Dünyada Marketing deyəndə ilk öncə Philip Kotlerin əsasın qoyduğu 4P ağıla gəlir. Product, Price, Place, Promotion.
Hər hansı məhsulu bazara çıxartmamışdan qabaq hər bir şirkət marketing elminə əsaslanaraq addımlar atmalıdır. Mən rəhbəri olacağım təbii şirələrlə bağlı bir şirkət açmamışdan qabaq Martketingda olan 4P-dən yararlanaram.
1. Product (Məhsul)
Məhsul analizi apararam. Azərbaycan bazarında hansı şirələrə ehtiyac var? Müştərilər nə istəyir? Bazarda rəqiblərim kimlərdi? Rəqib şirkətlər hansı məhsullardan istifadə edir? Bazarda Product analizi apardıqdan sonra qərar verilir və istehsal prosesinə başlanılır. Yəni şirkətimin məhsulu bazarda bir innovasiya yaradacaq məsələn tam olaraq təbii kompotlardan həmçinin şəkər xəstəliyindən əziyyət çəkənlər üçün xüsusi meyvə şirələri istehsalın həyata keçirərəm.
2. Place (Yer)
Uzun müddət bazar araşdırması apardıqdan sonra düzgün məhsul seçildikdən sonra 2-ci ən önəmli olan məhsulun istehsal olunacağı və satışı həyata keçirələcəyi (Place) yerdir. İlk öncə məhsulun istehsalı əlverişli relyefdə, xammala, enerji qaynaqlarına nəqliyyat vasitələrinə daha yaxın olmalıdır. İlk öncə xammala yaxın olmalıdır. Çünki şirkətin məqsədi minimum maliyətlə maksimum qazanc əldə etməkdir. Paytaxt və böyük şəhərlərin nəqliyyat qovşağına uyğun bir bölgə seçilməlidir. Daha sonra məhsul istehsal olundudqdan sonra satışın həyata keçiriləcəyi yer, doğru ünvan seçilməlidir.
Bütün reklamçılar, məhsullarını doğru izah edən, markanı ən gözəl şəkildə tanıdan, həm də satışlarına birbaşa təsir edən reklam yaratmaq istərlər. Millward Brownun analizlərinə görə, doğru reklam üçün diqqət yetirilməsi gərəkən nüanslar bunlardır:
1. Zamandan düzgün istifadə etmək : İstehlakçılar nə çox uzun, nə də çox qısa reklamları xoşlamır. Bu səbəblə, reklam müddətlərinə diqqət yetirmək lazımdır. Bu müddət yetkinlər üçün 25-30 saniyə, uşaqlar üçün isə 20-25 saniyə ola bilir.
2. Tək reklam, tək mesaj: Reklamçıların ən böyük səhvləri, bir reklamda birdən çox mesaj vermələridir. Halbuki, markanın tək bir mesaji vərməsi və onun üzərindən qurulması gərəkdir. Nümunə üçün Bakcelin “Dəyişək, inkişaf edək” sloqanını çox uğurlu saymaq olar.
3. Dozasında yumor: Yumorun hər vaxt müvəffəqiyyət gətirdiyini söyləmək səhv olar. Sadə, aydın yumor isə hər zaman müvəffəqiyyət gətirir. Yəni istehlakçınızın zarafatı anlamaq üçün uzun müddət düşünməsi sizin üçün çox da yaxşı sayılmaz. Ya da onu qəhqəhələrə boğmanız markanızın qabağına keçsə, bu da sizin üçün çox məhsuldar bir reklam olmayacaq.
Viral və ya Word Of Mouth Marketing (Ağızadan-ağıza marketinq)
Nədir WOM Marketinq?
Məqsəd auditoriyasını başa düşmək birbaşa müştərilərin diqqətini cəlb edəcək ismarıcın hazırlanmasına, bu ismarıcın onların istifadə etdiyi mətbuatla və onların danışdığı dildə çatdırılmasına imkan verir.
Ən yaxşı başlanğıc məqsəd auditoriyasında profil yaratmaqdır.
Müştərini məhsul və xidmət -hədəf bazarı- üçün bünövrə hesab edin. Ümumi demoqrafik, psixoqrafik və coğrafik məxsusiyyətləri nədir? Bu informasiyaları profili tərtib edəndə istifadə edin.