Ədəbiyyat kateqoriyası üzrə məqalələr

Fyodor Mixayloviç Dostoyevski - "Ölü evdən qeydlər" romanından

Qartal cinsindən «qara quş» dəxi bir müddət bizim məhbəsin dairəsində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu indi də xatırlayıram.
Davamı →

Azərbaycan ədəbiyyatında magik realizm

Magik realizm (bəzən “cəlbedici realizm”, “mistik realizm” də adlandırılır) cərəyanına mənsub yazıçıların əsərlərində müxtəlif sehirli, əfsanəvi varlıqların, magik əşyaların, mənsub olduğu xalqın, inandığı dinin mistik əhvalatlarının, obrazlarının əksi, əsərdə zamanın mücərrəd bir məfhuma çevrilməsi və s.  məqamlar mühüm yer tutur. Q.Q.Markes, A. Karpentiyer, X. Kortasar, M.Bulqakov kimi dünyaca məşhur yazıçıların əsərləri magik realizm cərəyanına dünya ədəbiyyatında özünəməxsus yer qazandırmışdır. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bu cərəyanın təsiri  Y. Səmədoğlunun, Elçinin, Anarın, İ. Hüseynovun, K. Abdullanın, İ. Fəhminin, M.Cəfərlinin və b. yaradıcılığında izlənilir.
Davamı →

Mütaliə haqqında - Gilbert Kit Çesterton

Dahi ingilis yazıçısı Gilbert Kit Çesterton 1874-cü ildə Londonda anadan olmuşdur. İngilis ədəbiyyatında sadəcə əsərləri ilə deyil, həm də düşüncələri ilə böyük iz buraxmışdır. Yazıçılıq və jurnalistlik fəaliyyəti ilə məşğul olan G.Çesterton yaradıcılığında qlobal problemlərə toxunmuşdur. Yazıçı əsərlərində Kiplinqin müstəmləkə anlayışını və İngiltərə siyasətini kəskin tənqid etmişdir. Çesterton İngiltərənin protestant olmasına baxmayaraq, katolik məzhəbini seçmişdir. O, 1936-cı ildə Londonda vəfat etmişdir.
Davamı →

F.M. Dostoyevski yaradıcılığında uşaqlıq mövzusu

stənilən dövrdə yazıçılar uşaqlıq mövzusuna laqeyd qala bilməyiblər. Uşaq dünyası yazıçıları daima həyəcanlandırıb, düşündürüb, yazmağa sövq edib.
XIX əsrin ortalarında uşaq mövzusu rus qəzet və jurnal səhifələrində geniş müzakirə olunurdu. Diskussiyalara tanınmış psixoloqlar, pedaqoqlar və yazıçılar da qatılırdılar. Müzakirələrdə müasirlərinin sosial və əxlaqi nöqsanlarını açmaq üçün cəmiyyətin diqqətini uşaqların saflığına, məsumluğuna çəkməklə göstərməyə çalışıblar.
Davamı →

Oğuz toponimikası və onun tarixi əhəmiyyəti

Azərbaycan folklorunun ideya əsası ən qədim dövrlərdən başlayaraq xalqın mənəvi mədəniyyət səhifəsini özündə birləşdirən folklor irsinin toplanması, araşdırılması və nəşri ilə də ciddi şəkildə bağlıdır. Yazıya alınmayan, hafizələrdə yaşaya-yaşaya zəmanəmizə qədər gəlib çatan folklor nümunələrinin xalq dilindən olduğu kimi götürüb tədqiq olunması çox mühüm şərtdir. Şübhəsiz, şifahi xalq ədəbiyyatının çoxvariantlılığı burada xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
Davamı →

Sabir Əhmədli - Ağrılarına sığınıb yaşayan yazıçı

Sabir Əhmədli Azərbaycan nəsrinin yeni meyarlarla qurulmasında, fərdi bədii ədaları ilə onun üslub, tipaj, problem və düşüncə yeniliyi səviyyəsində yenilənməsində əvəzsiz rolu olan yazıçılarımızdandır. Milli düşüncənin ən həssas məqamlarına toxunmaqda, cəmiyyətin yaralarını bədii təcəssümün predmeti etməkdə xüsusi yerə və dəyərə malikdir.
1960-cı illərdən başlayaraq nəsrdə güclənən bir çox əlamətlər bir neçə yazıçının yaradıcılığında daha sərt boyalarla təzahür etdi ki, onlardan biri də Sabir Əhmədli idi.
Davamı →

Ədəbiyyatımızın Mirzə Fətəli əsri

XIX əsr Azərbaycan ictimai fikrinin görkəmli şəxsiyyətlərindən olan filosof, ictimai xadim Mirzə Fətəli Axundzadə özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olmuşdur. O, həmçinin Azərbaycan dramaturgiyasının, teatrın və ədəbi tənqidin banisidir. Mirzə Fətəli dini fanatizmin, cəhalətin, mövhumatın, avamlıq və nadanlığın hökm sürdüyü bir zamanda demokratik düşüncənin intişarı yolunda dindarların, qaragüruhçuların təqiblərinə məruz qalsa da, millətin gözünün açılması, həyatının dəyişilməsi uğrunda mübarizəsini ömrünün sonunadək davam etdirmişdir.
Davamı →

Hayku ustadı Matsuo Başou

"İçinizdə sizə bir şeylər demək istəyən bir işıqmı doğdu,
oturun və yazıya tökün bunu, yoxsa unutmaqdır sonu”
Matsuo Başou

5-7-5 ölçülü üç misralıq yapon hayku şeiri dünyada ən qısa şeirdir. Əvvəllər haykay, hokku, XIX əsrin sonlarından etibrən isə hayku adlanır. Haykay kimi tanınan ədəbi janr renqa adı verilən asılı sətirlərin istifadəsiylə başlamışdır. Haykay janrında əsas götürülən mövzular adi insanların gündəlik yaşam tərziydi və dili də əks olunan səhnələrə görə seçilirdi. Sözügedən janr XVI əsrdə böyük rəğbət qazandığından «haykayşi” adlanan haykay mütəxəssisləri, müəllim və şairlər ortaya çıxmağa başlamışdır. XVII əsrdə haykay mütəxəssisləri köhnə nümunələri də əsas tutaraq yeni istiqamətlər müəyyənləşdirmişlər.
Davamı →

Yaradıcılığı tale, taleyi də yaradıcılıq olanlar

Ədəbiyyata kişilər qədər qadınlar da həmişə töhfələr verib. Onların arasında Nobel və digər nüfuzlu ədəbi mükafatları alanlar da az olmayıb. Elə Azərbaycan ədəbiyyatının yükü də kişilərlə bərabər, qadınların da çiyninə düşüb. Çağdaş ədəbiyyatımızda da sevilən və tanınan imzalar az deyil. «Müzakirə”mizdə qadınların ədəbiyyatdakı fəaliyyətinə toxunduq.
Davamı →

Lev Tolstoyun Anna Karenina romanı müasirlərinin gözü ilə

«Anna Karenina” romanının müxtəlif qiymətləndirmələrini analiz edərkən belə nəticəyə gəlmək olar ki, L.N.Tolstoyun müasirləri əsərin əsl mənasını anlamağa müvəffəq olmamışlar. Belə görünür ki, buna səbəb Konstantin Levin obrazının ideya-kompozisiya rolu, iki süjet xəttinin – Anna və Levinin romanın bədii strukturunda qarşılıqlı əlaqəsi anlaşılmamışdır. Başqa sözlə – romanın bədii vahidliyini mühafizə edən L.N.Tolstoyun təbirincə desək, müasirləri həmin „daxildəki kilid”i görə bilməmişlər. Qarşınızdakı məqalədə “Anna Karenina” romanına L.N.Tolstoyun müasirlərinin yanaşma tərzi nəzərdən keçirilir.
Davamı →
Top