Xoşbəxt ailə kateqoriyası üzrə məqalələr

Qan qrupu və nikah

İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qruplar biri o birindən çox fərqlənir.
Davamı →

Evlilik və temperament

Psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir.

Davamı →

Nikah

Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır.
Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.

Davamı →

Ana və qızı

Ana və qız arasında ən çox yaşanan ünsiyyət problemləri nələrdir?
Ana qız arasındakı məsafə yetkinlik boyunca dəyişikliklərə uğrayır. Bəzən yaxınlaşma, bəzən də uzaqlaşmalar görülür. Burada əhəmiyyətli olan ananın qızına təzyiq etməməsidir. Özünə yaxın olmağa çətinlik çəkən gənc, uzaqda tutulan gənc kimi problemlər yaşaya bilər. Gənc bir tərəfdən anası kimi olmaq istəyərkən bir tərəfdən də anasına bənzəməməyə çalışır.
Davamı →

Ana-oğul münasibətləri

Ana və oğul arasında ən çox yaşanan ünsiyyət problemləri nələrdir?
Əksər ailələrdə oğlan övladlarına istək daha çox olduğundan, körpəlikdən yetkinlik çağına qədər onlara qız övladlarından fərqli olaraq daha çox maraq göstərilir. Bu səbəblə ana oğulunu, yoldaşı kimi görüb onu hər bir rəftarını təsdiq etməməlidir. Əksinə onun bir yetkin olduğunu unutmamalıdır.
1. Ananın oğuluyla əlaqəsində məsafəli olmalı, amma bu məsafə qopuqluq dərəcəsinə gəlib çıxrmamalıdır. 
2. Ananın oğuluyla əlaqəsində qayğılarını idarə edə bilməsi əhəmiyyətlidir. Oğlanlar da eynilə qızlar kimi analarından öyüd gözləyirlər. Bu səbəblə ana lazım olduğunda bu öyüdləri verə bilməlidir.
3. Övladı günahlandırıb alçaltmaq, gəncin özünə inamına mənfi təsir edəcəyindən, gəncə öz fikirlərini təlqin etmək yerinə, dinləməyi anlamağı və düşünməyi öyrədəcək şəkildə davranmalısınız.
4. Ana ilə oğulunun çox yaxın olması, gələcəkdə ananın uşağını başqa bir qızla paylaşmaqda problem yaşamasına səbəb ola bilər.
5. Bəzi analar oğulunun böyüdüyünü görməkdə çətinlik çəkir. Onunla hələ də bir körpə kimi rəftar edir. Bu hal isə oğlan övladlarının daha da ərköyün olmasına gətirib çıxardır.
Davamı →

Xoşbəxt ailə niyə dağıldı?

Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi.

Davamı →

Müdrik qadınlara psixoloq məsləhəti

Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik

1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLÇATMAZ OLUN.

Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.
Davamı →

Xoşbəxt ailə olmaq üçün

Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:


1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə  birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər.

7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır.

Davamı →

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun

İnsan ailə qurmazdan əvvəl özünə bir sıra suallar verməli və onlara məntiqi cavablar tapmalıdır.
Özünüzdən sevginin nə olduğunu soruşmusunuzmu? Sevgi nədən yaranır? Onun əvvəli olduğu kimi sonu da varmı? Əgər vermisinizsə, bütün bunlara hansı cavabları tapmısınız? İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmamaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki «mən»i «biz»lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da sonu həyatın sonu ilə qurtarır.
(Hədis)
Davamı →

Mənim ailəm - mənim qalam!

“İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel)

Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.

Bir ayədə belə buyrulmuşdur: 
“Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”

Davamı →
Top