Yaponiya kompaniyalarında aparılan tədqiqatlar innovasiya prosesinin idarə edilməsinin təşkilində layihə qruplarından (müvəqqəti və daimi) istifadəyə üstünlük verildiyini göstərir.
Məlumdur ki, Yapon firmaları dünya bazarlarını yeni növ məhsullar işləyib hazırlamaqla əldə edirlər. Məsələn, «Seyko» kompaniyası ilk dəfə olaraq maye kristallardan istifadə saatları işləyib hazırladı və bununla da dünya bazarının böyük bir hissəsini öz əlinə aldı. «Honda» kampaniyası o, qədər də böyük olmayan yüksək keyfiyyətli motosikl modeli işləyib hazırladı və tezliklə bu model öz dərəcəsinə görə hakim mövqe tutdu. Bu «Kenon» kampaniyasına və gəmilər inşa edən «Matsusita» firmasına da aiddir.
Yapon firmaları öz kompaniyalarının texnologiyası əsasında yeni əmtəələrin yaradıcılıqla işləyib hazırlanmasına böyük əhəmiyyət verirlər. Onlar innovasiya fəaliyyətinə kompleks şəkildə yanaşılmasında geniş istifadə edilir. Onlarda yeni məhsullar işlənib hazırlanması xidməti adətən kampaniyanın fəaliyyətinin bütün sferalarını əhatə edir.
İnnovasiya firmasının bir sıra xüsusiyyətlərini, həmçinin innovasiya formalı düşüncə və innovasiya firmasında əmək resurslarının idarə edilməsi ilə bağlı olan bir sıra əsas cəhətləri nəzərdən keçirək.
İnnovasiya firması-xüsusi ETTKİ əsasında yaradılan məhsul (və yaxud ETTKİ-nin özləri öz nəticələrini satış məqsədi ilə həyata keçirirlər) istehsal edən şirkətdir.
İnnovasiya prosesləri və sahibkarlığına istiqamətlənən müasir menecmentin modelləri, idarəetmə üslubları P.Drukerin müəyyən etdiyinə görə aşağıdakı metodoloji ilkin şərtlərə və rəhbərliyin alətlərinə əsaslanır:
Müasir şəraitdə iri firmalarda elmi-texniki fəaliyyətin idarə edilməsinin sabit mexanizmi yaranmışdır. Bu mexanizm elm və istehsalın inteqrasiyası prosesinin xüsusiyyətlərini; tədqiqatların və işlərin bazar münasibətlərinə daha çox oriyentasiya edilməsini; firmanın strateji mövqelərinin müəyyən edilməsinə bazar amillərinin təsirinin güclənməsini əks etdirir. Yeni vəzifələr həm üfüqi (idarəetmənin bütün səviyyələri arasında) və həm də şaquli (elm-istehsal-satış zənciri bölmələri arasında) əlaqələr sistemində dəyişikliklərə gətirib çıxardı.
XX əsrin 80-cı illərindəki yeniliklərdən biri istehsal və ənənəvi məhsullar buraxılışının idarə edilməsinin, ümumi sistemindən ayrılan innovasiya prosesinin idarə edilməsinin birləşmiş sisteminin meydana çıxması və inkişafı oldu. Yeniliklərin işlənib hazırlanması və tətbiq edilməsi fasiləsiz idarə edilən bir prosesə çevrildi.
Yeniliklərin idarə edilməsinin yeni sistemi «İBM», «Ceneral elektrik», «Matsusita», «Mitsubisi», «Soni» və digər bu kimi iri maşınqayırma kompaniyaları tərəfindən qəbul edildi. Onların vəzifəsi yeniliklərlə və firmanın inkişafının perespektiv istiqamətləri ilə məşğul olan bölmələri qərarların qəbulu prosesinin sadələşdirilməsinə, ixtisaslaşdırma hesabına yeni məhsullar işlənib hazırlanmasına və tətbiqinin sürətləndirilməsinə uyğunlaşdırmaqdır.
İnnovasiya menecmenti kompaniyanı idarəetmənin rəhbərliyin ali səviyyəsində həyata keçirilən strateji idarəetmə istiqaməitləriqdən biridir.Onun məqsədi aşağıdakı sahələrdə firmaların elmi-texniki və istehsal fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməkdir: yeni məhsullar işlənib hazırlanması və tətbiq edilməsi (innovasiya fəaliyyəti); buraxılan məhsulun modernləşdirilməsi və təkmilləşdirilməsi; ənənəvi məhsul növləri istehsalının daha da inkişaf etdirilməsi; köhnəlmiş məhsulların istehsalatdan çıxarılması.
İnnovasiya menecmentində əsas diqqət strategiyanın işlənib hazırlanmasına və onun reallaşdırılmasına istiqamətlənmiş tədbirlərə verilir. Yeni növ məhsullar işlənib hazırlanması və buraxılması firmanın strategiyasının daha üstün istiqamətləri olur.
Firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütövlükdə aşağıdakıları nəzərdə tutur:
-innovasiya fəaliyyətinin plan və prqramının işlənib hazırlanması;
-yeni növ məhsullar işlənib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsini;
-yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını;
Müəssisənin rəqabət üstünlüyünün səviyyəsi müqayisəli üstünlüklər vasitəsilə müəyyən olunur.Müəssisəyə müqaisəli üstünlüyü əmtəə, ona olan tələb və istehsalda istifadə olunan texnologiya gətirir. Bunu nəzərə alaraq əmtəə,tələb və texnologiyanın həyat tsikli necə öyrənilirsə,bu cür də müəssisənin rəğbət üstünlüyünün həyat tsikli öyrənilə bilər. Deməli burada da Hompart əyrisindən istifadə məqsədə uyğundur.
Hompart əyrisinə görə müəssisənin həyat tsikli aşağıdakı mərhələdən ibarət ola bilər.
Yaranma (E) mərhələsi. Burada müəssisənin təşkilati-hüquqi forması seçilir, təşkilatın niyyəti, fəaliyyət profili, məqsəd və vəzifələri müəyyənləşdirilir,rəhbərlik,hakimiyyət xətti və idarəetmənin təşkilati quruluşi seçilir. Müəssisənin fəaliyyət profilinə uyğun olaraq istehsal aparatı, istehsal və əmək şəraiti müəyyənləşdirilir.
Qərb ölkələrinin elmi-texniki siyasətinin tərkib hissəsi məhəlli elmi-texniki siyasətdir ki, bu da ölkənin ayrı-ayrı regionlarında ETS-nin inkişafının tənzimlənməsi və genişləndirilməsinə, kiçik innovasiya biznesinin inkişafı üçün əlverişli şərait yaradılan xüsusi zonaların və qurşaqların yaradılmasına yönəldilib.
Sahibkarlıq zonaları aşağıdakı funksiyaları yerinə yetirirlər:
— işsizliyin səviyyəsinin aşağı salınmasına kömək, durğunluqda olan şəhərlərin və regionların təsərrüfatında yeni iş yerlərinin yaradılması;
— milli azlıqların iqtisadi və sosial inkişafına kömək edilməsi.
1. Elmi idarəetmə məktəbi.
2. Klassik idarəetmə məktəbi.
3. İnsani münasibətlər məktəbi.
4. Müasir idarəetmə məktəbi.
5. İdarəetməyə müxtəlif yanaşmalar.
Təşkilatların yaranması və idarəetmə təcrübəsi çox qədimdir. Lakin həm idarəetmə, həm də qədim təşkilatlar indikindən çox fərqli olmuşlar. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir.
Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur. Arxeoloji qazıntılardan məlum olur ki, hətta ibtidai icma dövründə yaşayan insanlar mütəşəkkil qruplarda birləşmiş və birgə fəaliyyət göstərmişlər, daha doğrusu, idarə olunmuşlar.
Qədimdə böyük təşkilatların yaranması açıq göstərir ki, onlar idarəetmə strukturuna malik olmuşlar. Babilistanın asma bağları, inklərin Maçu-Pikçu şəhəri və Misir ehramları koordinasiya edilmiş mütəşəkkil idarəetmə səyləri nəticəsində yarana bilərdilər. İllər keçdikcə, bəzi təşkilatların idarə edilməsi daha mürəkkəb, daha çətin olmuş, təşkilatlar özləri isə daha güclü və daha dayanıqlı olmuşlar. Buna misal olaraq, yüz illərlə mövcud olmuş Roma imperiyasını göstərmək olar. Sərkərdələrin rəhbərlik etdikləri Roma legionları idarəetmənin dəqiq strukturuna malik olduqları üçün, planlaşması və intizamı pis təşkil edilmiş Avropanın və Yaxın Şərqin o zamankı qüdrətli dövlətləri üzərində möhtəşəm qələbələr qazanmışlar.