Ədəbiyyat kateqoriyası üzrə məqalələr

Sevginin insan yaşamında tutduğu yer

Sevgi, özünün bitkin sayıla biləcək anlamında, yalnız elə iki kimlik arasında baş verən cinsi ilişkilər kimi anlaşılmamalıdır, düzdür, sevgi insanlar arasında cinsi ilişkilərin yaranmasına gətirib çıxarır, ancaq bu ilişkilərin gerçəkləşməsi, sevənlərin çox yüksək bir emosional coşqunluq halında, özü də onların həm psixoloji, həm də fizioloji durumlarına, sözün yaxşı anlamında, təsir göstərərək baş verir. Bu emosional coşqunluqlar isə, haracan desən yüksələ də bilər. Ancaq burası da vardır, “Tristan və İzolda”1 kimi əsərlərin örnəyindən gördüyümüz bu yüksək coşqunluq, indiyə kimi biri-birini sevmiş sayı bilinməz kişilərlə qadınların yaşamında uyğunsuzluq doğurmamış, onlar arasında heç bir anlaşılmazlıq yaratmamışdır.

Bu emeosional coşqunluğu, bədii formalarla yetərincə açıqlaya bilməyin örnəkləri çox azdır, ancaq bu duyğunun özünün baş verməsi, ən azından Avropada, gözəçarpacaq qədər çoxdur. Bir sözlə, sevginin bir toplumda, başqa birisindən daha çox gözə dəyməsi, məncə, heç də əxlaqi özəlliklərlə yox, ən çox ənənələrlə, bir də ictimai quruluşlarla bağlıdır.
Davamı →

Kük­nar­la­ra mək­tub | Qoderzi Çoxeli

Dəh­şət­li yu­xu­lar Cğu­na­ya əziy­yət ve­rir­di, o, qəfil­dən dik­si­nib oyan­dı. Xey­li vaxt ba­şı­nı sal­la­yıb çar­pa­yı­da otur­du, yu­xu­su­nu xa­tır­la­ma­ğa ça­lış­dı. Son­ra pal­çıq­lı çək­mə­lə­ri­ni ge­yi­nib fi­kir­li-fi­kir­li Be­ri­nin evi­nə sa­rı yol­lan­dı.

Gü­nəş çıx­dı­ğı yer­dən xey­li ara­lan­mış­dı. Be­ri­nin evi­nin qa­ba­ğın­da kən­din qo­ca qa­rı­la­rı yı­ğı­şıb nə haq­da­sa pı­çıl­da­şır­dı­lar. Be­ri­nin ar­va­dı da on­la­rın ara­sın­day­dı, üzü­nü əli­nə söy­kə­yib evin pən­cə­rə­si­nə ba­xır, kök­sü­nü ötü­rür­dü. Sa­kit­li­yi yal­nız ha­sa­rın tax­ta­sı­nın ba­şı­na qon­muş qar­ğa po­zur­du. Qar­ğa san­ki bəd xə­bər­lər qa­rıl­da­yır­dı.
– Zəh­ri­mar, çor, Al­lah sə­si­nizi ba­tır­sın, – qo­ca qa­rı­lar de­yi­nir­di­lər.

Cğu­na ha­sar­dan tax­ta­nın bi­ri­ni qo­pa­rıb qar­ğa­ya at­dı. Qar­ğa uçub in­di də ey­va­nın üs­tü­nə qon­du, qa­rıl­da­ma­ğı­na da­vam elə­di. Cğu­na yer­dən yas­tı daş gö­tür­dü, di­va­rın di­bi­nə qı­sı­la-qı­sı­la ya­xın­la­şıb da­şı at­dı. Qar­ğa yal­nız ye­ri­ni də­yiş­di. Cğu­na qa­rı­la­rın ya­nı­na qa­yıt­dı.
– Ne­cə­di ki­şi­nin ha­lı? – Be­ri­nin ar­va­dın­dan so­ruş­du.
Davamı →

Ləman Azər. "Fahişə ömrü" (Hekayə)



      Bu gün günlərdən hansı gündür bilmirəm, heç siz də soruşmayın, çünki onun elə bir dəyəri yoxdur, amma bu gün qəzet manşetlərində bir xəbər yayımlanacaq, elə səhər açılmamış bu xəbər təlaşla nəşriyyatlarda əlbəəl gəzəcək, dolanacaq və nəhayət bütün ölkəyə yayılacaq. Bu gecəyarısı şəhərin qaranlıq küçələrindən birinin tinində cəsədi tapılmış, bədəninin hər tərəfi yazılı və kimliyi məlum olmayan qəribə bir kişinin əhvalatıdır. Və adamları isə yalnız onun bədənindəki yazılar narahat edir. Həyat belədir, heç kimi onun üzünün tanınmaz hala gəlməyi, üst başının cırıq-cındır olmağı, aclıqdan qurumuş süpürgəyə oxşamağı, nə yaşadıqları maraqlandırmır. Çünki həyat belədir və o elə bir filmdir ki, adamlar eyni səhnələri izləməkdən yorulublar, beziblər, buna görə də onları yalnız baxdıqları filmin ən maraqlı detalları, heç bir başqa filmdə izləmədikləri sirli, beyində suallar yaradacaq ayrıntıları maraqlandırır. Axı doğurdan da bu heç yerdə görülməyib ki, adamlar bədənlərinin hər tərəfini bir barmaq yer saxlamadan yazsınlar və axı adamlar niyə dünyada bu qədər divar, kağız, döşəmə, hətta paltar və yazmağa o qədər çox şey varkən məhz bədənlərini yazsınlar. Hə bunu heç kim eləməz, ağıllı adamlar eləməz, axı onlar niyə bədənlərini yazsınlar?! Amma o yazıb, dərisindəki hər məsafəni mürəkkəblə doldurub və indi bu xəbər yayımlanan kimi şəhərdə onun haqqında kim bilir nə şayələr gəzəcək, nə nağıllar uydurulacaq. Həmişəki kimi başqalarının həyatlarına özlərinkindən daha çox maraqlı olan insanlar iki qrupa bölünəcək, onun qatil, oğru, narko biznesmen, ya da cadugər olduğunu deyəcəklər və bu adamların bəziləri bunlar çox yaxşı şeylərmiş kimi onun tərəfini saxlayacaq, qürurlanacaq, getdiyi hər evdə ağzına sığmayan, bir neçə dəqiqənin içində uydurduğu hekayəsini hamıya sevinclə danışacaq, ona təriflər yağdıracaq, hətta o sağ olsaydı bütün ev-eşiyini satıb ona bu kişiliyinə görə heykəl qoyduracağını deyəcək, bəziləri isə yenə susmadan, durmadan danışacaq, amma onun bu cür ölümünü ən yüngül cəza hesab edəcək, hətta əlində olsa onun ölüsünü tikə-tikə, şaqqa-şaqqa elətdirəcəyindən deyəcək. Və bəli həyat belədir… Əslində isə bu adamların heç birinin bizim həyatımıza dəxli yoxdur, elə onların nə düşündüklərinin də…                                                                                                          
Ölkə qəzetlərindən ən məşhuru, ən reytinqlisi naməlum cəsədin boyun-boğaz nahiyəsindəki yazını çap edəcək güman ki, çünki, çünki baş boyunun üzərində dayanır, necə ki bu ölkədəki bütün yeraltı, tirajlanacaq, tirajlanmayacaq xəbərlər bu qəzetin əlinin altından keçib gedir. Və xəbər başlığı belə olacaq:
 
“Dilənçi Tarzanın boğazındakı roman”                                                              “ Mən yazıçı olmaq istəmirəm. Belə bir arzum da yoxdur. Siz mənə o gözlə baxın ki, mən yazıq, ümidsiz, fağır bir dilənçiyəm.  Yeməyə bir qarın çörəyi güc-bəla ilə üç-dörd gündə bir tapıram, ya da bəzən heç tapmadığım günlər də olur. Son on ildə bədənimdən və ruhumdan savayı sahib olduğum heç bir bir şeyim yoxdur. Uşaqlar məndən iyrənir, ona görə yox ki, pis iy verirəm, üst-başım cırım-cındırın içindədir, saqqalım bığıma qarışıb, hətta o qədər uzanıb ki, mən də kökündən ucuna qədər hörüb ucuna arabir bir qənimət taparam deyə gəzdiyim evlərin arxasından rastıma çıxan paltar şpilkalarından bir neçəsini vurmuşam və hərdən də ürəyim sıxılanda çiynimə atıram, çox soyuq olanda isə boyun-başıma dolayıram, nə yalan deyim bəzi günlər yağış yağanda fürsət bu fürsətdi deyib lap kisələnirəm də, ona görə ki, məncə mən onların atalarına, babalarına, gorbagor əbəd-əcdadlarına heç oxşamıram. Qadınlar heç yaxınıma gəlmir, məni görəndə əlli metrə uzaqdan yollarının səmtini dəyişirlər. Yəqin onlara elə gəlir ki, Tarzan kimi yiyəsizliyə, çöllərə məhkum olduğum üçün qadın acıyam və onlardan birini tutduğum yerdəcə altıma alıb xoruz kimi minəcəm. Hələ kişiləri demirəm, arvadlarından fərqli olaraq onlar yanımdan keçir, amma hər dəfəsində də bu küfürsüz, söyüşsüz olmur. Bilmirəm niyə, yəqin arvadlarının mənlə bağlı təsəvvürlərinə gətirdiyi mənzərəni məni hər görəndə onlar da görür.                                     
Və bütün bunları ona görə dedim ki, yəni yüz faiz əmin olasınız ki, məndən yazıçı çıxmaz. “Yazıçı”. Nə deməkdir “yazıçı”? Yazıçı sözünün kökü “yazı”, “yazı”nın kökü “yaz”. Hansı yazını yazandır yazıçı? Məncə yazıçı hamının Allahdan və hakimiyyətdən sonra səcdə edib, tanıyacağı üçüncü şəxsdir, mənimsə cındırımdan cin ürkür. Amma məncə hamının yazıçı olmasa da yaşadıqlarını qələmə alma ixtiyarı var və mən yazacaqlarımı elə bir dosta həsr edirəm ki, ona nə rəhmət düşmür, nə də dua ediləcək ruhu da yoxdur.                                                  
Pulsuz, evsiz, maşınsız, ətrafıma səpələnib məni hərəsi bir yana dartan qadınlarsız heç inandırıcı görünə bilməyəcəyimi bilirəm. Pulun varsa hesab elə ki,Tanrısan: əmr elə ayağını öpsünlər, tüpür üzlərinə silib yenə istəsinlər, yalan danış “ah nə dürüst adamdır” desinlər, pulun varsa biri yatağında, biri maşınında, biri də elə liftdəcə. Pulum yoxdur, nə yazsam, nə desəm absurd, geydirmədir. Pulum yoxdur, mən nə Allah, nə sehrbaz, nə də kişi deyiləm. Mən bilmirəm kiməm, hətta nəyəm?! Amma dostumun əhvalatından qabaq, özümün bir balaca əhvalatım var.”                                                                                                          
Bu xəbərdən heç bir dəqiqə keçməmiş ölkənin sağ partiyasının mətbuat şöbəsi naməlum cəsədin sağ qolundakı yazını yayımlayacaq: “Zorakı dilənçi ölkənin ən tanınmış yazıçısı imiş”
 
“Mən ayağı asfalta yox, torpağa dəyən, peyinə bulaşan adi bir kənd uşağı olmuşam. Atam şalvarının arası yamaqlı, qoltuğunun altı cırıqlı sadə bir kənd müəllimi idi. Anam isə kənd həyatına görə hədsiz təmizkar, bütün maneələrə baxmayaraq gündə üç kərə vedrədə su qaynadıb yuyunan savadsız, amma çoxbilmiş və acgöz qadın idi. Adam anası haqqında acgöz deməz bilirəm, amma elə idi. Məhsul yığımı vaxtı hamımızı haylayıb, qabağına qatıb söyə-söyə yığıma aparardı, bəzən atam yazıq səslə “bəsdi, əl çək uşaqlardan” deyəndə hikkəsindən kişinin üstünə şığıyar, sonra isə hamımıza qanlı, qızğın gözləriylə baxa-baxa qapını çırpıb gedərdi. Bizsə pəncərələrdən onun kürəyinə ox kimi batan günəş istisində, başından aşağı tökülən leysan yağış altında necə işlədiyinə tamaşa edərdik. Kəsəsi, uşaqlığımda səkkiz uşağın arasında bircə mənim atama oxşadığımı deyərdilər. Böyüyəndə onun kimi sakit təbiətli, fağır, gözütox olacağımı da deyərdilər. Mən də elə bilirdim. Məktəbdə, sonra da tələbəlik illərimdə heç kimə yovuşa, qaynayıb amma qarışa bilməməyimdən, fərasətsizliyimdən, yazıb-oxumaqdan başqa heç nə bacarmamağımdan, bazlığa gedəcək cəsarətimin olmamasından elə bilirdim. Məgərsə mən eyni anamammış və bunu zamanla biləcəkdim.                                         
Bir kişi özünü o vaxt kişi kimi hiss edər ki, bütün qorxularına baxmayaraq, ona özünü prezident, ilahi, dünyanın hakimi hiss etdirəcək qadını tapsın. Mən bu bəxtəvərliyə bir dəfə nail olmuşdum. Tələbəliyimi bitirib kəndə şəhərdə təzə-təzə məşhur qəzet və jurnallarda çap olunan yazıçı kimi qayıdanda kənd adamlarının arasında, qoxusunda böyüdüyüm otun, peyinin içində özümü “Aydan gəlmiş” hiss edirdim. Artıq salamımı da, hər adama vermirdim. Mənə görə adamlar kateqoriyalara bölünürdü: başımla cavab verdiyim, çiyinlərimlə və nəhayət ağzımla.                                                                                                                          
Bir xalam qızı var idi. Adı Adelin. Biz qısacası Adel deyərdik. Adını hansısa xarici filmə baxanda qoymuşdular. Lap dərinə gedəndə adama elə gəlir ki, ata-anası bunu düzəldəndə həmin filmə baxırmış. Nə isə. Heç məni sevməzdi. Məni görəndə üzü turşuyardı, ya da göz-qaşı yerini dəyişərdi. Heç vaxt ağlıma gəlməzdi ki, təhsili olmasa da kitabların içində yatıb duran, danışanda gözlərini qıyan, bu səbəbdən də 18-cə yaşında göz kənarlarında diqqətlə baxmayınca sezilməyəcək qırışları olan, bu pudrasız, kirşansız kənd qızına dəlicəsinə aşiq olacam. Mənim kimi adama onun kimi də bir qadın lazım idi. Uzun tünd saçlı, nəmli qara gözləri, qulağıma həzz verən zərif səsi, ağ dərisi və cazibədar bədən qoxusu. Necə oldusa onu sevdim. Vəhşiliyini, görməmişliyini və bundan irəli gələn təbiiliyini, ən çox da ağzını əliylə tutub bədənini əsdirə-əsdirə güldüyü kübar gülüşünü. Mən onu sevdim. O, məni sevmədi. Başa düşdüm ki, onu fəth eləməkçün bütün gücümü sərf eləməliyəm. Arxasınca getdim addım-addım üzümə baxmadı, hədiyyələr aldım barmağını belə toxundurmadı, biləklərimi doğram-doğram elədim, yenə xeyri olmadı. Axırda əlacsız qalıb qərara aldım ki, bəlkə onu ləkələsəm mənə ərə gələr. Axı nə qədər oxusa da o belə bəsit tələyə düşə biləcək qədər sadəlövh bir əyalət qızı idi. Buna görə də işi elə qurdum ki, heç kimin ağlına gəlməyəcək bir vaxtda o, bir kənddən o birinə piyada gedəndə pul verib razı saldığım dostlarımla onu rayon mərkəzində tutduğum evə qaçırdım. Özü də çox zorakı bir şəkildə, saçından yapışıb yerlə bir sürüyə-sürüyə. Bunu elədiyim günün axşamı peşman olmuşdum artıq. Çünki ən asan yolu seçmişdim onun mənim olması üçün.  Sonralar  isə o elə müti bir qadın oldu ki, az qala məni sevdiyinə də inanacaqdım və mən qırmızı görmüş ispan öküzləri kimi onun üstünə hər şığıdığımda  bədənim soyuyuncaya qədər mənimlə tanqo oynayacaq bir qadın çevrildi.”                                                       
Cəsədin sol qolundakı yazının bir qismi silinmişdi, yerdə qalanı isə çox çətinliklə oxunurdu. Elə bu səbəbdən də həmişə ölkənin artıq-urtuq xəbərlərini yayımlayan solçulara qaldı bu xəbər: “ .........və bütün bu günahlarımdan sonra o da məni tərk etdi. Sonra içmək, içmək, içmək, uğursuzluq, qumar, səhv ardınca səhvlər. Və bir də mən gözümü açdım ki, ölkəmin ən məşhur yazıçısından ən çox tanınan səfilinə, dilənçisinə çevrilmişəm.      Hər şeylə razılaşmışdım ta o günə qədər. Bir gün həmişə qıvrılıb yatdığım küçələrdən birinin tinində əyləşmişdim. O gün qənimət axtarışım çox pis olmuşdu, əlim boşda qalmışdı, çox ac idim, mədəm sıyrılırdı və aclığımı unutmaq üçün yuxulamağa çalışırdım. Gözlərimi yummuşdum ki, bir təpiyin belimə necə guppultuyla yapışdığına ayıldım. “Ey kaftar dur ayağa, yoxsa pul istəmirsən, dur sənnənəm”. Bu bir gənc idi 30-35 yaşlarında. Heç dinmədim, eləcə keçib getməyini istəyirdim, o isə qəsdən daha da üstünə qoyurdu. Bir anlıq onun zərbələrindən və söyüşlərindən o qədər bezdim ki, “nə qədər verərsən?” dedim. “20 qəpik verərəm” dedi. “Ver onda” dedim, o isə “elə belə vermərəm, dur soyun haydı” dedi. Çox ac idim. Onun da ədaləti bu idi, dilənçiyə də pul verən yox idi ki day. Gözlərimi gözlərinin içinə dikib əvvəl dəlmə-deşik, çirk içində olan, sapsarı köynəyi başımdan çıxartdım. Dediyi kimi 20 qəpik atdı qabağıma. Üzünə baxdım, axı bu azdı deyən kimi. “Nə durmusan hə, davam elə, yoxsa ac qalmaq istəyirsən, iylənmiş” dedi. Ayaqqabılarımı çıxartdım, 20 qəpik atdı, sonra da şalvarımı çəkdim aşağı. O isə elə hey uğunurdu qarnını tutub, yoldan keçənlərə “baxın, baxın bu kaftara necə pozlar verir” deyib pıqqıldaya-pıqqıldaya gülürdü. Amma sonuncu cəsarətimə görə pulumu atmadı və arxasını çevirib, “ağıllı ol qoca, pulun yoxdur, heç olmasa abrın olsun” deyib getməyə başladı. Yolun qarşı tərəfinə keçmişdi ki, “arxasınca qışqırıb, ey, ey dayan sözüm var” dedim. Məndən nəsə eşitməyi gözləyirmiş kimi ayaq saxladı, mənə tərəf döndərdi üzünü və təmkinlə gözlərini üzümə dikdi. “Sən o kişinin oğlu deyilsən ki, gecələr arvadıyla qayınanasını səhv salır?!” dedim, daha doğrusu bağırdım, bütün küçəyə, onun üzünə. Dinmədi, deyəsən çox pərt olmuşdu, özü də ən çox dilənçinin də söz deyəsi ağzı olduğuna. Getdi və bir də nə o küçədən keçmədi, nə də mənim gözümə görünmədi. Amma nə yalan deyim, bundan sonra hekayəsini danışacağım dostumu onun verdiyi 2 dəmir pulla qazandım. Bəzən ona arxadan dediyim, o çirkin cümləyə görə vicdan əzabı çəkirəm. Sonra isə düşünürəm ki, eybiyox, qoy bu da mənim ədalətim olsun.”
 ardı var...
Davamı →

Bəxtiyar Vahabzadə

Məşhur Azərbaycan şairi Bəxiyar Vahabzadə  (1925-2009) dramaturq, ədəbiyyatşünas olmuşdur. O, hələ kiçik yaşlarından ədəbi yaradıcılığa meyl göstərmiş, müxtəlif məzmunlu şeirlər yazmışdır. «Mənim dostlarım» adlı ilk kitabı 1949-cu ildə nəşr olunmuşdur.
   Məhəbbət, insanpərvərlik, vətənpərvərlik, qəhrəmanlıq hisslərinin tərənnümü lirikasının əsas mövzularıdır. Vətənpərvər şair həmişə ölkəsini müstəqil görmək istəmiş, bu yolda canından belə keçməyə hazır olmuşdur. Sovet İmperiyası zamanı yazdığı «Gülüstan » poemasına görə bir çox təqiblərlə üzləşmişdir. Buna baxmayaraq, əqidəsindən dönməmiş, yaradıcılığının əsas mövzusu milli azadlıq mübarizəsi olmuşdur.
   Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni etmiş, 20 Yanvar faciəsini və Sovet-Qorbaçov rejimini kəskin tənqid etmuş, "Şəhidlər" poemasını yazmışdır.
   Şair, nəhayət,  uzun müddət  həsrətində olduğu azadlıq və müstəqilliyi görə bildi və 20 ilə qədər müstəqil Azərbaycanda yaşayıb-yaratdı.
Davamı →

Mütaliə haqqında | Gilbert Kit Çesterton

Görkəmli yazıçıların əsərlərinin mütaliəsinin əsas faydasından ədəbiyyata heç bir mənada pay düşmür. Bunun hətta bizim duyğularımızla, yazıçının dəst-xəttinin əzəməti ilə də hər hansı əlaqəsi yoxdur. Yaxşı kitabları oxumağın faydası ondadır ki, bu əsərlər bizə “əsl müasir insan” olmağı öyrədir. “Müasir” olduğumuz təqdirdə isə bız özümüzü sonuncu xurafata bağlamaqla, olan-qalan pulumuzu müasir dəbli şlyapaya xərcləyirik və buna görə özümüzü dəbdən geridə qaldığımız üçün qınayırıq. Yüzillik yol “həqiqi müasir insan”ların cəsədləri ilə doludur. Ədəbiyyat isə əbədidir, klassik ədəbiyyat ara vermədən dəbdə olmayan həqiqətləri, bizim söykənə biləcəyimiz yeni fikirlərin tarazlığını yadımıza salır.

Hərdənbir (xüsusilə də bizim indiki narahat dövrümüzdə) dünyada müxtəlif istiqamətlər üzə çıxır. Qədimlərdə onları cəfəngiyat, küfr adlandırıblar, indi isə ideya deyirlər. Bəzi hallarda onların faydaları da olur, bəzən isə tamamilə ziyan yetirirlər.
Davamı →

Tənqid nədir? | Rolan Bart

Günün ideoloji məsələləri həmişə ədəbi tənqidin bu və ya digər ümumi prinsiplərini bəyan etmək üçün əsas verir – xüsusən, nəzəri postulatların çox dəbdə olduğu Fransada, məhz bu prestijli doktirinalar sayəsində o, praktik mübarizəyə, tarixə və müəyyən birliyə aid olduğundan qürur duyur. Buna uyğun olaraq fransız tənqidi artıq on beş ildir ki, eyni uğurla olmasa da əsasən dörd əsas “fəlsəfi cərəyan” əsasında bu qaydada inkişaf edir. Birincisi, son dərəcə mübahisəli terminlə adlandırılan “ekzistensializm”dir; buraya Sartrın əsərləri – Bodler, Flober, Prust, Moriak, Jirodu və Ponj haqqında bəzi məqalələri, o cümlədən çox gözəl məqaləsi olan “Jene” daxildir. İkincisi, marksizmdir. Əsərin olsa-olsa mexaniki təsvirini verən marksist ortodoksiyanın tənqiddə özünü necə uğursuz apardığı, dəyər meyarlarını müəyyənləşdirmək yerinə sadəcə şüarlar verməsi məlumdur; tənqid üçün müəyyən qədər faydalı olan marksizmin özü yox, onun perferiyası olub.

L.Qoldmanın tənqidi buna misaldır (Pasin və Paskal haqqında, Yeni Roman, avanqard teatr və Malro haqqında. Bu yazılarda o, açıq-aşkar şəkildə Lukaçdan nələrisə əxz edib; sosial-siyasi tarixdən yola düşən mümkün tənqidi yanaşmalar arasında onun yanaşması ən etibarlı və virtuoz yanaşma sayıla bilər.
Davamı →

Axmaqlar | Ayzek Əzimov

Naron uzunömürlü Rigel irqindən idi və ailənin qalaktika qeydiyyatını aparan dördüncü üzvüydü. Naronun böyük bir dəftəri vardı. Burda qalaktikalarda zəkası inkişaf edən xeyli irq qeyd olunmuşdu, daha kiçik dəftərə isə yetkinləşərək Qalaktika Federasiyasına daxil olmaq hüququ qazanmış irqlərin adı yazılırdı.

Böyük dəftərdə bəzi adların üstündən xətt çəkilmişdi, çünki onlar hansısa səbəbdən uğursuz hesab olunmuşdu. Buna şanssızlıq, biofiziki-biokimyəvi qüsurlar və cəmiyyətə uyğunlaşmamaq kimi təsirlər aid edilirdi. Amma kiçik dəftərə yazılmış heç bir ad bugünədək silinməmişdi. Çapar yaxınlaşanda dolu bədənli və kifayət qədər yaşlı Naron da başını qaldırdı. Xəbərçi – Naron – dedi, – Ulu Varlıq!
– Hə, nə olub? Qurtar bu dəm-dəstgahı!
– Bir qrup varlıq da artıq inkişaf etdi.
– Əla! Əla! Artıq daha sürətlə inkişaf edirlər. Heç bir il keçmədən yeni bir üzvümüz artır. Bəs hansı qrupdur bu? Çapar qalaktikanın kodunu və içindəki planetin koordinatlarını verdi.
Davamı →

Belinskinin Qoqola məktubu

Məqaləmi oxuyanda, orada qəzəbli adam gördüyünüzü deməkdə haqlısınız. Əslində, kitabınızı oxuyandan sonrakı vəziyyətimi ifadə eləmək üçün seçdiyiniz epitet hələ çox zəifdir. Amma Siz bunu istedadınızın pərəstişkarı olanların çox da ürəkaçan olmayan rəylərinə aid etməklə yanılırsız.

Yox, burada daha ciddi səbəb var. Təhqir olunmuş qürurla birtəhər barışmaq olardı, məsələ təkcə bunda olsaydı, bu barədə susacaq qədər ağıllı adam olduğumu düşünürəm. Amma həqiqət hissini, insan ləyaqətinin təhqirini udmaq olmur. Yalan və əxlaqsızlığı din pərdəsi altında, yalan və qırmancların köməyi ilə həqiqət və xeyir kimi təqdim eləyirlərsə – bu yerdə susmaq olmaz.

Bəli, mən sizi çox sevmişəm. Öz vətəninə bağlı olan, onun ümidlərini, şərəfini, şöhrətini sevən bir adam ölkəsinin şüur, inkişaf yolundakı öndərlərindən birini necə sevə bilərsə, mən də Sizi elə sevmişəm.
Davamı →

Nobel nitqi | Günter Qrass

Hörmətli Akademiya üzvləri, xanımlar və cənablar!
XIX əsrdə qəzet və jurnallar bu bildirişi dərc etməklə nəsr əsərlərinin çapını uzatdıqca uzadardılar. Seriya ilə nəşr olunan əsərlərin çiçəklənən çağı idi: qəzet və jurnallarda onlara böyük yer ayrılırdı. Romanın ilk fəsilləri kiçik fasilələrlə dərc olunurdu. Bu müddət ərzində müəllif sonrakı fəsillər üzərində işləyirdi, sonluğun necə olacağı isə heç onun özünə də məlum deyildi. Oxucuları təkcə qorxulu hekayələr və ya bayağı sentimental romanlar maraqlandırmırdı. Dikkensin əksər romanları, Tolstoyun “Anna Karenina”sı da hissə-hissə dərc olunan əsərlər sırasında idi. Bəlkə də hələ kifayət qədər tanınmayan gənc Balzaka əsərin sonuna yaxın gərginliyi yüksək həddə çatdırmaq bacarığını da məhz yaşadığı dövr – seriyalı kütləvi nəşrlərin yorulmaz sifarişçisi aşılamışdı. Fontanenin demək olar bütün romanları, o cümlədən “Keşməkeşlər və bədbəxtliklər” ilk dəfə seriyalı nəşr halında qəzet və jurnallarda dərc olunub. Bu romanın nəşri o qədər uzanmışdı ki, “Fossişe Tsaytunq» jurnalının naşiri bir dəfə qəzəbini cilovlaya bilməyib qışqırmışıdı: “Bu pozğun əhvalat nə vaxtsa bitəcək, ya yox?!”
Davamı →

Məsihin dönüşü | Oğuz Atay

Aramızda olması bizlərə şərəf verən dostum ölkəmizin gerçək sahibidir. Bu dünyaya ikinci gəlişində ağ bir ata minmiş olaraq aramızda görünəcək. İlk gəncliyində bu küçələrdə çox dolaşmış, bəzən niyəsə içəri girə bilmədən dönüb getmişdir. Bəzən də bu və bunun kimi salonlarda saatlarca oturaraq onu başa düşəcək duyğulu bir qəlbi boş yerə gözləmişdir. İkinci gəlişində bu küçə zəfər taxtlarıyla əhatə olunacaqdır. Bütün qapılar dəfnə budaqlarıyla bəzədiləcəkdir. O gün rəsmi tətil olacaq və qızlar müştəri qəbul etməyərək əllərində bayraqlarla pəncərələrdə yarı bellərinə qədər sallanmış gözləcəklər.

Polislər ən yaxşı formalarını geyinərək asayişi təmin edəcəklər. Çünki o qədər sıxlıq olacaq ki, üç gün əvvəldən desəniz belə, heç yer olmayacaq. Yalnız qara bazarla məşğul olanlara müsamihə edilməyəcək. Çünki o, elə istəyərdi. Küçə bir gün əvvəldən süpürüləcək, zibilyığanlar da onu əllərində süpürgə çubuqlarıyla hazır vəziyyətdə gözləyəcək. Səftər belə o gün üçün tərliklərini çıxararaq ayaqqabılarını geyinəcək. Bütün müştərilər də qapının çölündə bayram libaslarını geyinərək əl-ələ tutacaqlar.
Davamı →
Top