Hədəf bazarı və məqsəd auditoriyası terminləri qarşılıqlı əlaqədədir, lakin onlar bir-birini əvəz etmirlər. Müxtəlif bazar münasibətlərində firmanın hədəf bazarı eyni zamanda onun məqsəd auditoriyası ola bilər, lakin bu hər zaman mümkün deyil. Onlar arasındakı fərqi bilmək insanlara öz qurumlarında marketinq strategiyasını gücləndirmək və bazar münasibətlərini inkşaf etdirməkdə kömək ola bilər.
Hədəf bazarının əsasları
Məqsəd auditoriyasının əsasları
Şirkət və biznes sahibləri öz biznes planlarında müxtəlif marketinq strategiyalarını qeyd edirlər. Bu marketinq strategiyalarının tərkibinə məhsullar haqqqında ətraflı məlumat,habelə, qiymətləndirmə,təsisat və təsnifat barədə informasiya daxil olur. Siz həmçinin sənayenin rəqabət mühitini qiymətləndirməlisiniz. Bundan əlavə, sizin biznes planı üçün marketinq strategiyalarınız müştərilərinizin ətrafında mərkəzləşməlidir. Biznes plan hazırlayarkən tələsməyin! Biznesinizə təsir edən bütün hərəkətverici qüvvələri qeyd edin.
Bazar analizi.
Biznes plan üçün mühüm olan marketinq strategiyalarından biri bazar və ya sənayenin öyrənilməsidir. Yeni qanun və ya əsasnamənin sizin sənayeyə təsir edib-etmədiyini araşdırın. Müsadirə və ya qablaşmanın etiketlənməsi qanunları biznesinizə təsir edə bilər. Həmçinin, sənayedə əsas rəqiblərin kimlər olduğunu öyrənin. İnternetdə sənayeniz haqqında məlumat axtara bilərsiniz. Başqa bir alternativ “Nielsen” və ya “Forrester Research” kimi şirkətlər haqqında ikinci dərəcəli araşdırma tələb edir. İkinci dərəcəli araşdırma məlumatların toplanması, yenidən işlənməsi və təhlil edilməsidir. Bu məlumatları qəzet, jurnal, hökumət və xüsusi mətbuat orqanlarından toplayırlar.
Sadə bir mövqedən yanaşsaq marketinq işləri və strategiyası istehsalçı şirkətlərə gəlir verməklə bərabər istehlakçıları razı salacaq məhsul istehsalı ilə nəticələnən prosesdir.
Marketinq «kəskin rəqabət» xarakteri daşıyır, çünki :
Marketinq bu məqsədlərin hər ikisinin tamamlanmasını zəruri hesab edən bütün fəaliyyət növlərinin yaradıcı və dəyişkən bir prinsipidir.
Peter Drukerin fikrincə marketinq elə bir əsas amildir ki, onu müstəqil bir funksiya hesab etmək qeyri-mümkündür. O, son nəticə olaraq yəni, istehlakçı nöqteyi nəzərindən bütöv bir biznesdir.
Marketinqin əsaslarını təşkil edən ilkin ideya insan ehtiyacalrı ideyasıdır.
1. Ehtiyac-insan nəyinsə çatışmadığını duymaq hissidir. Insanların ehtiyacı müxtəlif və mürəkkəbdir. Ehtiyacın növləri:
Əgər ehtiyac ödənilməyibsə, insan özünü uğursuz və bədbəxt hiss edir.
2. Tələbatlar-fərdin şəxsiyyəti və mədəniyyəti səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacdır.
Cəmiyyət tərəqqi etdikcə, onun üzvlərinin ehtiyacı da artir. Inkişaf etmiş ölkələrdə istirahət və qidalanmaq və Afrika, və ya Asya ölkələrində dincəlməkdən fərqlənməsi.
Reklam latın sözü olub adamları hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.
Yaxşı reklam necə olmalıdır?:
1. Maraqlı
2. Təəccübləndirici
3. Xüsusi
4. İnandırıcı və satışa artıra biləcək