Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.
Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", «ara həkimlər» təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə «həkimlər» sonsuzluğu yalnız bir üsulla «bel çəkdirməklə» müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona «bel boşluğu» diaqnozu qoyur. Bu diaqnozun «mənasını» soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin «zəif» olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, «yerinə qoyurlar». Bu cəfəngiyatdır.
“Ay kişi, sür gedək də! Öldük ki… Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.
Bu giperpola mənbəyi adamın 23,25 yaşı olardı, çox əsəbi görünürdü. Əslində avtobusda əsəbi görünməyən adam yox idi və mən bu əsəbi adamların əsəbi baxışlarına özüm də bilmədən tədricən çoxdan alışmışdım. Bu əsəbi adamalrı hər gün işə gedəndə küçədə, avtobusda, metroda və hətta işdə də görürdüm. Hər gün! Axşam evə qayıdanda isə hər şey tərsinə olurdu...metro, avtobus, küçə, əsəbi baxışlar.
Təkcə evdən bayıra çıxmadığım günlərdə bu əsəbi baxışlardan gizlənə bilirdim. Evimin divarları məni və ailəmi xroniki əsəb daşıyıcılarından qoruyurdu. Nə yaxşı ki, evimizin divarları var. Əslində hərdən qorxurdum ki, bu əsəbi adamların, aqressiyası, paxıllığı divarları da dəlib keçər, yuvama, ocağıma təcavüz edər.
Üzüm ayağınızın altına, bir oxucum var, hər gün yeni şeir istəyir məndən. Lap nağıllarda hər gün qurban istəyən əjdaha kimi. Dünən dedim ki, bəs qışın gəlməsi şeir deyilmi? Yemədi.
Yenə üzr istəyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm, başqa bir oxucum da var, adama qəribə-qəribə suallar verir. Bir dəfə soruşdu ki, sizin ən, ən, ən böyük arzunuz nədir? Qaldım gözlərimi döyə-döyə.
Nə qədər axtardımsa, bu ən böyük arzu şoğəribi ürəyimin heç bir küncündə tapmadım. Yadıma düşdü ki, əslində mənim ən böyük arzum-filan yoxdu, eləcə su üzündə gəmi kimi yaşayıram özüm üçün. Amma bunu oxucuya deməkmi olar, biçarənin həyatdan əli üzülər, xəyalqırıqlığına uğrayar. Yenə sağ olsun, özü məni vəziyyətdən çıxardı, nəsə anlamadığım fəlsəfi şeylər danışdı, mən də dedim, elə sən deyəndi.
Zamanə dəyişib...
İnsanlar dəyişib...
Dəyərlər dəyişib...
Özümü bir sosial varlıq kimi dərk etdiyim gündən həyatlarında və ətraflarında baş verənlərin günahını absurd hədəflərdə axtaran insanların gileylərini eşidirəm. Hamı hansısa dəyişikliklərdən narazıdır, narahatdır. Hər kəs sadəcə geyimini dəyişib həyatının, ətrafındakı insanların dünyagörüşünün, münasibətlərin, qondarma və saxta dəyərlərin olduğu kimi qalmasını arzulayır. Bir kimsə dəyişmək istəmir — nə özünü, nə də yaşadığı cəmiyyətin məhəlli prinsiplərlə, dünyagörüşü ilə hasarlanmış sərhədlərini…