islam və cəmiyyət kateqoriyası üzrə məqalələr

Dinsizlik yoxsa qudurğançılıq

Bir gün gələn bir gün gedir. Bu ki həqiqətdir. Həyatın axarı belədir. İnsan bu dünyaya gələndə sevinirik, o dünyaya köçəndə kədərlənirik. Ayrılıq ağırdır. Amma bununla barışmaqdan başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi isə gedəni son mənzilə yola salmaqdır. Özü də necə? Müsəlman olduğumuza görə şəriət qaydalarına əməl etməklə! Bu en yaxşı seçimdir.
Davamı →

Dost necə olmalıdır?

Rəhman və Rəhim Allahın adı ilə! Hamımızın ağız dolusu «dostum» deyib danışdığımız anlar var. Hamımız «dostum» deyəndə kimisə nəzərdə tuturuq.


Bu həyatda hər bir insanın doğma olmayan, lakin çox yaxın, sirdaş saydığı bir dostu var. Həzrəti Əli bin Əbu Talib (r.a) buyurub ki: «Dostunu həddindən artıq çox sevmə, çünki bir gün düşmənin ola bilər. Düşməninə həddindən artıq kin, nifrət bəsləmə, çünki bir gün dostun ola bilər.» Həqiqətən də, bir çoxlarımız illər boyu dost saydığımız bir insandan bəzən xəyanət görürük və aramızdakı əlaqə düşmənçiliyə çevrilir.

Davamı →

Nə olsun, qəlbim ki, təmizdir!

Tez-tez belə bir söz eşidirik:  «Nə olsun, qəlbim ki,  təmizdir!»...


Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq «Qəlbləri təmizləyən ibadətdir!» deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!


Cəmiyyətimizdə bəzən elə ifadələrə  (məsələn, «Mən namaz qılan bir çox insandan daha yaxşıyam» və s.) ifadələrə rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr axmaqlığın son həddində namazın fərz olduğunu unudaraq deyilən acı kəlmələrdir…

Davamı →

Gənclik və İslam

Xüsusilə son illərdə pozitiv anlayışlar insanı inanclardan və axirət bilgisindən uzaqlaşdırmışdır. Dunyəviləşən insanın əlindən tutub Rəbbiylə görüşdürülməsi və təkrar ona axirət bilgisinin verilməsi zəruridir.
Bütün çirkinliklərin təməlində inamsızlıq durur. Xüsusilə də axirət məlumatından uzaqlaşan insanlar, daha asan pislik edirlər və günah işləyirlər.
Davamı →

Qərbi Qərb edən islam alimləri

Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür. Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığ iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar.
Davamı →

Lev Tolstoy:Məni müsəlman hesab edin

Lev Tolstoy: «Xahiş edirəm məni… müsəlman hesab edəsiniz»! Dahi ruz yazıçısı, ruz ədəbiyyatına və tarixinə böyük töhfələr verən mütəfəkkir, Lev Nikolayoviç Tolstoy 1828-1910-cu illərdə yaşamışdır. O bizə daha çox yazıçı kimi tanışdır. Onun fəlsəfi düşüncələri, Allah, ruh, bilik, məhəbbət, həyatın mənası və s. haqqında təsəvvürlərini əks etdirən elmi əsərləri isə nisbətən az məlumdur. Həyatın mənasının, mənəvi idealın, varlığın gizli umumi qanuna uyğunluqlarının əzablı axtarışları, mənəviyyatın və sosiyal durumun fəlsəfi tənqidi onun bütün yaradıcılığından keçir. 1870-ci ildən başlayaraq, o, ölüm qorxusu, günah, tövbə və mənəvi dirçəli. Mövzularına çox fikir verir. Onun tamamilə qeyri-adi təfəkkürü çox hallarda rus cəmiyyətinə aydın deyildi.
Davamı →

Həyat: ölümün bu üzündə, o üzündə

Bir hədisi şəriflərində Rəsulullah bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir.
Çox poetik və elə poetik olduğu qədər də düşündürücü tablodur, elə deyilmi? Hələ bu harasıdır? Başqa bir yerdə də dünya həyatı yuxuya bənzədilir. İnsan öldükcə yuxudan ayılırmış.
Şair də “uzun, incə bir yoldayıq“ deyir. Uzun, incə yolun bir hissəsi də bu dünyaya düşür. Yəni bu dünya o uzun, incə yolun çox qısa bir hissəsidir.
Davamı →

Gözəl əxlaqın məhək daşı

Yəqin ki, hamınız görmüsünüz. Avtomobillərdə sürət göstəricisi var (Buna başqa cür spidometr də deyirlər). O boyda avtomobilin sürətini balaca bir əqrəb göstərir. Özü küçük olsa da, gördüyü iş böyükdür. Sürücü işini ona görə nizamlayır. Bizim biliyimizi, bacarığımızı, qabiliyyətimizi gösərən “əqrəb də“ dilimizdir. O danışmağa başlayanda xarakterimizdə nə varsa, ortaya çıxır. Artıq “əsl üzümüzü“ uzun müddət gizləmək də mümkün olmur. Bəlkə də bir az riyakarlıq və ya bir az yalanla bu müddəti uzatmaq olur, ancaq bu da çox çəkmir, “papaq düşür, keçəl görünür“…
Davamı →

Alın yazısı

Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Bu anlayışlar müsəlmanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox müsəlmanların İslam vaciblərindən yayınsalar belə özlərinə bəraət qazandırmalarına səbəb olur.
Allahın insana imtahan kimi verdiyi bu düynada insanlar öz əməlinə, əxlaqına və ən mühümü də təqvalarına (təqva – Allah əmrlərinə tabe olmaq, Allahın səni görmək istədiyi yerlərdə hazır, görmək istəmədiyi yerlərdə qaib olmaqdır) görə fərqlənirlər. Kimisi İslam qanunlarına tabedir və daha da üstün şəkildə tabe olmağa hər vaxt çalışır, kimisi qismən tabedir və bunu özünə kifayət hesab edir, kimisi tabe deyil və bunu vacib hesab etmir, kimisi ümumiyyətlə bu qanunlardan xəbərsizdir və bu barədə danışılanda hətta qulaqlarını da tıxayır ki, eşitməsin və s. Bu növlərin arasında daha bir növ insanlar var ki, onlar İslamdan cüzi məlumatlı olmaqla kifayətlənir və baş verən hər bir məsələnin sırf Allaha aid olduğunu vurğulayır. Bu xırda yazıdan da məqsəd məhz bu növ insanların fikirləridir.
Davamı →

Müsəlmanların icad etdikləri

*Qəhvə:Xəlid adlı bir Müsəlman, Efiopiyanın Kaffa ərazisində keçilərin yerə dökülmüş tünd rəngli toxumları yediyini gördü. Qəhvə 1645-də Venesiyaya gəldi.
* Şahmat: Köhnə Hindistanda ortaya çıxan bu oyuna Farslar tərəfindən bugünki şəkli verildi.
* Paraşüt: Sənayeçi Abbas Kasım İbn Firnasın əsl məqsədi uçan bir cihaz icad etməkdi. İcadı sadəcə yerə dəyərgən əzilməməsinin qarşısını aldı.
* Sabun: Misir və Romalılar bəzi materialları təmizlik üçün istifadə eləsə də bitki yağları sodium hidroksit ilə birləşdirib ilk sabunu müsəlmanlar icad etdi.
Davamı →
Top