Musiqi kateqoriyası üzrə məqalələr

Bərbət

XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur.
Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilib. «Bərbət» sözünün bər «sinə», bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, «ləpələnmə», «dalğalanma» mənasını verməsi qeyd olunur.
Davamı →

Süleyman Ələsgərov

Respublikanın Xalq Artisti S.Ələsgərov tanınmış bəstəkar, musiqi ictimai xadimi olmuşdur. Ələsgərovun zəngin yaradıcılıq irsi cox genişdir. Müxtəlif janrlara müraciət edən bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental əsərlər, kantatalar, romanslar daxildir. Bəstəkarın musiqisinə optimizm, səmimilik xasdır. Müasir dövrün aktual məsələlərinin, insanların arzu və istəklərinin, təbiət lövhələrinin tərənnümü Ələsgərovun yaradıcılıgının əsas qayəsini təşkil edir.
Davamı →

Cahangir Cahangirov

Cahangir Cahangirov Ü.Hacıbəyli ənənlərini davam etdirən görkəmli bəstəkarlarımızdandır. Onun yaradıcılığının formalaşması 40-cı illərin sonuna təsadüf edir. Zəngin xalq musiqi yaradıcılığına, milli musiqinin nailiyyətlərinə, həmçinin rus klassikasının ənənələrinə əsaslanan C.Cahangirov dünya musiqi mədəniyyətinin müsbət cəhətlərini öz yaradıcılığında ifadə etmişdir.
Çoxşaxəli yaradıcılıq irsinə malik sənətkar «Azad» operasının, külli miqdarda xor, vokal instrumental əsərlərin, kütləvi mahnıların, dram tamaşalarına musiqinin müəllifidir.
Davamı →

Əfrasiyab Bədəlbəyli

Ə.Bədəlbəyli Azərbaycan musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, musiqişünas, dirijor, musiqi ictimai xadimi kimi daxil olmuşdur.
Bəstəkarın yaradıcılığının ana xəttini səhnə əsərləri təşkil edir. Lakin onun ən böyük tarixi nailiyyəti milli musiqi mədəniyyətində balet janrının əsasını qoyaraq «Qız qalası» baletini yaratmasıdır. Ə.Bədəlbəyli 1907 – ci il aprelin 19 – da Bakıda müəllim ailəsində anadan olmuşdur.
Davamı →

Elza İbrahimova - duyğulu və həzin mahnılar müəllifi

Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. «Bilməzdim”, „Gecələr bulaq başı”, “Ey Vətən”, „Qurban verərdim”, “Gəl barışaq”, „Mehribanım”, “Yoxluğunu bilə-bilə”, „Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Davamı →

Musiqidə və təsviri incəsnətdə sülh mövzusu

1949-cu ildə Parisdə və Praqada keçirilən Sülh Tərəfdarlarının I Ümumdünya konfransının emblemini məşhur ispan rəssamı Pablo Pikasso işləmişdi. Emblemdə dimdiyində zeytun budağı tutmuş ağ göyərçin təsvir edilmişdi. Əsərin adı «Sülh göyərçini»di.
Sülh mövzusu Azərbaycan ədəbiyyatının, təsviri incəsənətinin və musiqisinin aparıcı mövzularındandır.
Rəssam Kamil Nəcəfzadənin «Ana və uşaq» əsərində öz uşağını qoruyan qəlbi sülh arzulu ana obrazı təsvir edilmişdir. Adıçəkilən rəsm əsərinə tamaşa etdikdə böyük Azərbaycan bəstəkarı Qara Qarayevin «Məktəblilərin sülh haqqında mahnısı» yada düşür.
Davamı →

Soltan Hacıbəyov | Rəssam təxəyyüllü bəstəkar

Azərbaycan professional musiqisinin görkəmli nümayəndələrindən biri olan Soltan Hacıbəyov dünya şöhrətli bəstəkar olaraq yetkin və böyük sənətkarlıq qabiliyyəti ilə musiqi tariximizə öz damğasını vurmuş, dövrünün reallıqlarını göz önündə bulunduraraq istər keçmiş ittifaqda, istərsə də bütün dünyada milli musiqimizi ən gözəl şəkildə təmsil etməyi bacarmışdı.

Məşhur əsilzadə və ziyalı bir nəslin nümayəndəsi olan Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Azərbaycanın musiqi beşiyi olan Şuşada dünyaya göz açmışdı. Uşaqlıq çağlarında Şuşanın zəngin musiqi mühitində bir çox görkəmli xanəndə və tarzən ilə yaxından tanışlıq imkanı qazanmış Soltan Hacıbəyov öz gələcəyini musiqidən kənarda hiss etmirdi.
 
Davamı →

Dağlar qızı Reyhan

1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada «Gəlinqaya» adlandırılan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. Əslən Xaçmazın Padar kəndindəndir. 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan «Dağlar qızı Reyhan» şerinə musiqi bəstələyir. Bir versiyaya görə mahnının sözləri şair Tələt Eyyubova məxsusdur. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. Lakin bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır.  
Davamı →

Jazz haqda bilmədiklərimiz

Caz nədir? Bu həyəcanlandırıcı ritmlər, davamlı inkişaf və hərəkətdə olan xoş canlı musiqidir. Bu xüsusiyyətlərinə görə bəlkə də onu başqa bir janrla qarışdırmaq mümkün deyil.

Caz — XX əsrin əvvəllərində musiqidə yaranmış istiqamətdir. Caz Afrika ritmləri, ritual şənliklər, iş və dünyəvi mahnıları, keçmiş əsrlərin Amerika musiqisini yaxından əhatə edir. Başqa sözlə, bu, Qərbi Avropa və Qərbi Afrika musiqilərinin sintezindən ortaya çıxan yarısərbəst janrdır. 

Caz necə meydana gəlib?

Mürəkkəb ritmlərinin olması nəzərə alınaraq, cazın Afrikada meydana gəlməsi artıq qəbul edilmiş bir fikirdir. Bu ritmlərə rəqsləri, bütün mümkün ayaq hərəkətlərini, əlçalmalarını əlavə edirik və nəticəsi isə budur — reqtaym. 
Davamı →

Çoğur | Musiqi alətləri

Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir.

Ehtimal ki, çoğur «haqqı, allahı çağırmaq üçün istifadə edilən musiqi aləti» mənasını verir. Bu sözün dilimizdə işlənən "çalçağır" ifadəsindən törənməsini və sonralar "çoğur" kimi formalaşmasını da güman etmək olar. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən «Cahanarayi Şah İsmayıl Səfəvi» salnaməsində bu barədə deyilir. "...
Davamı →
Top