Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

"Selfie" nədir və nə zaman yaranıb?

Yəqin “selfie” sözünü son zamanlar sosial şəbəkələrdə çox eşitmisiz.

“Selfie” ingilis lüğətinə 2013-cü ildə daxil edilmiş və sözün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. İngiltərənin ən güclü Universiteti hesab edilən Oxford «Selfie» sözünü 2013-ci ilin sözü elan etdi.

Məlumata görə, ilk “selfie” 1920-ci ildə çəkilmişdir. Şəkildə olan 5 kişi həmin dövrün məşhur fotostudiyası olan “Byron Company”nin əməkdaşları idilər, hansı ki bu studiya 1892-ci ildən fəaliyyətə başlamışdır. Hər iki foto eyni anda çəkilmişdir. Fotoların hər ikisi Nyu-Yorkun məhşur «Marceaus Studio»nun damında çəkilib.
Davamı →

Təhlükəli vəziyyətdə enerji veren hormon - Adrenalin

Təhlükə ilə qarşılaşan zaman insan özünü müdafiə etmək və ya dərhal olduğu yerdən qaçmaq üçün orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür fövqəladə hallarda orqanizmdə lazımi tənzimləmə aparılması üçün əvvəla ürəyiniz daha sürətlə döyünməli və daha çox qan vurmalıdır. Belə ki, insan orqanizmi belə hallar üçün qüsursuz yaradılmış və orqanizmimizə təhlükəli vəziyyətdə fəaliyyət göstərən qeyri-adi hormon yerləşdirilmişdir. Adrenalin adlanan bu hormon fövqəladə hal baş verdikdə böyrəküstü vəzilərin daxili hissəsində yerləşən laboratoriyada ifraz olunur və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir.

 Qanımızdakı adrenalinin miqdarı nə qədərdir?

Aparılan tədqiqatlar mühüm faktı üzə çıxarmışdır. İnsanın qanındakı adrenalin hormonu aşağıdakı kimi ifadə edilir:

Davamı →

Ağac modeli lövhələr daha çox günəş enerjisini istehsal edir

13 yaşlı Eyden Duayer (Aidan Dwyer) bitkilərin yarpaq düzülüşündən (filotaksis) ilham alaraq  günəş şüalarını elektrik enerjisinə çevirən kiçik lövhələri ağac yarpaqları formasında düzmüşdür. Ağacın yarpaqları şəklində dizayn olunmuş günəş lövhələri standard, yastı lövhələrə nisbətən 20-50% artıq enerji istehsal edir. Qışda ağacların budaqlarının yuxarıya doğru spiralvari düzülüşünü müşahidə edən Duayer bunun müəyyən məqsədə xidmət edib-etmədiyini öyrənmək üçün araşdırma aparmış və spiralın riyazi təsvir metodu olan Fibonaççi sayı ilə qarşılaşmışdır. O, budaqları daha yaxından tədqiq etmiş və günəş lövhələrinin eynilə palıd ağacının yarpaqlarının düzülüşü kimi yerləşdirildiyi təqdirdə, 20-50% daha artıq enerji əldə ediləcəyini hesablamışdır. Burada ən nəzərə çarpan hallardan biri odur ki, dekabr ayında günəşin ən alçaq üfüq xəttində olduğu vaxtda daha çox enerji əldə edilir.  Soyuq mövsümdə bu ağac modeli 50% artıq enerji istehsal edir.

Davamı →

Heç bir anın itmədiyinin elmi sübutu: Hipnoz

Hipnoz seansları Allah qatında heç bir anın itmədiyini elmi cəhətdən necə sübut edir?

Aparılan hipnoz təcrübələrində hipnoz altında olan insanlar necə reaksiya verir?

Hipnoz dünya həyatının hisslərdən ibarət olduğunu anlamağa necə kömək edir?

Uşaqlıq və gənclik illərində insanın zehni aydın olur. İnsan o illərdə etdiklərinin hamısını əbədiyyən xatırlayacağını zənn edir. Hadisələr, insanlar, baş verənlər onun üçün o qədər vacibdir ki, bunların hamısını anbaan xatırlayacağını, hamısının həyatında mühüm yer tutacağını düşünür. Lakin zaman keçdikcə çox mühüm və aydın olduğunu zənn etdiyi bütün hadisələr getdikcə aydınlığını itirir, hətta yox olur. İllər sonra uşaqlıq və gənclik illərində başına gələnlərin sadəcə bir neçəsi hafizəsində qalır. Halbuki şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an hazırdır və hər an canlı şəkildə yaşanır. Bunların heç biri əsla itmir. Bu həqiqəti elmi cəhətdən sübut edən təcrübələrdən biri hipnozdur.

Davamı →

Fərqli xüsusiyyətlərə malik olan irqlər necə yaranmışdır?

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia əslində müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlayıbsa, bir-birindən fərqlənən irqlər necə yaranıb?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə meydana gəlib?” deyirlər.

Davamı →

Çoxfazalı yuxu nədir?

Sutka ərzində normal yuxu 8 saat sayılır.

Bu yuxu sisteminin ideyası ondadır ki, siz gün ərzində 8 saat yatmaq əvəzinə, yuxu ərzində bir neçə dəfə oyanırsız və ümumi müddəti azalır .

Nəticədə, araşdırmaçıların iddiya etdikləri kimi bu yuxu modelinin keyfiyyəti genişlənir və kreativ ideyalar yaranır.

Yuxunu azaltmaq yuxu fazasından asılıdır .

Hər bir insanda yuxu strukturu iki hissəlidi, Non-REM ( yavaş yuxu ) və REM ( sürətli yuxu ) .

Non-REM-insan yuxulayarkən baş verir, 4 mərhələlidi və 90 dəqiqə davam edir, ümumi yuxunun 75-80%- ni təşkil edir.

Davamı →

Yumurta ağının inanılmaz faydası


Yumurtanın ağının yanıqlara faydalı olduğunu bilirdiniz heç?

Yumurtanın ağını sarısından ayırıb qaba tökün. Sonra onu yanan yerin üzərinə sürtün.

Yaranın üzərində quruyan yumurta ağı yanmış nahiyədəki ağrını və qızartını götürür.

Yanığın üzərinə yumurta ağı sürtmədən öncə həmin nahiyəni soyuq suyla təmiz yumağı unutmayın. 

Davamı →

Yuxuda çevrilmə hallarının səbəbi

Finlandiya alimləri müşahidələr zamanı hesablayıblar ki, yetkin yaşlı insanlar bir gecə yuxusu ərzində yerlərində 15-20 dəfə hərəkət edirlər.

Uşaqların isə böyüklərdən bir neçə dəfə çox böyrü üstə çevrildiyi bildirilir. Yatarkən hərəkətsiz qalmaq əl və ayaqlarda limfanın və qanın durğunlaşmasına, keyləşməsinə və şişkinliyə səbəb olduğundan yuxuda çevrilmə hallları baş verir. Belə fəsadlarla sərt yataqda yatanlar daha çox rastlaşa bilərlər.

Aparılan bəzi araşdırmalar sayəsində bir sıra alimlərin sərt yataqda yalnız ürəyi və böyrəyi tam sağlam olanların, arterial təzyiqi qaydasında olanların yata biləcəyini deyiblər. Bu cür hallarda müxtəlif narahatlıqlara gətirib çıxarır.
Davamı →

İnsan niyə gözlərini qırpır?

Yapon mütəxəssislər insanın niyə gözlərini qırpdığını müəyyənləşdiriblər. İnsan bir dəqiqə ərzində 15-20 dəfə gözlərini qırpdığı məlumdur.
Rusiya mətbuatının verdiyi məlumata görə, mütəxəssislər hesab edirlər ki, gözlərin qurumaması üçün dəqiqədə 4 dəfə gözləri qırpmaq kifayətdir.

Bəs insan niyə tez-tez gözlərini qırpır?

Osak Universitetindən Tamami Nakano bir qrup tələbə ilə təcrübə aparıb. Tələbələr 30 dəqiqə ərzində «Mister Bin» filminə baxan şəxslər üzərində təcrübə aparıblar. Nakano hesab edir ki, hər dəfə göz qırpıldıqda göz bəbəyinin ölçüsündə dəyişiklik baş verir, qırpılanda bəbək sıfıra bərabərləşir.

Məlum olub ki, insan beyni gələcək işlərlə yüklənir və bu gözlərin tez-tez qırpılmasına səbəb olur. Araşdırıblar ki, passiv və aktiv beyin sistemləri var ki, bunlar arasında daim mübadilə gedir. Göz qırpma zamanı beyin passiv rejimə keçir. Bundan başqa, bu hətta insan konsentrasiya tələb edən prosesdə iştirak etdikdə belə baş verir. Belə ki, nisbətən passiv sistem aktiv hərəkətlərin icrasında mühüm rol oynayır.
Davamı →

Qucaqlamaq faydalıdır

Qucaqlamaqla həm sakitləşdirmək, həm ruhlandırmaq, həm sevgini bildirmək və həm də isitmək olar. Lakin bu hələ hamısı deyil. Qucaqlamaqla nəinki ürəkdəki yaraları, həm də fiziki yaraları da sağaltmaq olar. Bütün bunların səbəbi oksitosin elementidir.

Qucaqlamaq və öpmək kimi hərəkətlər insan bədənində “həzz hormonu” olan oksitosinin miqdarını artırır və bu da həyəcanı aşağı salaraq həzz hissini, sakitliyi və təhlükəsizlik hissini artırır.

Oksitosinin xeyirli cəhətləri bununla bitmir. Qeydə alınıb ki, oksitosin yaraların sağalmasına kömək edir, çünki onun soyuqdəyməni aradan qaldırmaq kimi xüsusiyyəti var. Bu fakt sübut edir ki, bizim hiss etdiyimiz pozitiv emosiyalar doğurdan da bizim sağlamlığımıza təsir edir və bu heç də özünü inandırmaq hissinin təsiri deyil.

Davamı →
Top