***
Bunlara dırnaq içində dahi də demək olar. Bu adamlar hər yerdə qarşımıza çıxa bilər. Bir məqsədləri var: qarşısındakını çərlədib, öldürmək. Əslində heç nə bilmirlər. Qəzetlərdə «siz bunları bilirsinizmi» başlıqlarını əzbər öyrənirlər. Kitabların özətlərini oxuyurlar.
Yazmaq və sizlərə çatdırmaq istədiyim Bakıdakı metro sisteminin iş qrafiki yaxud Cəfər Cabbarlı stansiyasına 28 May stansiyasından keçid olduğunu çatdlrmaq deyil, vurğulamaq istədiyim metro çıxışlarında olan yüksək «səviyyə»dəndir. Demək istədiyim insanları təhqir deyil sadəcə tənqid etmək və yaxşılığa doğru dəyişiklikləri görmək istəməmdir yaxud da konstitusiyada hələ də qüvvəyə minə bilməyən qanunlar və onları icra etməyə can atan insanlardır.
Avtobusun lap arxa oturacağında əyləşib şütüyüb kəçən maşınlara, ətrafdakı binalara baxıram… Hamburqda təhsilimi bitirdikdən sonra mənim təhsilimi maliyyələşdirən şirkətin Hamburq filialının işlərini nəcə quracağım barədə fikirləşirəm…
Çılpaq qalmış millət indi nə istəyir?
Biz oxuyub oynayan millətik. Biz Qərb, ya Şərq küləyinin gətirdiyi yenilikləri tezcənə özümüzküləşdirə bilən millətik. Simfonik musiqi, caz-muğam yaratdığımız azartla azərbaycanca rep deyirik, xarici ritmləri dingildəyirik, göbək atırıq, yeri gəlsə striptiz də oynayarıq. Niyə də olmasın?
Striptizçi o şəxsə deyilir ki, oynaya-oynaya var-yoxunu soyunub onu hərisliklə marıtlayanın üstünə tullayır. Var-yox isə çox qəliz məsələdi. Çünki söyəndə ilk öncə adamın var-yoxunu söyürlər. Belə canfəşanlıq əvəzində striptizçinin cibinə 5-10 manat pul gəlir. Striptiz bir elə çətin şey deyil. Utanmaq olmasa oynamağa nə var ki. Yad mədəniyyətdir deyib, dodaq büzüb eləməyin. Bizim uzunəsrlik striptiz oynamaq təcrübəmiz var.