

Şifahi nitq mədəniyyəti, adi danışıq tərzi, insanların bir-birləri ilə anlaşması və ünsiyyətdə olması, mahnılar, ifalar, adi telefon söhbətləri belə dilin inkişafında mühüm rol oynayır. Bu mənada dünyanin ən qədim və zəngin dilləri sırasında ana dilimizin də öz yeri vardır. Təsadüfi deyil ki, antik ədəbi abidələrimizdən olan “Kitabi-Dədəd Qorqud” dastanlarının dili bu gün də hamını heyran etməkdədir. Hər bir dilin zənginləşməsində isə gündəlik həyatda işlənən şifahi nitq mədəniyyətinin, adi danışıq tərzinin, insanların bir-birləri ilə ünsiyyətdə olmasnın mühüm əhəmiyyəti vardır. Bir sözlə, hər bir insanın söz demək, danışmaq, öz fikrini başqalarına çatdıra bilmək qabiliyyəti onun danışıq mədəniyyətinin göstəricisidir. Bəs biz necə danışırıq? Adi məişətdə, ictimai yerlərdə, işdə, bazar-dükanda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin gözəlliyini, zənginliyini, şirinliyini, danışıq mədəniyətimizi nümayiş etdirə bilirikmi? İşlətdyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Axı, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisində daha çox diqqət cəlb edir və dinləyənlərdə haqqımızda çox güclü təəssürat yaradır.
Uzun illərdir ki, satışda olan bir çox oyuncaqların uşaqların səhhətinə zərərli olduğu haqqında mətbuatda həyəcan təbili çalınsa da, nə aidiyyatı dövlət orqanları bir tədbir görür, nə istehlakçılar onları almaqdan çəkinir, nə də öz biznes maraqları naminə bütün növ təhlükəli zir-zibili daşıyıb ölkəyə gətirən fırıldaqcı kommersantlar öz əməllərindən əl çəkir. Dialoq nədir?
— Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Bir məni başa sal görüm dialoq nə deməkdi?
— Dialoq o deməkdi ki, o deyir- bu deyir, o deyir- bu deyir… və axırda «o» deyir.
Təbriklər
Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10- 15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibətilə təbrik edirəm.
İşdən gec çıxanda havaya baxıram, xoşdursa, əlimi belimdə çarpazlayıb yolun qırağı ilə Yasamala doğru üz tuturam, küləklidirsə, acıdırsa, yaxınlıqdakı Səhərlər təxminən eyni mənzərələr diqqətimi çəkir. İki nəfər yanaşı oturub, bəlkə, heç dönüb bir-birinin üzünə də baxmayıblar, hərəsinin də qulağında bir telefon, kiminləsə telefonla danışırlar. Ümumiyyətlə, yol gedərkən telefonla danışmaq geniş yayılıb, xoşumuza gəlir, xüsusilə də, avtobusda. Bilimirəm yol boyu öz başını qatmaq üçündür, başqallarına göstəriş üçündür, ya həqiqətən də, o zəngə ehtiyac var… |
Düzü, topiki necə adlandırım bilmədim, naəlac qalıb, məhz bu cür «Müasir təhsil sistemimiz» adlandırdım. Daha nə yazmaq olar? Müasir tupoylaşma sistemi deyə bilməzdim ki? 90- cı illərdə, bəlkə daha əvvəl də olmuşdu( mən bu dönəmi xatırlayıram) məktəblərimizdə, eləcə Universitetlərimizdə müəllimə «hörmət etmək» dəbi yayılanda, bunun müasir texnika, internet, komputer və s kimi inkişaf edəcəyi heç ağlıma gəlməzdi. Yadımdadı 96-98 -ci illər idi, sinifdə uşaqlarla yığışıb, sevinə- sevinə keçmiş «Baksovet», indiki "İçəri şəhər" metrosunin qarşısında gül köşkü vardı, ora müəllimimiz üçün gül almağa yollandıq, həvəslə, uşaq saflığı, məsumluğu ilə müəllimimizi bayram münasibəti ilə təbrik etməyə tələsirdik. Nə başınızı yorum gül buketini sinfə gətirdik, bir-birimizin üzünə baxa- baxa ki, indi müəllimimizi sevindirəcəyik, müəllim heç başını qaldırmadı, biz də ürəyimizə pis heç nə gətirmədik.
Ah Abituriyent! Abituriyent! Çoxları bu adı daşımağa məcbur olurlar. Bu adı daşımağa məhkumdurlar. Neyləsinlər? Əlacları nədi? Getməsələr evdə günləri qara olacaq, valideyn tənqidinə, ailə və ictimai qınağa düçar olacaq. Ən yaxşısı elə YVG eləyəsən. Abituriyentlərin bir çoxu bir — birinə elə bunu məsləhət bilirlər- Yola Ver Getsin. Özünü oxumuş kimi göstər — bəsindir. Mama otağa girdi ciddi sifət al, guya dərin düşüncəyə qərq olubsan, sonra özünü məşğul apar guya bir misalın üstündə iki saatdı baş sındırırsan, riyaziyyatın atasısan, müəllimin sənin yanında söz deməyə çəkinir ki, birdən səhv tutarsan onda, bağ belə, bostan belə. Elə ki, gördün mamanın başını yastığa qoydun dayy səni bir müddət narahat eləyən olmayacaq. Kef elə də facebookda. Ən krutoy statusları yaz ki yazasan, like gəlsin.