Marqaret Tetçer, Hilda Roberts, Dəmir ledi, Böyük Britaniya tarixində ilk qadın baş nazir.
Bu adlar, statuslar…tək qadın. Mirvarini, göy rəngi, sadə və səliqəli geyimi sevən, “Mən dəmir deyiləm, qadınam” deyən, “Bir qadın istəsə, hər şey edə bilər” düşüncəsinə can verən qadın.
1925-ci il də Şimali İngiltərənin Qrantem şəhərində anadan olub.
Onun ailəsi varlı deyildi. Ailədəki uşaqlar atalarına baqqal dükanında kömək edirdilər. Marqaret lap uşaq yaşlarından əməyə alışmışdı. O, özü də təsəvvür etməzdi ki, belə yüksək hədəfə nail olacaq. Marqaret imkansıza nail oldu. Sadəcə kişilər idarə edirdi Böyük Britaniyanı. Amma, artıq Marqaret gəlmişdi. Oksford universitetində oxumuş, həmçinin fəal siyasətlə məşğul olmuşdur.