Biologiya kateqoriyası üzrə məqalələr

Dünyadakı bütün oksigen yox olarsa

Sadəcə 10 saniyədən bəhs edirik, bu müddət ərzində asanlıqla nəfəsimizi tuta bilərik, amma məsələ bundan daha artığıdır…
1.Göyüzü maviliyini itirər
Çünki atmosferdə daha az hissəcik olar.
2.Ozon təbəqəsi yox olar
10 saniyə ərzində bir-başa ultrabənövşəyi şüalara məruz qalarıq.
Davamı →

Genetika və təkamül nəzəriyyəsi

Müasir elmi məlumatlar təsdiq edir ki, irsi dəyişkənliyin əsasını mutasiyalar təşkil edir. Bir cür mutasiya daşıyan fərd başqa cür mutasiya daşıyan fərdlə çarpazlaşır. Nəticədə genlərin yeni kombinasiyaları, yeni genotiplər yaranır. Bu da təbii seçmə üçün ilkin material verir. Populyasiya daxilində bu proseslər necə baş verir?
Darvinin təkamül nəzəriyyəsinin əsas müddəalarını xatırlayın. Onları genetikanın qanunları ilə əlaqələndirin.
Təkamül nəzəriyyəsi populyasiyalarda genetik proseslərin öyrənilməsi sayəsində daha da inkişaf edib.
Davamı →

Seleksiyanın vəzifələri

Seleksiya insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. Çox da qədim tarixi olmayan bu elm insanların bitkiləri mədəniləşdirməyə və heyvanları əhliləşdirməyə başladığı dövrlərdən yaranmışdır.
Bəs seleksiya elmi nəyi öyrənir?
Bu elmin məqsəd və vəzifələri nədən ibarətdir?
Davamı →

Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər

Müasir dövrdə alimlər həyatın yaranması haqqında iki müxtəlif fikir irəli sürürlər. Onlardan bir qismi avtotrof yaranış fikrini, digərləri isə heterotrof yaranış fikrini irəli sürürlər.
Avtotrof yaranış fikrinin tərəfdarlarına görə, canlıların yaranması qidalanmadan başlayır. Onlara görə, qeyri-üzvi maddələrdən üzvi maddə sintezi canlının ilk qidalanma forması olmuşdur. Yəni Yerdə yaranan ilk canlı avtotrof olmuşdur. Onlar bu xüsusiyyəti qazanmaq üçün milyon illərlə müxtəlif dəyişikliklərə məruz qalmışlar. Alimlərin bu fikirləri canlıların ilk dəfə necə əmələ gəldiyini açıqlaya bilmədi və öz təsdiqini tapmadı. Çünki bu ideyanın tərəfdarları canlıların ilk dəfə necə əmələ gəldiyini deyil, ilk dəfə necə qidalandığını isbat etməyə çalışırdılar.
Davamı →

İnsanı əmək yaratmışdır

Insan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş sosial amillər bu təkamüldə (antropogenez*) mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgəyaşayışın, əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir.
Davamı →

Canlıların nəsil ağacında insanın yeri

Müasir canlılar uzun illər davam edən inkişaf yolu keçmiş, mürəkkəbləşmiş və indiki görkəmlərini almışdır. Müasir təsəvvürlərə görə, canlılar dünya okeanında uzun sürən biokimyəvi təkamül nəticəsində yaranmışdır. İlk canlı varlıqlar kiçik selik topacıqları şəklində formalaşmış, lakin onlarda hüceyrənin quruluş elementləri (sitoplazma,, nüvə, orqanoidlər) olmamışdır. Çox keçmədən onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsi etməyə, çoxalmağa qadir olmuş və bakteriyalara başlanğıc vermişdir. İlk birhüceyrəli bitkilər və heyvanların isə öz başlanğıcını bakteriyalardan aldığı ehtimal olunur.
Davamı →

Ali sinir fəaliyyətinin əsas tipləri

Hər bir insan özünəməxsus fərdi xüsusiyyətləri ilə digərlərindən seçilir. Belə ki, ayrı-ayrı insanlar müəyyən elmi öyrənməyə qeyri-bərabər münasibət nümayiş etdirir, ayrı-ayrı peşələrə yiyələnir, mühit şəraitinə müxtəlif cür uyğunlaşırlar. İnsanın ali sinir fəaliyyətinin müvafiq tiplərinə uyğun gələn əsas şəxsi keyfiyyətləri bilməklə onun həyatda davranışını daha yaxşı müəyyən etmək olur. İnsanın fərdi xüsusiyyətləri barədə təlim temperamentlə bağlıdır.
Davamı →

Xarakter və qabiliyyət

İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irsən keçən xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.
Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyətləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol oynayır.
Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini əks etdirir. Hər bir insan üçün yalnız ona xas olan prinsipiallıq, mərdlik, saflıq, məsuliyyətlilik və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prosesində formalaşır.
Davamı →

Emosiya və Yaddaş

Emosiyalar. İnsan ətraf aləmə və ya əşyalara qarşı daim öz hislərini təzahür etdirir. Bu, emosiyalar (lat. “emoveo” – sarsılmaq, həyəcanlanmaq) adlanır. Emosiyalar olmasaydı, insanda sevinc, kədər duyğusu olmazdı. Emosiyalar, adətən, iki qrupa bölünür: müsbət (şənlənmək, sevinmək, şad olmaq, məmnun qalmaq) və mənfi emosiyalar (qəm, qüssə, kədər, acıqlanmaq, qorxu, nifrət və s.). İstənilən emosional vəziyyətlərdə bədəndə qan təzyiqinin artması, ürək döyüntülərinin sürətlənməsi kimi dəyişikliklər yaranır. Nəticədə qanda bioloji fəal maddələrin miqdarı artır. Emosiyalar yaradan belə reaksiyaların fizioloji rolu böyükdür. Belə ki, bu zaman orqanizm öz qüvvəsini səfərbərliyə alır.
Davamı →

Orqanizmlərin mühitlə qarşılıqlı əlaqəsi

Orqanizmlər daim xarici mühitin təsirinə məruz qalırlar. Orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün amilləri mühit hesab olunur. Mühit şəraiti olmadan orqanizmlər qidalana, tənəffüs edə, böyüyə və nəsil verə bilməzlər. Cansız təbiət amilləri – işıq, temperatur, rütubət, torpaq və havadır. Canlı təbiət amillərinə isə bakteriya, göbələk, bitki və heyvanların təsiri aiddir. Son dövrdə insanın fəaliyyəti də ayrıca amil kimi götürülür.
Davamı →
Top