islam və cəmiyyət kateqoriyası üzrə məqalələr

Cəsur iraqlı

Bir nəfər gənc New York, Mərkəzi Parkda gəzərkən, birdən quduz bir itin kiçik bir qıza hücum etdiyini görür. Qaçır və itlə boğuşmağa başlayır. Xeyli uzun bir çabadan sonra üzəri qan içində qalsa da iti öldürür. Balaca qızın da həyatını qurtarır. Son anda bu səhnəni görən polis təngənəfəs vəziyyətdə hadisə yerinə qaçır və adamın yanına gəlir. Qucaqlayıb təşəkkür etdikdən sonra «Sən bir qəhrəmansan, sabah bütün qəzetlər səni yazacaqlar» deyir. Və davam edir: «Görəcəksən başlıq da belə olacaq; „Cəsur New Yorklu kiçik qızın həyatını qurtardı“. Gənc „Amma mən New Yorklu deyiləm!“ deyir. Polis „Fərq etməz, o zaman qəzetlər bunu yazacaqlar; “Cəsur Amerikalı kiçik qızın həyatını qurtardı». Gənc artıq çaşaraq «Amma mən Amerikalı da deyiləm» deyir. Polis «Bəs, o zaman sən haralısan?» deyə soruşduqda gənc cavab verir; «Mən İraqlıyam!» polis gəncə başqa heç bir şey söyləmir. Amma gənc sabahısı gün qəzetləri alanda belə bir başlıqla qarşılaşır;  «Radikal İslamçı, günahsız Amerikan itini öldürdü.»

P.S.: Onlar qəzetdə xəbər başlığına lazım olanı yazmasalar da mən öz xəbərimin başlığını lazım olan şəkildə qeyd etmək istədim..
Davamı →

Dünyanın sonu

Dünyanın sonu olacaqmı?
«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! («Əraf» surəsi, ayə 54)
Davamı →
Top