İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndirir, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.
Özünütəsdiq motivi –özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.
Mütəxəssislər arasında indiyə kimi liderlik proseslərinin idarə olunan və ya təbii olması barədə müzakirələr davam edir. Başqa sözlə, lider doğulurlar, yoxsa sonradan olurlar?
Bu suala birmənalı cavabın olmamasına baxmayaraq, mövcud nəzəri və təcrübə işlər liderlik qabiliyyətlərindən danışmağa imkan verir, lakin bu zaman həmin qabiliyyətlərin sərhədləri, yaxud hüdudları barədə sual meydana çıxır. Anadangəlmə və ya sonradan formalaşan liderlik qabiliyyəti olan insanların aşkar edilməsi və onların rəhbər vəzifələrə cəlb edilməsi son dərəcə aktualdır. Bu fəaliyyət istiqaməti həm «lider doğulurlar» tezisindən, həm də liderlərin məqsədyönlü formalaşmasından irəli gəlir. Birinci halda söhbət liderlik qabiliyyətlərinin aşkar edilməsi və onlardan təşkilati məqsədlə istifadədən, ikinci halda – müəssisələrə artıq hazır və özünü işdə göstərmiş liderlərin cəlb edilməsindən gedir.
Təcrübədən məlumdur ki, bəzi insanlar müxtəlif fəaliyyət növlərinin öhdəsindən yaxşı gəlir, digərləri yox – müxtəlif insanlarda hər hansı fəaliyyət növünü mənimsəmə qabiliyyəti və aldığı nəticələr müxtəlifdir. Bunu adətən insanların konkret fəaliyyət növünə münasibəti ilə izah edirlər.
Azərbaycan Respublikasında kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən çox hissəsini təşkil etdikdə və borclu müəssisə tərəfindən öhdəliklərin yerinə yetirilməsi günündən iki ay keçdikdə onlar borclunun təsis sənədlərini uyğun olaraq yerləşdiyi ərazinin mülki məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki,müflisləşmə prosedurasının başlanması haqqında borclunun özü və və ya prokurorluq ərizə ilə məhkəməyə müraciət edə bilər.
İnnovasiya menecmentinin öyrənilməsinə hər şeydən əvvəl onun bir sıra ümumi cəhətlərini nəzərdən keçirməkdən başlamaq lazımdır. Dünya iqtisadi ədəbiyyatında «innovasiya» potensial elmi-texniki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapması kimi şərh olunur. Müxtəlif alimlər «innovasiya» anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı olaraq təhlil edirlər.
Belə olan halda, daha tənqidi düşünməyi və qərar qəbul etməyi bacarmaq üçün aşağıdakı ardıcıllığa əməl edilməsi tövsiyə olunur:
1) Problem nədən ibarətdir? Hansı qərarı qəbul etməyə cəhd göstərirsiniz?
2) O, hansı alternativlərə malikdir?
3) Qiymətləndirmə meyarı nədir? Qərar qəbul etməklə hansı məqsədlərə nail olmaq istəyirsiniz?
4) Bu meyarları vaciblik dərəcəsi ilə düzün. Hansı meyar daha vacibdir? Nisbətən az vacib olan meyar hansıdır?
5) Alternativləri qiymətləndirin.
6) Qərarı qəbul edin. Alternativlərdən hansı biri ilk məqsədlərinizinyerinə yetirilməsinə daha çox uyğun gəir? Hər bir alternativ nə qədər uduşa malikdir? Alternativlərdən hər birini qəbul edərkən nəyi qurban vermək tələb olunur?
Müasir şəraitdə hər bir işgüzar təşkilat daima mürəkkəb ətraf mühitlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xarici mühitin tərkibinə isə müəssisənin cari və strateji fəaliyyətində qarşılaşdığı bütün amillər normalar və təşkilatlar daxildir. Xarici mühit heç vaxt sabit olmur. Bu da onun daima inkişafda olmasından mürəkkəbliyindən, qeyri-müəyyənliyindən və xarici mühit amillərinin bir-birilə qarşılıqlı şəkildə əlaqədə olmasından asılıdır. Firmaya təsir göstərən xarici mühit amilləri müxtəlif xarakterik keyfiyyətlərə malik olduqlarına görə onları şərti olaraq iki qrupa, birbaşa və dolayı təsir qruplarına bölürlər.
Birinci qrupa əmək, material və kapital resurslarının təchizatçılarını, istehlakçıları, rəqibləri, həmkarlar ittifaqlarını, qanunverici və dövlət orqanlarını, ikinci qrupa isə iqtisadi vəziyyəti, sosial-mədəni amilləri, siyasi amilləri, elmi-texniki tərəqqini və beynəlxalq hadisələri aid edirlər.
Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasında mühüm rolu idarəetmənin təşkilati quruluşunun təkmiləşdirilməsi oynayır. İdarəetmənin təşkilati quruluçunu müəyyən edən parametrlər aşağıdakılardır:
— müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyələrinin sayı,
— idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı,
— xətti idarəetmə heyətinin sayı,
— hər bir səviyyədə struktur bölmələrinin sayı,
— idarəetmə funksiyalarının mərkəzləşdirilmə səviyyəsi.
Böhranlı vəziyyətdən asılı olaraq müəssiənin təşkilati quruluşunun yenidən qurulması üç istiqamətdə aparılmalıdır: