Dünyanın ən qədim, zəngin və rəngarəng sahələrindən biri olan Azərbaycan məktəb və pedaqoji fikir tarixində özünə layiqli yer tutan Əbdürrəhim bəy Haqverdiyevin “Hacı Daşdəmir”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Millət dostları”, “Kimdi müqəssir?”, “Ac həriflər”, “Xəyalat”, “Qadınlar bayramı”, “Ağac kölgəsində”, “Köhnə dudman”, “Çox gözəl”, “Padşahın məhəbbəti”, “Sağsağan”, “Ağa Məhəmməd şah Qacar” və başqa dram əsərləri şirin dili, mənalı gülüşü, aydın təşbihləri, dərin mənası, yüksək ideyası ilə oxucunun nəzərini cəlb edir.