Adım Fəriddir. İyirmi yeddi yaşım var. İki otaqlı təmirsiz, rütubətli, narahat mənzilimdə Simonla bərabər yaşayıram. Simon itdir. Adi bir it. Cins filan deyil. Körpə vaxtı küçədə tapıb evə gətirdim və elə o vaxtdan da dostuq. Bu it çox ağıllıdı. Yemək bişirir, paltar yuyur, ütüləyir, şahmat oynayır demirəm. Heç bir it bunu edə bilməz, məlum məsələdi. Lakin çox ağıllıdı. Heç nə etməsə də, üzündən ağıl tökülür. Kim bilir, bəlkə də danışsaydı, yaxud yazsaydı Nobeldən zaddan almışdı. Uşaqlığım rayonda keçib. On bir uşağın sonbeşiyiyəm. Bu cür böyük ailədə nəinki sağ qalmaq, adının çəkilməsi belə səni qürurlandırır. Atam çox vaxt bizi səhv salır. Səidə Fərid, mənə Səid, Cəmşid, Həmid deyir. Doqquz qardaş, iki bacıyıq. Məktəbi bitirən kimi qardaşlarımın təkidi ilə Bakıya gəldim oxumağa. Beləliklə, ailəmizdən şəhərə gələn ilk mən oldum. Arxamca su atdılar aftafa ilə. Atam qucaqlayıb öpdü. Sonra anam qucaqlayıb hönkürdü. Sonra bacılar, sonra kürəkənlər, sonra dayı, əmi deyənlər. Sonra qardaşlar. Lap sonda da qonşular. Öpüşüb-qucaqlaşmaqdan həmin gün iyrəndim.
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Can bağışlardı ləbin izhari-göftar eyləyib,
Vurmadan İsa ləbi canbəxşlikdən dəm hənuz.
Səcdəgah etmişdi eşq əhdi qaşın mehrabını,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.
Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,
Cism ilə can irtibatı olmadan möhkəm hənuz.
Əşk sərf eylər fələkdən kam hasil qılmağa,
Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz.
Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,
Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.
Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,
Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz.