Qibtə, həsəd və həsrət insana aid olan sifətlərdir ki, onların bəzi günah hesab olunur? Bəs hansı?
Demək olar ki, hər kəs qısa və ya uzaq məsafəyə təyyarə ilə səyahət etmişdir. Bu səyahətdə olmayanlar belə mütləq bu səhnəni televizor izlərkən görmüşdür. Təyyarə qapısının girəcəyində bir və ya iki stüardessa dayanaraq sərnişinlərlə göz təması qurub onları gülər üzlə qarşılayır və “xoş gəlmisiniz” deyirlər. İsti bir qarşılama təyyarəyə minənləri çox xoşbəxt edər. Əslində bu qarşılama içdən gələn bir qarşılama deyil, şüuraltına verilən bir mesajdır. Stüardessa qapıda sərnişinləri qarşılamaqla “sən burada qonaqsan mən isə ev sahibiyəm, sən təyyarəni istədiyin kimi istifadə edə, zərər verə bilməzsən, sənə nə təqdim olunsa onunla kifayətlənərsən” mesajını verir.
Sadiq, sidq, sədaqət sözlərini eşitmək qulağa xoş gəlir. Qulaqdan qəlbə doğru dalğa-dalğa bir səyahət başlayır. İnsan sözü ilə davranışı arasında uyğunluq yaranır. Mühüm olan bilinənin həyata keçirilməsidir. Bilinən tam olaraq o zaman məna qazanır. Söz bir əmanətdir. Sirrə sahib çıxmaq sədaqətin və dostluğun gərəyidir. Sədaqət doğru düşünmək, doğru danışmaq, doğru davranış sərgiləmək və eyni zamanda doğruluğu qəlbdə qorumaq deməkdir.
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun» (Nisə,1). Ayədən göründüyü kimi, kiçik kainat olan bəşər" torpaqdan yaradılan Adəm(ə) və onun qabırğasından xəlq edilən Həvva anamızdan törənib. Yaratmaq, xəlq etmək Allahın sifətlərindən biri olsa da, fəqət O, sonrakı mərhələdə bəşər artımı üçün valideynləri bir vəsilə və alət edib.
Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:
Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan “məharətlə” istifadə edir.
Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.
Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.
“Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verib-alarkən bunu yazın...” (əl-Bəqərə, 2/282)
İnsanların bir-birinə kömək etmə yollarından biri də borc alıb-verməkdir. Dünya halı belədir ki, bəzi səbəblərlə insanlar böyük maddi çətinlik içərisinə düşə bilərlər. Bu kimi çətin vəziyyətlərdə bir-birimizə borc vermək böyük əhəmiyyət daşıyır. Borc alınan pul və ya digər maddələr eyni növdən olan maddələrlə ödənər. Borcun qarşılığında əlavə bir şey verilməz. Əgər borc qarşılığında əlavə bir şey istənərsə, bu faiz olar. Faiz isə dinimizdə haram buyurulmuşdur.
Dinimizdə borc vermək savabdır. İslam borc verməyi təşviq edir. Uca Rəbbimiz belə buyurur:
“Əgər Allaha (Allah yolunda) gözəl bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Dərhal cəzalandırmaz, möhlət verər)” (ət-Təğabun, 64/17)
Qarşılıqsız kömək gözəl bir davranış olduğu kimi, ehtiyacı olanlara borc vermək də fəzilətli bir davranışdır. Hətta borc vermək sədəqə verməkdən daha gözəl sayılmışdır. Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurur:
“Merac gecəsi Cənnətin qapısı üzərində, “sədəqə on misli savabla qarşılanar. Borc isə on səkkiz misli savab ilə qarşılanar”, — deyə yazıldığını gördüm. Cəbraildən: “Borc verməyin sədəqədən üstün olmasının səbəbi nədir”,- deyə soruşdum. Cəbrail: “Çünki dilənçi varı olduğu halda dilənər. Halbuki borc istəyən kimsə ancaq möhtac olduğu üçün borc istəyər”,- deyə cavab verdi.”