Yarışın keçirildiyi yer: Park Bulvar birinci mərtəbə, 16 iyun günortadan axşam 9-a qədər
Yarışın nəticəsi: Nokia Lumia 25:2 hesabı ilə qalib gəldi.
Yarışın şərtləri: kim tez Facebooka şəkil yüklədi, kim tez SMS yazdı, kim tez şəkil çəkdi,kim tez telefonu blokirovkadan çıxartdı və s. Qalib olana isə 100 manat dəyərində pul mükafatı verilib.
Yarışın təşkilatçıları: JWT/Mediaforce reklam agentliyi, Mobitel şirkəti
Fotoşəkillər: Tural Kərimova təşəkkürlər.
Tədbir Park Bulvarda keçirilirdi. Konkursu aparan gənc bir oğlan idi:
Aydındır ki, e-marketinq və e-ticarəti mənimsəmək bütün kompaniyalar üçün vacibdir. Web-sayt açmağı qərara almış kompaniyalar istifadəçilərin cəlb edilməsi və əldə saxlanılması, Şəbəkədə reklam, bölüşdürmə kanalı üzrə əməkdaşlarla münasibətlər, saytın vaxtında yeniləşdirilməsi və onun mənfəətli sayta çevirilməsi ilə əlaqədar bir çox suallara cavab verməlidirlər. Bu məsələlərdən çoxu verilən kitabda nəzərdən keçirilir. Indi biz onlardan üçü üzərində dayanacağıq: web-saytın yaradılması, əmtəənin intrernet şəbəkə vasitəsilə Şəbəkədə irəlilədilməsi və xeyirli (mənfəətli) biznes modelin qurulması.
Marketinq planları sənaye, şirkətin miqyası və inkişaf mərhələsi baxımından bir – birindən kəskin şəkildə fərqlənir. Planın forması onun hazırlanma prosesi qədər əhəmiyyət kəsb etmir. Marketinq planının hazırlanma prosesi fəaliyyət məqsədlərinizin müəyyən edilməsi və bu məqsədə nail olmağınız üçün marketinq strategiyasının oynayacağı rolun müəyyənləşdirilməsinə kömək edəcəkdir.
Bu mözuda şərh olunanlar məhz tipik bir marketinq planı haqqında məlumatlardır. Sizin marketinq planınız şirkətinizin növündən, inkişaf mərhələsindən və fəaliyyət məqsədlərindən asılı olaraq, bu komponentlərin hamısını və ya bəzilərini əhatə edə bilər.
Bu məlumat rəhbərlik etdiyiniz şirkəti təqdim edir və iş planınızın «özəyi» olan əsas məqsədləri şərh edir. Bir çox adamların sizin marketinq planınızı oxumaq üçün kifayət qədər marağı və vaxtı olmur, buna baxmayaraq onlar həmin marketinq planının «içində» olmaq istəyir.
Sizin marketinq planının digər bölmələri yazıldıqdan sonra işlərin icrası haqqında qısa məlumatları qeyd etməlisiniz.
Işlərin icrası haqqında qısa məlumatlar aşağıdakı əsas məqsədləri əhatə etməlidir:
Görkəmli reklamçı D. Oqilvi belə nəzəriyyə formalaşdırmışdır ki, reklama hər bir malın nüfuzu haqqında fikir formalaşdıran rəmz (əlamət, işarə) kimi baxmaq lazımdır. Obraza (Bilding) quruluş vermək reklamın ən müasir üsullarından biridir. Əgər sənayeçilər öz reklamlarını buraxdığı malların nüfuzunu qaldırmağa və xoş təəssuratlar yaratmağa yönəltmişlərsə, onda nəticə etibarilə onlar bazarın çox hissəsini əhatə etməklə xeyli gəlir əldə edir. Reklamın səmərəliliyindən istifadə edən “Adidas” firması dünyada sağlam həyat obrazı, idman nəaliyyətləri, “Rolleks” saatı, “Kross” avtoqələmi və s. təbliği ilə biznesmen roluna girmişdir.
Qərb mütəxəsislərinin fikrincə hazırda malların rəqabəti brendlərin rəqabətinə çevrilmişdir. Rusiyalı reklamçı İ.Rojkov yaranmış vəziyyətə belə qiymət verir.: “Brendinq- bu istehlakçıların alıcılıq qabiliyyətinə: malları qablaşdırma, nişanlama, reklam müraciətləri, seyl promouşn materialları və s. digər reklam elementləri vasitəsilə mallar haqqında birgə fikir formalaşdırmaq, onların obrazını yaratmaqla istehlaka təsir göstərən fəaliyyət formasıdır”.
Bildiyimiz kimi, müasir reklamın tarixi kökü ABŞ-da başlamış, 150-200 illik bir tarixə malikdir. O vaxtlar şəhər mühitində tətbiq olunan reklamlar burjua elementi kimi qəbul olunmuş və kapitalizmin inkişafında böyük rolu olmuşdur. Kapitalizmə yeni qədəm qoymuş Rusiyada və xüsusilə də Bakıda bu sahə daha intensiv olaraq insan həyatına daxil olmuşdur. O dövrdə Rusiyada və Azərbaycanda reklam plakat mənasında göstərilirdi. Plakat ( fransız sözü olub- elan, afişa deməkdir) artıq o dövr insanlarının həyatında istehsalçı – istehlakçı münasibətlərinin qurulmasında və şəhər mühitində məhsul və fəaliyyət haqqında informasiyanın çatdırılmasında böyük rol oynayırdı. Plakatların reklam vasitəsi kimi tətbiqi çox çeşidliliyi mətbəələrin və şrift mədəniyyətinin yüksəlməsinə, reklam qrafikasının təkmilləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə də ölkəmizdə reklam bazarının ilkin forması formalaşmağa başlamışdır.
Azərbaycanda reklam işi öz fəaliyyətinə 1992 – ci ildə İcra Hakimiyyətindəki Şəhər tərtibatı, Reklam və Dizayn idarəsinin başlamışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1995 — ci ildə qəbul etdiyi “Konstitusiya” – ya görə ölkənin əsas istiqamətlərindən biri kimi bazar iqtisadiyyatına uyğunlaşması göstərilir.