Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha da asanlaşdırdı. Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməsi baxımından olduqca təhlükəlidir. Bu tipli təhlükələrlə qarşılaşmamağınız üçün indi sizinlə Android sistemli mobil vasitələrdən istifadə edərkən əməl etməli olduğumuz təhlükəsizlik qaydaları haqqında danışmaq istəyirik.
Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki, bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə bilərsiniz.
İlk mükafat Alfred Nobelin vəfatından beş il sonra verilib
Dinamiti kəşf edən, isveçli kimyaçı Alfred Nobelin sərvətini fonda bağışladığını eşidən qohumları məhkəmə vasitəsilə onun vəsiyyətinə etiraz etmişdilər. Beləliklə, ilk Nobel Mükafatı, ixtiraçının ölümündən düz 5 il sonra sahiblərinə təqdim olunub.
Dünyasını dəyişmiş elm xadimlərinə verilən Nobel mükafatları
Əslində Nobel Mükafatı ancaq yaşayan insanlara verilir. Buna baxmayaraq, 1961-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Dag Hammarskyold ilə 1934-cü ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Erik Axel Karlfeldə mükafatları dərhal verilməyib. Namizədlik müddəti ilə mükafatın təqdim olunduğu zaman kəsiyində qaliblər vəfat ediblər. Buna görə də bu şəxslərə mükafatlar ölümlərindən sonra verilib. 1974-cü ildə ölümündən sonra mükafat verilmə qadağan olunub.
Hillier Gölü, Avstraliya.
Qərb Avstraliyada olan bu göl parlaq gül çəhrayısı rəngi səbəbiylə ən şöhrətli çəhrayı göllərdən biridir. Üstəlik rəngi qalıcıdır.
Heykəltəraşlığın bu sənət növü qədim tarixə malikdir. Təxminən e.ə. VIII-VII əsrlərdən qiymətli metallardan hazırlanmağa başlanılıb. Bədii həlli vaxtilə sikkə hazırlanması ənənələrinə tapınsa da, sonrakı dövrlərdə (XIV-XV əsrlərdən başlayaraq) bədii dəyərli müstəqil sənət sahəsi kimi inkişaf edib. Tədqiqatçılar Azərbaycanda bu sənətin qədim tarixə malik olması qənaətindədirlər. XX əsrdə isə təbliğat vasitəsi kimi xüsusilə duyulan olmuşdur. P.Xryunov (Şopen, M.Qorki, Ş.Müslümov,S.Bəhlulzadə,M.F.Axundzadə, M.Ə.Sabir), A.Rüstəmov (N.Nərimanov,C.Cabbarlı, Nəsimi,M.P.Vaqif), eləcə də Ş.Şərifov, S.Quliyev, A.Əliyev və başkaları bu sahədə yaddaqalan nümunələr yaratmışlar.
“İmadəddin Nəsimi” – Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
Sovet folklorunda balacaboy, sadəlövh maral saxlayan kimi təqdim olunan çukçalar haqqında söylənənlər həqiqətə uyğun deyil. Çukçalar Uzaq Şimalın Alyaskadan Kamçatkaya qədər bütün tayfalarını özlərinə tabe etdirmiş ən güclü və döyüşkən xalqı olub. Çukot döyüşçüləri ölümdən qorxmurdular, əsir düşdükdə özlərini öldürürdülər. Əsir düşmək təhlükəsi olanda onlar hətta öz arvad-uşaqlarını da qırırdılar.
Çukçalar ancaq rusları igidlikdə özlərinə tay hesab edirdilər. Ətrafdakı tayfaları isə ümümiyyətlə saya salmırdılar. XVIII əsrdə çukçalarla döyüşmüş kapitan Dmitri Pavlutski öz düşmənlərini belə təsvir etmişdi: ”Çukçalar ucaboy, güclü, cəsur, sağlam bədənli, ağıllı, ədalətli, döyüşkən, azadlıq sevən, yalana dözməyən xalqdır”.
Çox sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız kibrit təxminən 150 il öncə icad olunmuşdur. Kibritin icad olunmasının nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il müddətində təkmilləşmə yolu keçmişdir.
İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir. Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görsənsə də alışqan da.
Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər bir kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.
2. ACMilan — 7 çempionluq / 4 final
3. Bayern Munchen — 5 çempionluq / 5 final
4. Liverpool — 5 çempionluq / 2 final
5. Barcelona — 4 çempionluq / 3 final
6. Ajax — 4 çempionluq / 2 final
Bakı küçələrinin demək olar ki, hamsı yeni adlarla əvəz edilib. Amma Sovet dövrünün insanları köhnə küçə adlarından istifadə edirlər. Bu mətndə küçələrimizin köhnə və yeni adlarını qeyd etmişik:
1. Banan – giləmeyvədir. Latin dilində banan «musa sapientum» kimi səslənir, mənası «müdrik insanın meyvəsi» deməkdir.
3. Banan təkcə sarı deyil, qırmızı rəngdə də olur. Qırmızı bananın daha zərif dadı olsa da, daşınması mümkün deyil.
4. Bananda B6 vitamini digər meyvə və giləmeyvələrdən çoxdur. Məlumdur ki, bu vitamin insanda yüksək əhval-ruhiyyə yaradır.
5. Banan istehsal həcminə görə dünyada ikinci yeri tutur — portağaldan sonra, üzümdən əvvəl.