Körpələrin sağlamlığı böyük sevincdir. Amma bəzən analar bilməyərəkdən uşaqlarına lazım olmayan süni qidalar verir. Halbuki, Tanrı körpələrə elə doğulan gündən təbii qida, ana südü bəxş edib.
Uşağın düzgün qidalandırılması onun fiziki və əqli inkişafi üçün vacib şərtdir. Odur ki, hər bir valideyn buna həssas yanaşmalıdır. Artıq təsdiq olunub ki, ilk altı ay ərzində körpəyə yalnız ana südü verilməlidir.
1 yaşına qədər körpəmizi ay ay necə bəsləməliyik?
0 — 4 ay Körpə Bəslənməsi:
Körpəniz ağladıqca və acdıqca ana südü verməlisiniz. Ana süddən kəsilərsə və ya qeyri-kafi südü olarsa, ana südünə adaptasiya olan bir əmzik mannası verə bilərsiniz.
Uşaq əmizdirən ananın həyat tərzi
Ananın həyat tərzi süd ifrazına təsir edir. Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirirsə, onun südü çox olur. Uşaq əmizdirən ana lazımınca dincəlməlidir. İşləyən analara doğuşdan sonra pullu məzuniyyət verilir. Uşaq əmizdirən ana imkan varsa doğuşdan sonra 2 həftə bütün gün dincəlməlidir. Belə etdikdə onun qüvvəsi və əmək qabiliyyəti daha tez bərpa olunacaq, süd ifrazı artacaqdır. Bundan sonrakı 4 həftədə də ana çox dincəlməli, ancaq uşağın qayğısına qalmalı və heç bir ağır iş görməməlidir. Ana xəstə deyilsə, doğuşdan sonra 7-ci həftədən başlayıbadi ev işlərini görə bilər, lakin onda da ağır, üzücü iş görmək məsləhət görülmür.
Təqribən hər on uşaqdan biri vaxtından bir qədər tez doğulur. Belə uşaqların çəkisi anadan olanda 2,5 kq-dan az və hətta 1 kq ola bilər. Vaxtından əvvəl doğulmuş uşağa yarımçıq uşaq deyilir. Həmçinin vaxtında doğulub, lakin çəkisi 2,5 kq-dan az olan uşaqlara da yarımçıq uşaqlar deyilir. Yarımçıq uşaq çox zəif olur və onu xüsusi qulluq lazımdır. Uşaq anadan olanda çəkisi 2 kq-dan az olarsa, onu yarımçıq uşaqlar şöbəsinə qoymaq lazımdır, o burada çəkisi 2,5 və ya 3 kq olana qədər qalacaqdır. Yarımçıq uşaqla çox incə rəftar etmək, qucağa götürdükdə ehtiyatlı olmaq lazımdır.
Göbək
Uşaq anadan olanda onun göbəyini qısqacla sıxırlar, bir neçə gündən sonra göbək düşür. Bu vaxt göbəyin üzəri quru, qanlı göz bağlamış olur. Yeni doğulmuş uşağın göbəyinə çox fikir vermək lazımdır, göbək quru və təmiz olmalıdır!
Göbəyə düzgün qulluq etmədikdə o ağır infeksiya ocağı ola bilər.
Göbəyin çıxması göbək ciyəsini düzgün bağlamamaq nəticəsi deyil, bu, anadangəlmə inkişaf qüsurudur.
Göbək dəbəliyi yoxsa və hətta kiçik dəbəlik olduqda belə, kənardan heç bir müdaxilə olmadan bir müddətdən sonra göbək yerinə düşür.
Xayaların şişməsi
Yeni doğulmuş uşaqlarda çox vaxt xaya böyümüş olur; adətən ancaq bir xaya böyümüş olur. Uşaqda xaya hidropsu olub-olmamasını bilmək üçün onu həkimə göstərmək lazımdır, hətta hidrops olduqda belə o, adətən cərrahi müdaxilə olmadan keçib gedir.
Əmzik. Uşağı nə zaman əmzikdən yedizdirməli? Uşaq döş əmə bilmədikdə onu əmziklə yedizdirirlər; beləliklə, əmzik uşağa 3-4 ay davam edən ağır dövrün öhdəsindən gəlməyə kömək edir.
Əmzik taxılmış butulkadan ancaq süd və ya süd qarışığı vermək olar. Duru yeməkləri də butulkadan verən bəzi analar düzgün eləmirlər.
Ana uşağı butulkadan yedizdirdikdə buna döş verəndə olduğu kimi hazırlaşmalıdır. Əllərini təmiz yumalı, paltarını dəyişməli və ya xalat geyməlidir. Uşağı yedizdirəndən sonra çəkmək lazım deyil, çünki butulkanın üzərindəki bölgülərə görə onun içdiyi südün və ya süd qarışığının miqdarını bilmək olar.
Südü hazırlayan kimi ağzı dar, bölgülü butulkaya töküb ağzını rezin tıxacla bağlamaq lazımdır .Uşağı yedizdirənə qədər südü bədən temperaturuna yaxın qızdırmaq üçün o, içərisində ilıq su olan qaba qoyulur. Sonra tıxacı çıxarıb butulkanın ağzına ayrıca qapaqlı bankada saxlanan əmzik taxılır.
Hiss üzvləri hələ uşaq anadan olanda işləyir, lakin tam yox.
Gözlər
Uşaq anadan olanda ilk saatlar onun gözləri hələ tərpənmir. Bir neçə saatdan sonra gözlər birgə tərpənir, lakin uşaq hələ baxmır. Parlaq işıq mane olur, onu qıcıqlandırır və o özünü narahat hiss edir. Buna görə də yeni doğulmuş uşağın olduğu otaqda çox parlaq işıq olmamalıdır. Adətən yeni doğulmuş uşağın gözləri mavi olur. Mavi gözlü uşaqların bir qisminin gözlərində. iki yaşına qədər piqment toplanır və bunlar tündləşib qonur olur, sonralar daha da tündləşə bilər, lakin təzədən mavi olmur.
Uşaq anadan olan kimi həkim yaxud mama uşağın gözlərinə dərman tökür. Bunu uşaq doğuş yollarından keçərkən gözlərinə anadan mikrob düşməsi ehtimalına qarşı edirlər, mikrob düşmüş olsa, gözlərdə iltihab baş verə bilər yaxud uşaq kor olar.Dərman tökməklə bunun qarşısı alınır.
Uşaq anadan olandan sonra bir neçə gün gözlərinin künclərindən çoxlu ifrazat gəlir. Göz qapaqları şişməyibsə və göz almasında qızartı yoxsa, təşvişə düşmək lazım deyil, bu təzə hazırlanmış çobanyastığı dəmləməsinə batırılmış steril pambıqla gündə bir neçə dəfə silməklə keçib gedir. Pambıq əvəzinə təzə yuyulub ütülənmiş ağ parçadan da istifadə etmək olar, lakin eyni pambıq və ya parçadan iki dəfə istifadə etmək olmaz.
Gözlərə yaxşı qulluq etdikdə bir neçə gündən sonra ifrazat kəsilir.
Qulaqlar
Yeni doğulmuş uşağın qulaqları eşidir. İlk günlər uşaq telefon zənginə yaxud asta danışana hələ əhəmiyyət vermir, lakin qapını bərk örtdükdə yaxud küçədən yük maşını keçdikdə səksənir, bəzən səs-küy və bərk səs olduqda ağlayır. Uşağı bərk səsdən və səs-küydən qorumaq lazımdır.