Qadınların ən böyük problemi qarın piylənməsidir. Üstəlik qısa zamanda piylənsə də, bundan xilas olmaq üçün uzun zamana ehtiyac duyulur. Fit bir görünüşə sahib olmaq isə hər qadının haqqıdır.
— Günə səhər yeməyi ilə başlayın.
— Gün ərzində 7-8 stəkan su için.
— Tərkibində qatqı maddəsi olan yemək və içkilərdən uzaq durun. Hər zaman orqanik qidalar yeyin.
— Qızartma, bol yağlı qidalardan uzaq durun. Yeməkləri zeytun yağı ilə bişirin.
— Uzun müddət tv, ya kompüter qarşısında oturmaq yuxu normasını pozur. Keyfiyyətsiz yuxu isə çəki almanıza səbəb olar. Buna görə vaxtınızın çoxunu tv, kompüter qarşısında keçirməyin.
— Turşu, spirtli içki və kafeindən uzaq durun.
Dukan pəhrizi
Professor Pierre Dukanın hazırladığı bu metod 2011-ci ilin ən məşhur və faydalı pəhrizi seçilib. Əsasən protein baxımından zəngin olan bu pəhriz dörd mərhələdən ibarətdir.
İlk 10 gün ərzində 100 fərqli qidadan istədiyiniz qədər yeyib beş kilo arıqlamağınız əsas hədəfdir. İkinci mərhələdə 68 fərqli, yüksək zülallı qida, üçüncü mərhələdə 32 müxtəlif növ tərəvəz qəbul edirsiniz. Son mərhələdə isə taxıl məhsulları və pendirlə qidalanırsınız. “The Academy of Nutrition and Dietetics” jurnalının məlumatına görə, bu dietin faydasını görmək üçün 2 ay kifayət edir.
Michael Phelps pəhrizi
2012-ci ilin haqqında ən çox danışılan pəhrizlərindən biridir. Həmin tarixdə keçirilən Olimpiada oyunlarında qızıl medal qazanan üzgüçü Phelps də bu pəhrizdən istifadə etdiyini bildirmişdi. Bu metodun digərlərindən əsas fərqi gündə 12.000 kalori almaq şansınızın olmasıdır. Bu proqramla gündə üç dənə yumurtalı buterbrod, üç şokoladlı şirniyyat və beş omlet yeyə bilərsiniz, amma Phelpsin bu pəhrizi hər kəsə uyğun deyil.
Paleo pəhrizi
2013-ci ilin ən çox istifadə olunan pəhrizi seçilən bu metodun əsas hədəfi ovçu babalarımız kimi bəslənərək xərçəng, diabet və ürək xəstəliklərindən qorunmaqdır. Bunun üçün süd məhsulları, kartof, taxıl və paxlalılardan uzaq dayanmağınız lazımdır. Babalarımız kimi ət, dəniz məhsulu, yumurta, meyvə, tərəvəz istifadə əsas, çərəzlər isə sərbəstdir. Zülal və yağ cəhətdən zəngin, karbonhidrat cəhətdən zəif olan bu pəhriz, amerikan qidalanma mütəxəssisləri tərəfindən tövsiyə edilir.
kishi.az
Xüsusi dəvət, ya ziyafətə gedərkən aclığa tab gətirə bilməyəcəyinizi düşünürsüzsə, belə hallarda həddən çox aclıq hissini azaldacaq çay var.
Ləvazimatlar:
1 böyük stəkan su
Yarım çay qaşığı, ya 1 paket çay
6 ədəd cökə yarpağı
1 balaca dəstə təzə nanə
Qeyd etdiyimiz pəhrizdə deyilənlərə diqqətlə əməl etsəniz, 100% zəmanətlə 1 həftəyə 5 kilo arıqlaya biləcəksiniz. Bu pəhrizlə yanaşı idman etmək 1 həftədə 8-12 kilo arıqlamağınıza kömək edəcək.