2008-ci ildə, Taliban Pakistanın ucqar hissələrindən biri olan Swat vadisini ələ keçirdi. Ələ keçirdikdən dərhal sonra radikal İslam birliklərini həmin bölgəyə göndərdi. Televizor, film, qadağan edildi, qadınların yanında kişi olmadan küçəyə çıxmasına qadağa qoyuldu, qız uşaqlarının məktəbə getməsinə qadağa qoyuldu.
2009-cu ildə 11 yaşındakı pakistanlı bir qız uşağı, Malala Yuosafzai məktəb qadağası aleyhinə danışmağa, adsız bloqlar yazmağa başladı. Həm özünün, həm də atasının həyatını riskə ataraq, məktəbə getməyə davam edirdi. Yaxın kəndlərdəki konfranslara qatılır, internetdə “Taliban mənim məktəb həyatımı necə əlimdən ala bilər” deyə araşdırma edirdi.