Bu gün müxtəlif tragikomik hadisələrlə rastlaşdım, daha doğrusu hər gün rastlaşıram. Nə isə keçək mətləbə. Səhər açılır, uğurlu, gözəl bir günün keçəcəyi ümidi ilə yola çıxıram, səfərim Səməd Vurğun bağı istiqamətindədir. Əhmədli qəsəbəsindən yola düşürəm, amma necə
Əsas məsələ də budur. Mənim ən sevimli,həm də sevimsiz marşrutum olan 346 nömrəli marşrut gəlir, sonuncu dayanacağa yaxın oladuğundan əvvəlcə hər şey adi görünür, hər kəs əyləşib, hətta boş yerlər də var. Marşrut saxlayır minmək istəyirsən ki, sürücülükdən bixəbər sürücü yarı minmiş yarı minməmiş marşrutu az qala iki təkər qaldırır və ən azından təkərlərin qarası üstümü it gününə qoyur. Bir az qanı qaralmış vəziyyətdə marşruta minirəm və özümü digər hadisələrə hazırlayıram. Yavaş yavaş basabas başlayır, nə başlayır.