İlk dəfə qələm 1888-ci ildə ABŞ-da Con Loud tərəfindən ixtira olunub. Bu gün istifadə etdiyimiz diyircəkli qələmləri isə ilk dəfə 1940-cı ildə Josef Laslo və Georq Biro icad ediblər.
1943-cü ildə həmin qələmin satışı üçün ilk nümunələr hazırlanıb. 1945-ci ildə onlar Nyu-Yorkda satışa çıxarılıb. Bu zaman alıcıların sayı o qədər çox olub ki, hətta işə polislərdə cəlb olunub. Bir gun ərzində 10 min qələm satılıb. Amma bu müştəriyə baha başa gəlib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əməkhaqqısı dəyərində olub.
Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub.Vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır.
Günəş saatı
Qədim dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı.
Maraqlıdır ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi.
1. Qar dənəsinin əsas tərkib hissəsini hava təşkil edir — 95%, ona görə qarın düşmə sürəti çox azdır — 0.9 km/saat.
2. Qar dənəsinin rənginin ağ olması onun strukturunda havanın olması ilə bağlıdır. İşıq şüaları havadan və buz kristallarından əks olub yayılırlar.
3. Dünya tarixində başqa rəngdə qar yağmalar olub. Məsələn, 1969 da İsveçrədə qara, 1955 də Kaliforniyada yaşıl qar yağıb.
4. Antarktik dağlarda elə canlılar var ki, onlar qarda yaşayırlar. Onlar xlamidomonadlardır. Onlar qarı qırmızı, bənövşəyi, sarı edirlər.
Katana (yayılan) — bir tərəfdən çox zərif , digər tərəfdən öldürücü silahdır. Dinclik şəraitində o təmkinin mücəssəməsidir, lakin qılınc döyüşçünün əlində olduqu an Katana ildırım və tufan kimi eyni zamanda güclü bir element olur.
Katana – o uzun Yapon qılıncıdır. Öz formasına görə qılıncı xatırladır, lakin dəstəyi klassik qılınclardakı kimi ülgücün əks tərəfinə əyilmış deyil.
Katana XV əsrdə ortaya çıxsa da, XIV əsrin sonundan yapon samurayının ənənəvi silah kimi istifadə olunub.
Gündoğan ölkədə (Yaponiya) katanaya münasibət sırf hərbi təyinat ürzə məhdudlaşmırdı. Yapon mifologiyasına görə, qılınc üç müqəddəs şücaət rəmzini ifadə edın törənlədən biridir.
Qılıncı həmişə ailə yadigarı olaraq göz bəbəyi kimi qorunmuş və əsas obyekt kmi nəsilərə xidmət etmişdir. Qılınclar, xüsusiylə də Katana, vərəsəlik üzrə bir nəsilə başqa nəsilə ötürülmüşdür.
Qılınc öz sahibinin cəmiyyətin müəyyən sosial pilləsidə olmasını tərif edirdi. Belə ki, adi insanlar: kəndlilər, sənətkarlar, tacirlər özləri ilə silah daşıya bilməzdilər.
Katana həmişə qınında gəzdirilirdi. Kəmərərin arxasına cekirməklə bıçağın uzunluğu düşmənindən gizli saxlanılırdı. Samuraylar evə daxil olduqda, Katana çıxardardılar.
Katana qılıncı- bu gün bütün dünyada olduqca məşhur artifactdır. Dünya və özünü idrak vasitəsi kimi, dəblı hədiyyə və sənət əşyası kimi.
Hesab olunur ki, bu gün dünyada təxminən iki milyon yapon qılınc qalmışdır, lakin onların əksəriyyəti IXX sərin ikinci yarisi, XX əsrlərdə «manchzhurki» adı altında tanınan zabit silah fabrikinin istehsalıdır.
Xına ilk dəfə Şimali Afrikada becərilməyə başlanıb. Daha sonra Hindistana oradan isə Avropaya gətirilib. Qədim zamanlardan xınadan ancaq bəzək vasitəsi kimi istifadə edilib.
Lakin xına üzərində aparılan araşdırmalardan sonra məlum oldu ki, xına təkcə bəzək vasitəsi deyil, həm də insan sağlamlığına böyük faydaları var. Hətta Misir ehramlarında xınadan müalicə vasitəsi kimi istifadə edildiyinə dair yazılar tapılıb. Publika.Az xınanın faydalarını təqdim edir:
• Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir.
• Baş ağrısı və hərarəti aradan qaldırır
• Xına həmçinin sifilis xəstəliyinin müalicəsinə köməklik edir.
• Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var. Dırnaqların tez qırılmasının qarşısını alır.
• Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaqları və civzələri yox edir.
Ümumiyyətlə, qorxunc qəzalar zamanı dağıntılar arasından zərər dəyməmiş şəkildə tapılan bu qutular sayəsində qazanın səbəbləri aydınlaşdırılır. Təyyarə qəzalarında təyyarə tamam parçalansa da, dənizin dibinə getsə də dərhal «kokpit» deyilən pilot kabinasındaki son danışıqları qeydə alan «qara qutu»lar axtarılır. «Qara qutu»ların rəngləri əslində qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi dağıntılar arasından daha rahat tapılmaları üçündür
Bəs nə üçün «Qara qutu» bu qədər möhkəm materialdan hazırlanırsa, təyyarə özü tamamilə bu materialdan hazırlanmır? Təyyarənin hissələrini «qara qutu» materialından hazırlamaq parçalanma və yanğından zərər görmə təhlükələrini önləyər amma çox təəssüf ki bu materialdan hazırlanmış bir təyyarə də uça bilməz.
Notbuku sərt zəminlərdə istifadə edin: Kompüterinizdə hava axışının maneə törədilməsi, yanmasına səbəb ola bilər. Bu səbəblə notbukunuzu stol kimi sərt zəminlərdə istifadə edin. Hava axınını maneə törədəcək zəminlərə qoymayın
Kompüterinizi etibarlı yerlərdə saxlayın: Notbuk çantaları, notbukunuzu daşıya biləcəyiniz ən etibarlı yerdir. Amma yenə də hərdənbir öz çantanıza qoyursunuzsa böyük bir risklə qarşı-qarşıya qala bilərsiniz. Kompüteri bağlamadan çantanıza qoymanız kompüterinizi yandıra bilər
Notbukunuzun başında yeyib içməyin: Qəzayla tökülməsi, Notbukunuzun xarab olmasına gətirib çıxarar. Buna görə yeməkləri içkiləri mümkün olduqca notbukdan kənarda tutun.
Rənglər yeddi göy qurşağının füsünkar ahəngindən yaransa da çalarlıq baxımından biri digərindən fərqlənir. Göz oxşayan ahəngdarlıq çeşidli olmasına baxmayaraq əsasını ağ və qara rəngdən götürür. İstifadə etdiyimiz və üzərimizdə sevərək daşıdığımız zinət əşyalarımızı bəzəyən daş-qaşların rənglərinə görə mənaların haqda bilirikmi?
Qırmızı – bütün rənglərin ən hərarətlisidir. Qirmızı ehtiraslı sevgini simvolizə edir. Qırmızı Mars rəngidir. Enerji verən, sevgini alovlandıran, dinamiklik gətirən coşğun ehtirası nümayiş etdirir.
Qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmənin eşitmə itkisinə səbəb olduğu təyin olundu. Prof. İrfan Papila, «Yüksək səs, iç qulağa ziyan verərək gəncləri kar edir» deyərək gəncləri xəbərdar etdi.
Texnologiyanın inkişafıyla həyatımıza girən mp3 çalan cib telefonları və walkmanlar, bir çox sağlamlıq problemini də özü ilə gətirdi. Qulağın içinə taxılan qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmək, eşitmə itkisinə səbəb olur.
Prof. Dr. İrfan Papila, «Cib telefonu və walkman kimi vasitələrin səsini sonuna qədər açdığınızda, yüksək səsi qulaq kanalından içəri vermiş olarsınız. Bu vəziyyət iç qulağa ziyan verir» dedi. Səs-küyə bağlı eşitmə itkinlərinə ‘akustik zədə' deyildiyini ifadə edən Prof. Papila, bu vərdişin qulaq zingildəməsi, yuxu pozuqluqları, narahatlıq və yüksək təzyiq kimi narahatlıqları da özü ilə gətirdiyini söylədi.
İnsanların gündəlik həyatda davamlı səs-küyə məruz qaldığını yazan Papila, 80 desibeldən daha çox səsə məruz qalmanın qulağa zərər verə biləcəyini ifadə etdi. Papila, sözlərini bu şəkildə davam etdirdi: «Pıçıltı 30, normal danışma 60, yol və avtomobillər 80, walkman və cib telefonlarının səs çıxışları 60-120 desibel olduğu bilinir. Bununla birlikdə şimşək 120, tüfəng 140 desibeldir. Bu nisbətlərə baxdığımızda insan qulağının davamlı səs-küyə məruz qaldığını söyləyə bilərik. Buna görə qulaqlarımızı səs-küydən uzaq tutmaq lazımdır.»
Qulaqların, səs-küydən qorunması lazım olduğunu yazan Papila, səsi çölə verən və qulağın içinə girməyən qulaqlıqların istifadə edilməsini tövsiyə etdi. Papila, «Eşidə biləcəyinizindən artıq yüksək səslə musiqi dinləmənin qulağa zərər verdiyini unutmayın. Qəflətən səs-küylə qarşılaşdınızsa, qulaqlarınızı əllərinizlə qorumağa çalışın. Uzun müddət cib telefonu və qulaqlıq istifadə etməkdən qaçının» məsləhətini gördü...