Subaylıq sultanlıqdır deyiblər ancaq görəsn bu həqiqətən də belədir yoxsa bu deyim sadəcə bir xalq uydurmasıdır. Yetkinlik yaşına çatmış daha dəqiq desək özünü evlilik üçün hazır görən insanların evlənməsi bəyəniləndir. Dinimizdə də bu belə buyrulub. Bir dəfə üç nəfər Hz.Peyğəmbərin yanına gələrək, onun necə ibadət etdiklərini soruşdular. Onlara Rəsulullahın ibadəti haqqında bilgi verildi. Az olduğunu görüb təəccüblə: «Biz Peyğəmbərlə bir ola bilərik? Onun keçmiş və gələcək günahları bağışlanıb», — dedilər. Onlardan biri bütün gecəni namaz qılmaqla keçirəcəyini, başqasi hər gün oruc tutacağını və üçüncüsü də qadınlara yaxınlaşmayacağını bildirdi. Bu xəbər Hz.Peyğəmbərə çatdırıldı.
Bu dünyada haqqı üçün savaşa qalxanların hamısı qalib olmur, amma haqqı üçün savaşa qalxıb öldürülənlərin heç biri də məğlub deyil. Məsələ bu dünyada qalib və ya məğlub olmaqda deyil, sənin öz mübarizəndə haqlı, ya haqsız olmağındadır. Haqlı olmaq, qalib olmaqdır, udsan da, uduzsan da. Haqsız olan öz rəqibini yurudundan didərgin salsa da məğlubdur, öldürsə də.
Məsələyə müxtəlif prizmalardan yanaşma var, eyni mənzərəyə bu tərəfdən baxarsan, bir cür görünər, yuxarıdan və ya əks tərəfdən baxarsan, hər şey tamamən fərqli görünər. Sənin hansı bucaqdan baxmağından da çox şey asılıdır.