Azərbaycanda məhz əhalinin qidalanması ilə birbaşa əlaqəli olan bir çox xəstəliklər var: “Başlıca olaraq vitamin D əskikliyi səbəbindən çoxalan bir çox xəstəliklərimiz var. Çoxlarında ciddi şəkildə vitamin D defisiti var. Nəinki uşaqlarda, qadınlarda, demək olar ki, hər kəsdə bu çatışmazlığı görürük. Bildirim ki, ən çox əl, qol, qıç, sümük ağrılarını yaradan səbəb vitamin D əskikliyidir”.
Xaş yalnız düzgün bişirildikdə orqanizmə xeyirlidir
O zaman nə edək, nə yeyək ki, orqanizmdə D vitaminini yığa bilək? L. Zülfüqarlı deyir ki, xaş tərkibində çox miqdarda vitamin D olan ən faydalı yeməklərindən biridir. Lakin xaşın bişirilmə tərzi tamamilə yanlışdır: “Xaş düzgün bişirildikdə xeyirlidir, onu yemək olar. Amma düzgün bişirilmədikdə yeməyin, çünki ziyanlıdır. Xaş düzgün şəkildə bişirilmədikdə xeyirdən çox ziyan verir. Məsələn, mən dedim ki, vitamin D almaq üçün xaş yeyəcəyik. Amma biz o xaşı elə yanlış bişiririk ki, onu yeyən zaman trans yağların orqanizmə ötürüldüyü təqdirdə pis xolesterinin çoxalması nəticəsində qan-damar dövranının bəzi xəstəliklərindən əziyyət çəkə bilərik. Hətta bəzi kilo problemlərini, qaraciyər piy distrofiyası, ürəyin bəzi xəstəliklərini də buna bağlamaq olar”.