Musiqi kateqoriyası üzrə məqalələr

Musiqi zövqünün düşüncə tərzi ilə əlaqəsi

Bu vaxta qədər aparılmış olan araşdırmalar, musiqi seçimimizin birbaşa olaraq şəxsiyyətimizlə əlaqəli olduğunu göstərir. Əslində bunu anlamaq üçün labaratoriyaya girməyimizə, kitablara baş vurmamıza ehtiyac yoxdur; Şüurlu və ya şüursuz etdiyimiz təcrübə və müşahidələrin nəticələri, məlum xarakterə sahib insanların ən azından hansı musiqi növündən xoşlandığının ipucunu verir.

Musiqi şübhəsiz ki, günlük həyatımızın vazkeçilməz parçasıdır. Evdə, məktəbdə, ofisdə, avtomobildə, nəqliyyatda, idmanda, alış-verişdə, hətta küçədə gəzərkən belə istəkli və ya istəksiz hər an və hər yerdə qulağımıza çatan melodik vibrasiyalar, fərqli ruh hallarını da özü ilə gətirir. Musiqi ifa etmək, günümüzdə məhdud sayda bir kütləyə aid edilsə də, yüz illər öncə nəfəs almaq, danışmaq qədər təbii olan bir şəxsiyyət ifadə formasıydı; hələ də bəzi ibtidai qəbilələrdə bu adət davam edir.

Bəs dünyada modern və ya populyar musiqi olaraq adlandırdığımız günümüz musiqisini təşkil edən neçə kateqoriya olduğunu bilirdinizmi? Musiqi yazıçısı və verilənlər (data) analizçisi olan Glenn McDonaldın yaratdığı bir internet layihəsi – Every Noise At Once – bütün musiqi növlərini və alt növlərini bir yerə toplayaraq, bizlərə musiqili bir xəritə təqdim edir. Layihəyə görə bu an bildiyimiz 1371 ədəd musiqi növü və alt növü mövcuddur. Musiqi avtoritetlərinə görə bu say, getdikcə artmağa davam edir. Hər birimizin özünəməxsus olduğunu nəzərə aldıqda, 1371 musiqi növü əslində heç də qane edici deyil, elə deyilmi?
Davamı →

Səsi əfsanələşən xanəndə

Azərbaycanın musiqi beşiyi Qarabağda muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş görkəmli sənətkarlardan biri də Hacı Hüsüdür. O, mahir ifaçılığı ilə yanaşı, muğamlarımızın təbliğinə də önəmli töhfələr verib.
Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası yaxşı sənətkar kimi tanınıb. Hüsü ilk təhsilini molla məktəbində alır və elə bu dövrdən onun məlahətli səsinin olduğu aşkara çıxır. Şuşada yaratdığı məktəbdə bir çox xanəndələri yetişdirən Xarrat Qulu onun səsini, musiqi duyumunu yoxlayır, qeyri-adi istedadını bəyənir və məktəbə qəbul edir. O, müəllimindən ifaçılığın sirlərini öyrənir. 

Hüsü şuşalılar qarşısında ilk dəfə tarzən Sadıxcanın müşayiəti ilə “Çahargah” oxuyur və alqışlarla qarşılanır. Səsinin şöhrəti Azərbaycan hüdudlarını aşır...
İran hökmdarı Nəsrəddin şah 1880-ci ildə Hacı Hüsünü Təbrizə, oğlunun toyuna dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilir.
Davamı →

BİR MAHNININ TARİXÇƏSİ - "CÜCƏLƏRİM"

 “Cücələrim” mahnısı yazıldıqdan düz 10 il sonra məşhurlaşıb.

Demək, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan bu musiqiyə söz yazmasını xahiş edir. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazır. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı «ura»yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə) çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir.

Davamı →

Pianonun tarixi

Piano dəstəkli bir çalğı alətidir. Onun adı italyan dilindən keçmişdir, mənası piano — «sakit» deməkdir.

Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.

Piano iki formada mövcuddur:
*
Royal

* Piano

Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eyndiir.

Davamı →

XX əsrin əvvəli-ümumi panorama

Fransa musiqisində təşəkkül tapmış impressionizm cərəyanının görkəmli nümayəndələri Klod Debüssi və Moris Ravel öz əsərlərində ətrafdakı həyatdan — təbiətdən, məişətdən aldıqları ilk təəssüratlarını canlandırmağa çalışmışlar (elə cərəyanın adı da «impression», yəni «təəssürat» sözündən irəli gəlir). İtaliya opera sənətində meydana çıxmış verizm üslubu həyatın olduğu kimi — mübaliğəsiz, yaraşıqsız təsviri demək idi. Pyetro Maskanyininin (1865 — 1945) «Kənd na-musu», Rucero Leonkavallonun (1857 — 1919) «Məzhəkəçilər», Cakomo Puççininin (1858 -1924) «Bohema», «Toska», «Turandot», «Madam Batterflyay» əsərləri verizmin parlaq nümunələridir. Bu sırada Puççini musiqisi, Puççini üslubu xüsusi yer tutur. Başqa verist bəstəkarlarla müqayisədə Puççini operalarındakı surətlər daha dolğun və inandırıcı, vokal partiyalar daha zəngin və ifadəli, ümumi dramaturji quruluş isə çoxşaxəli, mürəkkəb xarakter daşıyır.

Davamı →

XVII əsrin əvvəlindən XVIII əsrin ortalarınadək

Bu dövrün bədii simasını müəyyənləşdirən bir sıra cərəyanlar sırasında barokko aparıcı rol oynayır. Dəbdəbə, əzəmət, möhtəşəmlik — barokko cərə­yanının bu kimi xüsusiyyətləri opera və oratoriyalarda, konsert və süitalarda parlaq bədii əksini tapir. Yenicə yaranmış opera janrı vətəni İtaliyada geniş yayılmağa başlayır. Venesiyada, Romada, Neapolda opera teatrları açılır; tamaşaların yüksək bədii səviyyəsini təmin etməkçün Neapol səhərində tarixdə ilk konservatoriya təşkil edilir.

Davamı →

Rok və Pop musiqisi

Bu anlayışın əhatə etdiyi müxtəlif cərəyanlar musiqinin ümumi məzmunu, üslub cəhətləri, hətta ifaçıların zahiri görünüşü ilə bir-birindən xeyli fərqli olsalar da, onların bünövrəsi, mənşəyi eynidir; hamısı blüzdən gəlir. Bu janr 50-ci illərin ortalarında görkəmli gitaraçılar Bi Bi Kinq, Maddi Uoters və başqalarının səyləri nəticəsində geniş tanınır və rok-n-roll adlı cəld, dinamik musiqi üslubunun yaranmasına təkan verir. Rok-n-roll üslubuna o dövrün istedadlı musiqiçiləri Çak Berri, Litl Riçard və nəhayət, əfsanəvi Elvis Presli geniş şöhrət qazandırırlar. Rok-n-rolla müraciət etmiş ilk ağ ifaçı, «rok-n-roll kralı» Elvis Presli bu musiqinin ecazkar daxili enerjisini duyub, onu öz heyranedici kompozisiyalarında məharətlə əks etdirmişdir.

Davamı →

Caz musiqisi

XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır.

Davamı →

“Jazz”ın yaranması

“Jazz” sözü ilk dəfə 1909-cu ildə «Uncle Josh in Society» mahnısında səslənmişdir və reqtaym – rəqs tipi mənasını daşıyırdı. Mətbuatda isə  “Jazz” sözü ilk dəfə 1913-cü ilin mart ayında işlədilmişdir. Bu San-Fransiskoda olmuşdur. Bundan 4 il sonra Amerika jurnallarından biri “Literary Digest” öz oxucularına məlumat vermişdir ki, — “Jazz elə bir musiqidir ki, adamları özlərini əsdirməyə, tullanıb düşməyə məcbur edir.”

O dövrlər Amerikada dəbdə olan zənci musiqi folklorları formalarından olan fəhlə mahnıları, ənənəvi rəqslər, blüzlər, spiriçuelslər və s. bərabər  “jazz” da populyarlaşmağa başlamışdır. Bu musiqidə təmiz zənci xalq mahnıları elementləri vardır.

Davamı →

Musiqi notlarının tarixi

Musiqidəki riyazi sirri kəşf edərək yazıya tökmənin ilk təməli Pifagor tərəfindən atılmışdır. Biz onu məktəb sıralarından məşhur dik üçbucaq teoremi ilə xatırlayarıq, amma Pifagor indiki vaxtda çatdığımız elm səviyyəsinin atasıdır. O, öz dövrünə qədər inkişaf etmiş bütün işləri bir intizam altında yığmış həndəsə, arifmetik, astronomiya, coğrafiya, musiqi və təbiət məlumatı olaraq ayrı-ayrı elm sahələri yaratmışdır.

Pifagor elmi, elm üçün düşünür, elmin tətbiq etmək onu maraqlandırmırdı. Bu səbəblə məlumat sevən mənasındakı filosof sözcüyünü ilk olaraq o istifadə etmişdir. Pifagor bütün kainatın ədədlər və aralarındakı əlaqələrə görə qurulduğuna inanırdı.

Pifagorun musiqinin içindəki riyaziyyatı bir dəmirçi dükanının qarşısından keçərkən kəşf etdiyi rəvayət edilər. Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifagorun marağını çəkmiş, dükanı bağlatdıraraq ustaya müxtəlif alətlər istifadə etdirmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüş.

Davamı →
Top