346 saylı marşrut kateqoriyası üzrə məqalələr

Söz mətbəxi

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri
Ey mərifət sahibiyəm deyənlər, öz qövmunə və başqalarına nəyisə söyləmək istəyənlər! Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi yaxşı — yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda saxlayasınız ki, ağzınızı açanda duzsuz — duzsuz danışmayasınız. Yoxsa duzsuz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar. O qədər gülər ki, gülməkdən qarnı partlayar, ləvəngisi tökülər.
Davamı →

Tərbiyəsizin tərbiyəsi

O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun «bir az da mehriban olun!» ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: «vay öldüm!»; «adam ol da, ayağımın üstünə niyə çıxırsan?; „bir az aralı dur da!“; „yavaş, böyrəyim deşildi!; “vay qoluuum!»… Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi.
Davamı →

Azərbaycanlılar niyə teatra getmir?

Biz öyrəşmişik ki, bir az bərkə-boşa düşəndə xalqı günahkar çıxaraq.
Kitab satılmır — günahkar oxucudur. Teatrlar boş qalıb — günahkar tamaşaçıdır. Ciddi musiqinin dinləyicisi yoxdur — günahkar yenə xalqdır. Heç kim bu sadaladıqlarımızın daha dərin səbəbləri üzərində düşünmür. Heç kim özünə sual vermək istəmir: məgər cəmi 20 il əvvələdək bu ölkədə kitablar 100-200 min tirajla satılmırdımı? Opera və Balet Teatrının kassaları önündə uzun-uzadı növbələr yaranmırdımı? İnsanlar üçün ən gözəl və mənalı istirahət teatrlara getmək deyildimi? Birdən-birə nə baş verdi ki, xalq mədəniyyətdən bu qədər uzaq düşdü?

Davamı →

Bəyi gərdəkdən nə qaçırır?

Toy gecəsinin şəffaf şəraitdə keçirilməsi üçün müasir texnikaya müraciət edək, yoxsa dədə-baba qaydasında havaya yaylım atəşi açaq? İntim adət-ənənlərimiz haqda bir-iki kəlmə...
Hər zaman Azərbaycan xalqının sahib olduğu adət-ənənələrlə fəxr etmişəm. Həqiqətən bu millətin yaşatdığı tarixi vərdişləri, ənənələri düşündükcə qürurundan neynəyəcəyini bilmirsən. Sadəcə içinə fəxarət hissi dolur və xalqın qan yaddaşından xəbərsiz olanlara yazığın gəlir. Amma bəzən də çaşıb-qalırsan… “Bu bizim adət ola bilməz” deyib durursan. Məsələn?
O gün bir həftəlik kəndə getmişdim. Dostlarımdan biri evlənmək istəmirdi. Bir yandan ailəsi, bir yandan biz israr etsək də, dostumuz “yox” deyib dururdu. Nə zaman bu mövzu gündəmə gəlirdisə, oğlan əsəbi halda “Evlənmirəm, vəssalam” deyib uzaqlaşırdı. Heç bir izahat-filan da vermirdi.

Davamı →

Qızlarımız niyə ərə getmir?

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs, görəsən, Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir?

Statistika Komitəsinin verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik. Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən, təxminən, 60 min nəfər çoxdurlar.
Davamı →

Abır müəllimlə Həya xanımın qeybə səyahəti

Bizim Başkəsən kəndində, dərənin bax o dibində uçuq bir daxma vardı. O daxmada kəndin sevimlisi Abır müəllimlə Həya xanım yaşayırdılar. Bir-birinə dərin sevgilərlə bağlıydılar. Qoşa gəzib-dolanardılar. Kəndin kamil adamları bu xoşbəxt cütlüyə Abır-Həya adı vermişdilər. Nə isə, gözəl və xoşbəxt  ailəydi. Ailənin bir  oğlu, bir də qızı vardı. Uşaqlar yetkinlik yaşına çatar-çatmaz Başkəsənin başçısı Zamanı dəyişib yerinə Hürriyyət bəyi qoydular.
Davamı →

Dilimizdəki bəzi sözlərin "izahlı" lüğəti

SOYUQ – borca görə qaz xətti kəsilmiş kasıb evi.
QARANLIQ – borca görə işığı kəsilmiş kasıb evi.
AC – neft ölkələrində milyonerlərın rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan. 
UCUZ – yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.
BAHA – kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.
BİHUŞ – teleseryal izləyən valideyin.
SƏHƏR – ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti. 
AXŞAM — əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.
Davamı →

Qız qalası ərə gedir...!?

Dikdaban geyinmiş göy – dələnlərin,


Ayağının altında qalıbdır Bakı...!


(Qismət Rüstəmov)


Mən yazımı ona görə belə adlandırıram ki, yazdıqlarım oxucuların diqqətini cəlb etsin və onlar fikirləşsin ki, o – haaa yəqin qiyamət məsələsidir. Amma rahatsız olmayın. Mən əhvalatın qısa variantını sizlərə ərz edəcəm. ( Mıs – mıs deyincə, keç Mustafa dayıya… )


Deməli belə…

Davamı →

Növbəti stansiya “ Depo “

Yazını oxuyub biləcəksiniz ki, problemlər məngənəsində boğulmamaq üçün yeganə çıxış yolu “ Depo “yadır...!Həzarat, metro deyəndə normal insanın ağlına ilk olaraq stansiyalar, vaqonlar, “ Depo “ və s. gəlir. Gün ərzində milyonlarla insan nəqliyyatın bu növündən istifadə edir. Metro həm sərfəli, həm də rahat və nisbətən təhlükəsiz nəqliyyat növüdür. Nə “ probkası “ olur, nə də “ svetaforu “… Əmbə, yaraşıqlı “ basa – bas “ ı da olur ki, bunun da xəlqimizin mentaliteti baxımından yanaşsaq, öz “ ləzzəti “ var.

Davamı →

Yalniz Azərbaycanda

* Ancaq Azərbaycanda arvad öz ərindən boşanandan sonra gedib mügənni olur...

* Ancaq Azərbaycanda sürücü təhlükəsizlik kəmərini əliylə tutur...

* Ancaq Azərbaycanda valdeynlər uşaqlarının oxumaması üçün rüşvət verirlər...

* Ancaq Azərbaycanda mobil telefondan maqitofon kimi istifadə edirlər…
Davamı →
Top