“Scientific Amerikan” jurnalında dərc olunmuş elmi araşdırmaların nəticəsi, qarında piyin yığılması ilə yaddaş zəifliyinin arasında bağlılığın olmasını deməyə imkan verir, həmçinin, qarın nahiyəsində piy yığılan adamlarda “demensiya” (qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının pozğunluğu) xəstəliyi daha tez-tez rast gəlinir. Piylənmənin yaddaşa mənfi təsiri hələ 2010 – cu ildə aşkarlanmışdı, lakin alimlər bu prosesin mexanizmini tam aydın müəyyən edə bilməmişdilər.
Son araşdırmalara əsasən, qarın nahiyəsində olan piyin yandırılması zamanı, insanın ciyəri zülaldan istifadə edir, zülal isə öz növbəsində yaddaşın formalaşmasında və fəaliyyətində iştirak edən komponentdir. Piy çox olanda isə, ciyər çatışmayan komponentləri digər orqanlardan almaqla kompensasiya edir, bu orqanların arasında, ürəyi, əzələləri, böyrəkləri və bədənin bəzi diqər daxili toxumalarını da göstərmək olar.
Bu isə son nəticədə, yaddaşın zəifləməsi ilə yanaşı, piylənmədən əziyyət çəkən insanlarda, arıq insanlara nisbətən qocaldıqda “marazm” xəstəliyinin əmələ gəlməsi qorxusunun 3,6 dəfə çox olması deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda xüsusən kişilər və eləcə də gənc oğlanlar arasında artıq piylərə malik bir çox insan var, bizim vətəndaşlarımız üçün bu məsələ kifayət qədər əhəmiyyətlidir. Bunun qarşısını almaq üçün isə, aktiv həyat tərzi, idman və sağlam qidanı məsləhət görmək olar.
Tribal — bu döymə kişilər arasında çox populyardır.
Qara mürəkkəblə çəkilir və xüsusi mənaları olmur. Bunun əhval ruhiyyə, bərəkət və evlilik mənasına gəldiyini iddia edirlər.
Qurbağa döyməsinin mənası: Hər hoppanışında inanılmaz yol qət ədə bilən qurbağalar rənglilik və şənlik döymə motivlərindəndir.
Aslan döyməsinin mənası: Meşənin kralı olan aslan qürur, liderlik və cəsarəti təmsil edir.
Əqrəb döyməsinin mənası: Güclü bədəni və ölümcül iynəsiylə bilinən əqrəb gələcək təhlükələri və ya dəyişiklikləri xəbər verir.
Tanrın yaratmış olduğu doyulmaz gözəlliklərdən biri olan güllərin gözəlliklərinə, xüsusən də sevgi simvoluna çervrilmiş qızıl güllərə qarşı heç bir qadın biganə qala bilməz. Kişilər hər zaman hisslərini bu zərif gözəlləyi dəyər verdiyi qadınlara hədiyyə etmeklə, incə bir jetslə bir daha göstərmiş olurlar…
Bəs hədiyyə ediləcək güllərin sayına görə hasnı mənanı verdiyini bilirikmi?
1 qızılgül — tənha ürək;
2 qızılgül — mən və sən;
3 qızılgül — mən səni sevirəm;
4 və 7 qızılgül — hədiyyə edilmir;
5 qızılgül — xoşbəxtlik, uğur və müvəffəqiyyət;
Həyatımızda bir çox detalın mənasının olduğu kimi üzüklərin də öz mənası var. Belə ki, üzüyü hansı barmaqa taxmağıımız bizimlə əlaqədar ipucları verir.
* Üzüyünüzü baş barmağınıza taxırsınızsa azadlığınıza düşkün birisiniz. Sizinlə birlikdə olacaq biri bunu bilməli və bu vəziyyəti anlayışla qarşılamalıdır əks halda əlaqəniz uzun ömürlü ola bilməyəcək.
* Üzüyünü işarət barmağına taxanlar nüfuzu və gücü xoşlayır. Ətraflarında da nüfuz və güc təmsili olaraq görülür. İş həyatında çox müvəffəqiyyətli olacaq bu kəslərdənsinizsə qısa zamanda işinizdə yüksəlməniz heç də çətin olmayacaq.
Son illərdə günəş eynəkləri vacibli moda əşyasına çevrilmişdir. Lakin ilk günəş eynəkləri nə moda, nə də ki, günəşdən qorunmaq üçün istifadə olunurdu. Çində 600 ildən çox, hakimlər bu eynəklərdən istifadə ediblər. Onlar əsasən tüstü rəngli şüşələrdən istifadə edirdilərki, insanlar onların gözlərini görməsinlər. Belə olduqda onların nə fikirləşdiyi də məlum olmurdu.
MERSEDES-BENZ Oğruların ən çox rəğbət göstərdiyi bir fiqurdur. Dünyada ən çox tanınan markalar arasında yerini alan Mersedesin, üç ayaqlı ulduz fiquru, markanın quru, hava və sudakı gücünü təyin edir. Mersedes embleminin icadçısı Daimlərdir… Mersedes emblemi, dünyada ən çox tanınan marka olmanın yanında ən çox oğurlanan fiqur olaraq da ilk sıranı tutur.
Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. Linqvistlər araşdırma aparıb, öyrənilməsi ən çətin olan 8 dili açıqlayıblar.
Çippeva dili- Şimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.
Çin dili — Çin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. Çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.
“Google” şirkəti həmişəki kimi yenilik edərək avtobuslardan imtina edib və öz əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb.
Belə ki, internet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir.
“Google” nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir.
Sünnətin tarixi qədim zamanlara gedib çıxır hətta dəqiq tarixini bilən yoxdur. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqqında məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyyə etdikləri görülür. Buna baxmayaraq, xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.