Hər bazar günü səhər bulvara gəzintiyə çıxıram. Sakitcə dolaşaraq guya sağlamlığımı və düşünmək imkanlarımı genişləndirirəm. Bulvarı bir neçə dəfə o baş-bu başa gəzdikdən sonra körpüdə bir sakit yer seçib qağayıların hesabına ruhumu yeniləyirəm. Onların azadlığını seyr etmək həqiqətən də çox rahatladır adamı. Onları müşahidə etdikdən sonra anlamışam ki, əslində dəniz, qağayıların süfrəsidir.
Suya baş vurub öz ruzilərini götürür, havaya qalxır, müşahidə edir, yenidən cumurlar. Küləkli havada daha şən olurlar. Dalğaların sahilə çırpılan yerində əməlli-başlı məclis qururlar. Sakit havada süfrələri elə də zəngin olmur adətən.
Bu bazar hava sakit və soyuq idi. Xeyli gəzəndən sonra yenə körpünün üstündə dayanıb qağayılara baxırdım. Əlində tutduğu şəffaf selofan torbada 4 ədəd çörək olan bir nəfər gəldi. Məndən bir az aralıda torbasını yerə qoydu. Çörəyin birindən kəsib qağayıları yemləməyə başladı. Məclis qızışdı. Suyun üzərinə düşən çörək qırıntıları islanmağa macal tapmamış qağayıların dimdiyində yenidən havaya qalxıb bir andaca onların mədələrinə düşürdü. Bir qədər müşahidə edəndən sonra adamın bütöv çörəyi qağayılara yedirtmək fikrində olduğunu anlayıb ona yaxınlaşdım…
Uşaqlığını keçirdiyi evə, həyət-bacaya baxanda kövrəldi. Onu ən çox təsirləndirən artırmaya qalxan pilləkənin böyründəki çobanyastığı çiçəkləri oldu. İllər öncə yola düşüb gedəndə son dəfə dönüb geri baxmış, burdaca bitmiş çobanyastığı çiçəklərini görmüşdü. Çiçəklər onu yola salmışdı, indi də qarşılayırdı. Arvadı xəstələnəndə həkim resept yazıb vermişdi, aptekdən aldığı dərmanın qutusunu açıb içindəki sobanyastığı çiçəklərini görəndə heyrətlənmişdi. «Nəyinə bu qədər pul alırsız? Qardaşım kənddə bundan taya qoyur». «Onda burda nə işin var, çıx get öz kəndinə! — sarışın qız istehza ilə demişdi. – Qardaşının tayasından geninə boluna istifadə elərsən, pulunu havayı yerə verməzsən»
Qız ancaq cəhrayı gülləri seçirdi, elə seçir, ayırırdı ki, sanki xalçaya ilmə vururdu. Kənd qızlarına məxsus aydın, sadəlövh baxışları var idi, hər cəhrayı gül tapanda uşaq kimi sevinir, gözlərinin dərinliyində xəfif bir həsrət canlanırdı.
Qardaşı: — Bunlardan da götürün, — deyə al qırmızı gülləri qıza tərəf itələdi.
Qız bir anlığa əl saxladı, ləçəklərində şeh damcıları parlayan al qırmızı lalələrə baxıb gülümsədi, başını yırğalayıb yenidən cəhrayı gülləri axtarmağa başladı. Onu isə fikir götürmüşdü, bura gələndə yol boyunca azı yüz dəfə qardaşından necə pul istəyəcəyini təsəvvür eləmiş, hər dəfə də onu xəcalət təri basmışdı.
— Yəqin pul üçün gəlibsən? – qardaşının səsi onu xəyaldan ayırdı.
— Hə, — dedi, sevindi, qardaşı onu pul istəmək əzabından xilas eləmişdi.
— Yaxşıdı yenə, yoxsa qardaşın olduğu yadına düşməzdi. Olanım budu! – hirslə stolun üstünə bir çəngə pul atdı. – Mən burda pul kəsmirəm. Beş manatlıq şey satmaq üçün bir saat çənə döyürəm. Boğaza kimi borc içindəyəm. Bir fikirləş də.
Qaranlıq tində dayanıb səbirsizliklə gözləyirdi, oğlan isə görünmürdü. Nə oldu buna, pilləkənlə yumalanıb baş-gözünü əzdi, ya çox içdiyindən gəbərdi? Nəhayət oğlan tində göründü, fit çalaraq aşa-aşa ona tərəf gəlirdi. Qəlbində vəhşi sevinc baş qaldırmışdı, gəl dostum, göstərərəm sənə fit çalmağı, tələs, tez ol!
Oğlan yanından keçəndə qolundan yapışıb, qaranlıq küncə dartdı, bıçağı çıxarıb böyrünə söykədi.
— Ciblərini çevir! – astadan, ancaq qətiyyətli səslə dedi.
— Sən kimsən? – oğlan kəkələdi.
— It oğlu, pullarını çıxart!
— Axı…
— Ütülmüş meyit! – qarnından necə vurdusa, oğlan qarnını qucaqlayıb, iki qat oldu. – Tələs, yoxsa murdar sifətinə də, pullarına da tüpürüb, işini bitirəcəyəm!
Bu gün işə bir az tez gəlmişdi. On iki ilə yaxın idi bu küçədə işləyirdi.Doqquzmərtəbəli binanın yarımzirzəmisinin qapısını küçəyə tərəf açmışdı, birinci mərtəbədə yaşayan, fərasətli çıxıb zərzəmini özəlləşdirən «xozeyin». Bu zirzəmini də icarəyə vermişdi.Usta da bu zirzəmini mebel təmiri sexi eləmişdi.İşi yaxşı olurdu.Küçədə və yaxın məhəllələrdə demək olar ki, hamı onu tanıyırdı.«Ağdamlı Usta» deyirdilər ona.Əlindən gəlməyən iş yox idi. Yumşaq mebeldən tutmuş,şifoner,şkaf, stol,stul və sair ev əşyalarını təmir etməyi bacarırdı.Bu məhlədə 20-yə yaxın doqquzmərtəbəli bina var idi, demək olar ki, hamısında olan mənzillərdə işləmişdi.Kiminin divanını,kreslosunu təmir etmişdi, kiminin təzə mebelini yığmışdı, kimisinin köhnə mebelini söküb atmağa kömək eləmişdi və s.Həmişə də işini vicdanla, həm də münasib qiymətə görməyə çalışmışdı.Amma indi qanı qara idi. Çünki, beşinci mərtəbədə olan Ayxan adlı oğlan gəlmişdi bir az bundan qabaq,ona bir iş təklif etmişdi:
34
Alman alimi Vilhelm Humbolt zövcəsi Karolina fon Daxroydenə qırx dörd il ərzində hər gün yüz xətt şer ithaf etmişdir. Onlar otuz beş il intəhasız bir məhəbbətlə yaşayıblar. Karolinanın vəfatından sonra da Humbaldt onu unutmayıb. Ömrünün axırına kimi, hər səhər yazdığı şeri axşam aparıb sevimli qadının məzarı üstdə oxumağı bir adət şəklinə salıb...
Həyat böyük möcüzədir! Axı neyçün insanlar hamısı bir ürəklə yaşadıqları halda xislətləri müxtəlif olur? Buna səbəb nədir? Mən ki, Dəryanın yolunda məhəbbətimi, qayğımı əsirgəmədim. Atamın, anamın, Eminin, Qönçəbəyimin arzusuna, istəyinə qarşı çıxdım. Neçə qəlbi sındırdım, bircəciyini sevindirmək üçün. Bəs indi, evləndiyimiz vaxtdan hələ üç ay keçməmiş Dərya niyə sevgini, nəvazişi, əyləncəni məndə deyil, başqasında axtarır? Novruz bayramının axşamı atamın dediyi sözləri nə tez unutdu! “… Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xoşbəxtlik itməsin.” Görəsən, taleyimi Eminə bağlasaydım, o da mənimlə beləmi davranacaqdı? Yox! Inanmıram! Əslinə qalsa, heç Dəryanın da bu hərəkətini ağlıma sığışdıra bilmirəm. Ancaq… nə edim, Fəzilənin danışdıqları həqiqətə oxşayırdı.
Saat beşi ötmüşdü. Nahara heçnə hazırlamamışdım. Özüm də ac idim. Səhərdən institutdan gəlib yataq otağında uzanmışdım, elə hey fikirləşirdim.
Dərya içəri girəndə qalxmadım. O məni bu vəziyyətdə görüb, təşvişlə çarpayıya yaxınlaşdı:
İkinci dəftər
24
Dərya mənim idi, mən Dəryanın. Gecələr səhərədək bizim idi, biz sübhə kimi gecələrin...
Bəzən saatlarla dodaq-dodağa, sarmaş-dolaşa olurduq. Bir-birimizdən doymurduq. Ay aman, günlər nə gödəkmiş—əvvəllər bilməzdim. Toy axşamı çalınan musiqinin sədası hələ qulaqlarımdan getməmiş ər evinə gəldiyimin iki həftəsi tamamlandı. Bir aydan artıqdır Dəryanın nişan üzüyü barmağımdadır; işartısı hər dəfə gözümə sataşanda fərəhlənirəm. Elə bilirəm, onun üstündəki brilyant qaş deyil, mənim sevincimdir parlayır.