvət və eşq rəmzidir. Onlara görə, bu rəng insanı hadisələri aydınlaşdırmaqda daha sürətli qərarlar verməyə yönəldir. Heç təsadüfi deyil ki, xanımların əksəriyyəti gecə-mərasim libaslarını seçərkən onda qırmızı rəngin olmasına müsbət yanaşırlar. Çünki bu rəng diqqəti daha tez özünə cəlb edir. Hər halda, danılmaz reallıqdır ki, modelyerlər öz müştərilərinin rəyinə əsaslanaraq, qətiyyən qırmızı rəngdən imtina etmir, əksinə, ona böyük həvəslə yanaşırlar. Onlar belə hesab edir ki, qırmızı həm də unudulmazlığı ifadə edir. Maraqlıdır ki, 1940-50-ci illəri yenidən gözdən keçirdən “Prado” və “Dior” qırmızı rəngdə olan ətək və pencəklərə üstünlük verdikləri halda, yeni nəsil modelyerlər bu rəngin qarışıq modellərdə istifadəsini əsas götürürlər.
“Dost üzə, düşmən isə ayağa baxar”. Bu qədim el misalında böyük bir həqiqət var. Təsəvvür edin ki, çox gözəl geyinmisiniz, son dəblə, zövglə, amma ayaqqabılarınız bu dəbə uyğun gəlmir. Belədə dostunuz bunu üzünüzə vurmayacaq. Amma bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyəcək: bu nə ayaqqabıdır geyinmisən?
Müasir dövrdə əksər xanımların qarderobunda şalvara rast gəlmək mümkündür. Yəqin ki, bunun da əsas səbəbi şalvarın daha praktik olması, xanımların əksəriyyətinin bu geyimdə özlərini rahat hiss etməsidir. Bəs görəsən bir zamanlar yalnız kişilərin geyindiyi şalvar qadınların qarderobuna necə daxil olub?
Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı şərq qadınları geyiniblər. Hətta belə deyirlər ki, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarların qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib.
Modelyerlərin fikrincə, hər geyimin, aksessuarın şahanə bir növü olur. Qış üst geyimlərinin isə onnillər boyunca bir şahanə növü varsa, o da şubadır. Təbiət sevənlərin və heyvanları müdafiə edənlərin etirazına baxmayaraq, bu gün də ən dəbli şubalar təbii xəzlərdən və aşılanmış heyvan dərilərindən hazırlanır. Bunların sırasında norka, kül rəngli şimal tülküsü, dağ keçisi, ərəbdovşanı, skuns, qunduz, samur, qara-qonur tülkü xəzi, vaşaq və şinşilla xüsusi yer tutur.
Tençlər universal geyim növü sayılır. Bu payız isə trençlərin dünya dəb aləminə bir növ triumfu başlanıb.
Havalar soyuduqca xanımlar qarderobunda trençə daha çox üstünlük verir. Eləcə də plaşlara.
Bunların ən dəbdə olan növü isə klassik ingilis formasıdır. Böyük Britaniya duman və yağışlar diyarı olduğundan bu ölkədə trenç və plaşlar xüsusi əhəmiyyət kəsb edir.
Şlyapalar qadınların əsas baş geyimlərindən biridir. Onlar xanımlara cazibədar, yaraşıqlı və aristokrat görkəm verir.
Dizaynerlər hər dəfə şlyapalara müxtəlif lələk, naxış, lent, gül bəzəməklə onlara xüsusi görkəm verir.
Şlyapalar hər mövsümdə müxtəlif naxışda və rəngdə olur. Dizaynerlər də hər fəslin rənginə uyğun şlyapalara yeni bir naxış, element əlavə edirlər. Onların gözəl, yaraşıqlı görünməsi dizaynerlərin fantaziyasından çox asılıdır. Əsasən şlyapalar bu tipdə olur: