Bu gün çağımızın insanlarında nə isə bir təlaş və yarış gözə çarpmaqdadır.Yolda, bazarda, metroda, avtobusda, bir sözlə hər yerdə insanlar elə bil harasa tələsir, sanki bir-biri ilə yarış halındadırlar.
Elmin, texnikanın sürətlə dəyişməsi və inkişafı sanki insanları da dəyişimə və sürətli yaşamağa sövq etməkdədir. Sanki onlar da mobil telefonları kimi, internet kimi sürətlə hərəkət etməyə can atırlar. Sürətlə yaşayır, sürətlə qocalır, sürətlə ölür, hətta sürətlə dəfn olunurlar. Bəşər övladı Yaradanından, dindən və mənəviyyatdan xəbərsiz, qəflət içində Uca yaradanın onlara bəxş etdiyi ömür sərmayəsini sürətlə başa vurmaqdadır. Bundan daha böyük ziyan ola bilməz.