11
Otağımın gündoğara açılan pəncərəsindən xoşüzlü bir səhər gülümsəyir. Yuxudan xeyli vaxtdır oyanmışam. Ancaq qalxmaq istəmirəm, yer dəmi alıram. Gözlərimi yummuşam—dünənki əhvalatları xatırlayıram. Daha doğrusu, görürəm. Dərya ilə şirin söhbətlərimizi, dalğaların şırıltısına qarışan qəhqəhələrimizi eşidirəm. Bu təsəvvür sanki dünəni geri qaytarıb ikinci kərə təkrar edir mənimçün.
Biz Bakıdan çıxınca yaxın kəndlərin darısqal, yöndəmsiz yollarından keçirik. “Qayaaltı” deyilən sarı qumlu, nəhayətsiz bir sahilə gəlirik. Ətrafın genişliyi, havanın saflığı ürəyimi fərəhləndirir. Yayda dənizə çimməyə axışan adamlarla dolu olan bu səs-küylü yerlər indi tamam sakit və kimsəsizdir. Təkcə qağayılardır sahilin də Xəzərin də sakinləri. Dərya suyun qırağında maşını bir dövrə sürətlə fırladıb, saxlayır, təkərlər, ləpələrlə ütülənmiş yaş qumun üstündə naxışlı çevrələr cızır. Xəbər alıram:
—Sən elə niyə elədin?
Mən də Dəryaya “Sən” deyirəm. “Siz” onu məndən, məni ondan uzaqlaşdırır.
Maışından enirik. Dərya yerdəki, ikiqat haşiyəli çevrəyə baxıb, sualıma cavab verir:
—Bunun içərisində bir gözəl qızın şəklini salacağam.
Fırtına
Hər dəfə belə külək əsəndə o anı xatırlıyram... Birinci Dəftər
1
Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin
əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir. Səhərlər qızaran üfüqlər, doğan günəş, gecələr lacivərd səmada süzən ay, sayrışan ulduzlar, təbiətin qoynundakı meşələr, dənizlər, dağlar, şəlalələr, güllər, çiçəklər o qədər mənalı və möcüzəli görünür ki, tamaşasından doymursan. Hələ bütün varlığını ixtiyarını sərancamına verdiyin oğlan, qış nağıllarından gəlmiş müdrik, cəsur bir qəhrəmana dönür sənin üçün. Onun görüşlərində özünü insanların ən bəxtəvəri sanırsan. Istəyirsən o, daima səni oxşasın, əzizləsin, öpsün və hətta hərdən incitsin də. Belə anlarda unudursan, dünyada nə var—hamısını; müqəddəs bir mənanın səcdəsindən ayrılmırsan. Düşünürsən ki, damarlarında qan deyil, ülvi məhəbbətin pak duyğuları cərəyan edir və sən bundan xoşhallandıqca xumarlanırsan, əfsanəvi bir aləmin çəkisizlik şəraitində qov kimi yüngül olursan… Nəhayətsiz fəzalarda uçursan...
Bəli. Bu saat mən Könül də eləyəm. Nə yerdəyəm, nə göydə. Qərarım yoxdur. Bilmirəm ürəyimin çırpıntısını necə sakitləşdirim. Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir. Nə üçünsə, səbəbini anlamıram: “Dərya!”—deyə ucadan çağırmaq, qəhqəhə
Proloq
Bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb.
O getdi, ətri otaqda qaldı...
Söhbətimiz beşcə dəqiqə çəkdi:
—Olarmı?
—Buyurun.
İçəri boylu-buxunlu, şux qamətli, gözəl, cavan bir xanım girdi.
—Salam.—Astaca dilləndi.
—Əleykəssalam.
Mən qalxdım:
—Əyləşin.
Səhər yuxudan oyananda Səriyyə hiss etdi ki, bu gün nə isə baş verəcək. Yerində bir az qurcalandı, durmaq istəmirdi. Saat yeddidən beş dəqiqə keçirdi. Elə indi durmasa, uşaqlar dərsə gecikəcəklər. Sakitcə ayağa qalxdı. Əri hələ təxminən yarım saatdan sonra oyanacaqdı. Sonra dözmədi. Elə şirin yatırdı ki, əyilib ehmalca onun yanağından öpdü. Otaqdan çıxıb uşaqların otağına boylandı. İkisi də yatmışdı.
− Gülşən? Eldəniz? Uşaqlar, oyanın.