Körpəyə qulluq və analıq kateqoriyası üzrə məqalələr

Körpələrin boyu və çəkisi necə olmalıdır?

Xalq arasında yayılmış əfsanələrdən biri kök uşağın sağlam olması barədədir. Ancaq bir çox analar bilmirlər ki, artıq çəki daha çox sağlamlığa təhlükədir. Müəyyən edilib ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyür. Kök uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, cinsi inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir.

Davamı →

Hamilə qadın necə qidalanmalıdır?

İnsan sağlam həyat tərzi üçün ilk növbədə qidasına nəzarət etməlidir. Xüsusilə ana olmağa hazırlaşan xanımların qida menyusu daha diqqətlə seçilməlidir. Adətən hamilə qadınlara deyirlər ki, “sən iki nəfərin əvəzinə yeməlisən”. Görəsən bu doğru fikirdir?
Əslində heç də belə deyil. Həkimlər çox yeməkdənsə, hamilə qadınlara keyfiyyətli və düzgün qidalanmağı məsləhət görür. Çünki bu, bətndəki uşağın inkişafına birbaşa təsir edir. Gələcək körpənin sağlamlığı, çəkisi hamiləlik dövründəki qidalanmadan çox asılıdır.

Ginekoloq Günay Hacıyevanın sözlərinə görə, ilk üç ay ərəfəsində hamilə qadının qidalanması adi haldan çox da fərqlənmir. Sadəcə zülal, karbohidrat və yağların qəbulu lazımdır. Bu zaman bitki mənşəli qidalar, meyvə-tərəvəz, giləmeyvələrdən istifadə edilməlidir. Növbəti aylarda isə menyuda zülalların miqdarı artırılmalıdır.
Davamı →

Dayəlik

Heç bir valideyn öz «sərvətini» təsadüfi insana etibar etməz. Yaxşı, ixtisaslı dayə tapmaq isə o qədər də asan iş deyil. Dayə axtarışları adətən, qohum və tanışlar ilə soraqlaşmadan başlayır. Onlardan kim isə lazımlı, etibarlı insan məsləhət görə bilsə, bu, çox yaxşıdır. Lakin bəzi hallarda onlar öz xidmətlərini də təklif edir ki, bu da hər zaman  problemin həllinə kömək etmir. Yaxın adamlardan iş cədvəlinə dəqiq riayət etməyi və uşağa qulluğa aid bütün öhdəliklərin yerinə yetirilməsini tələb etmək asan deyil. İstər-istəməz yaxşı münasibətlərdən istifadə edilərək sizin maraqlarınıza zərər yetiriləcək. Tələb olunan işçini elan ilə də tapmaq mümkündür. Bu zaman seçimi 30-55 yaş arasında, övladları olan (yaxşı olardı ki, uşaqlar artıq böyümüş olsun)  qadınlar arasında aparmağa dəyər. İddiaçı ilə şəxsi görüş zamanı onun haqqında mümkün qədər çox məlumat (İlk növbədə- təhsili haqqında) toplamaq lazımdır.
Davamı →

Körpə uşağa qulluğun sirləri

Hər bir övladını yaxından tanıyan, problemlərinə bələd olan valideyn qayğı və diqqəti də hərtərəfli verə bilər. Odur ki, gəlin o məqamlarla tanış olaq.

Göbək

uşaq anadan olanda onun göbəyini qısqancla sıxırlar, bir neçə gündən sonra göbək düşür. Bu vaxt göbəyin üzəri quru, qanlı göz bağlamış olur. Yeni doğulmuş uşağın göbəyinə çox fikir vermək lazımdır, göbək quru və təmiz olmalıdır!
Davamı →

Uşağı çimizdirərkən

Körpələr dərilərində kifayət qədər qoruyucu yağ təbəqəsi olmadığı üçün tez üşüyürlər və iqlim dəyişikliyinə uyğunlaşa bilmirlər.Bu isə körpələrin dərisinin qurumasına səbəb olur. Ona görə də hamam suyunun temperaturu 36 dərəcə, otaq temperaturu isə 22-24 dərəcə olmalıdır. Körpə tez üşüdüyü üçün onun çimmə müddəti 5-6 dəqiqədən çox olmamalıdır. Körpəni çimizdirməzdən əvvəl və sonra diqqət edəcəyiniz ən mühüm xüsusiyyətlər bunlardır:
Davamı →

Hamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.


Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır.

Davamı →

Nə vaxt həkim çağırmalı?

3 ayına qədər uşaqlar üçün aşağıdakı hallarda təcili yardım çağırmaq lazımdır:
— uşaq qusur və qusma möhtəviyyatı yaşıl rəngdədir;
— hərarət 39 selsi dərəcədən yarım saatdan artıq düşmürsə;
— uşaq qusur və sanki güclü ağrıdan qışqırır;
— uşağın tənəffüsü küylüdür və o tez-tez nəfəs alır;
Davamı →

Uşaqlara nə vaxt və hansı oyuncaqlar verilməlidir?

Yaşa görə seçilməyən oyuncaqlar uşaqlarda bir çox problemlər yarada bilər. Böyük əksəriyyətimizin evində körpə var, körpə olan evdə də sözsüz ki, oyuncaqlar da var. Bir çoxumuz uşaqlarımıza oyuncaq alarkən hər bir nüansa diqqət yetiririk, bəzilərimiz isə «oyuncaq olsun» fikrilə qarşımıza çıxanı alırıq. Bu günədək oyuncaqların zərərləri və xeyirləri barədə çox yazılıb. Biz isə qərara aldıq ki, oyuncaqların körpənin yaş dövrünə uyğun seçimi və düzgün seçilmədikdə övladımızda yaratdığı psixoloji və əqli problemlər barədə yazaq. Beləliklə,  budəfəki araşdırma oyuncaqların körpənin inkişafındakı önəmi və ziyanları barədədir.
Davamı →

Oyun oynayım, böyüyüm

Oyun oynamaq uşaqların ən əyləncəli məşğuliyyəti olmaqla bərabər, həm də onların fıziki, zehni, pisixoloji inkişafına kömək edir. Ona görə də onların yaşına uyğun oyuncaqlar almağa çalışın. Uşaqlar lap körpə vaxtından oynamağa maraq göstərirlər. Onlar əylənmək üçün oyun oynayırlar. Südəmər uşağın oynaması üçün ən yaxşı yer manejdir. Uşaq oyuncağı əlindən salıbsa əli ilə manejin şəbəkəsindən tutub özü onu yerdən götürə bilir. Həmçinin şəbəkə uşağı yıxılmağa və ya manejdən çıxmağa qoymur. Uşaq iməkləməyə və yeriməyə başlayanda isə manej ona darısqallıq edir. Bu zaman ona otağın bir guşəsində yer ayırmaq lazımdır. Guşədə təmizliyə ciddi verilməli, əgər yerdə xalça varsa hər gün silinib, təmizlənməlidir. Uşaq artlq 9-12 aylığında olarkən bağda və qum meydançasında oynamağa daha çox can atır. Hava isti olanda, xüsusilə yay aylarında uşağı tez-tez bayıra çıxartmaq, qum topasının, ya da yaşıl otun üzərində oturdub oynatmaq lazımdır.
Davamı →

Körpələrə masajın faydaları və növləri

Masaj uşağınızla sizin aranızda ən duygusal andır. Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına böyük təsir edir. Körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər.Masajla eyni zamanda hər ikinizin arasında biryaxınlaşma, sevgi hissi yaranar. Çünki toxunaraq və ya danışaraq qurulan əlaqədə uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq.  Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Valideynlərindən mərhum olan ,sevgi, nəvaziş görməyən və ya daim incidilən, təhqir edilən uşaqlar isə həyata küskün olurlar.
Davamı →
Top