Dietologiya kateqoriyası üzrə məqalələr

Ən azkalorili məhsullar

Bütün dünya diyetoloqları arıqlamaq üçün ac qalmağı qəti şəkildə tövsiyə etmirlər. Bu həm lazım olan effekt verməyəcək — stress vəziyyətinə düşmüş orqanizm daha sonra bundan da artıq piy ehtiyatı yığmağa başlayacaq.

Həm də aclıq orqanizmin bütün orqan və sistemlərinə çox mənfi təsir edir- immun sistemi zəifləyir, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, ürək-damar, sinir və s. sistemlər əziyyət çəkir.
Davamı →

Tərəvəzli qəhvə

Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən təbii qida kimi qəbul olunur. Qəhvəni lazımi miqdarda qəbul etdikdə orqanizmin gücü artır, fəaliyyəti yaxşılaşır, fiziki və zehni yoruğunluq aradan qalxır, yüngüllük, xoş əhval-ruhiyyə və gümrahlıq yaranır.

Qəhvə tozu qəhvə ağacının toxumlarıdır. Qəhvə hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki onun tərkibində olan müalicə əhəmiyyətli maddələr parçalanaraq öz təsirini itirir. Qəhvədən qədərindən artıq istifadə etmək də onun faydasını azaldır. Artıq çəkidən əziyyət çəkən xanımlar piy qatından qurtulmaq üçün tərəvəzli qəhvə pəhrizindən istifadə edə bilərlər.
Davamı →

Yumurta pəhrizi

Yumurta ağır və çətin həzm edilən qida olsa da, onun hazırlanmasından çox şey asılıdır. Yumurta nə qədər çox bişsə və ya qızardılsa, orqanizmdə o qədər yavaş həzm edilir. Həkim-diyetoloqlar ilıq bişirilmiş yumurtanın həzmi üçün bir-iki saat kifayət etdiyini söyləyirlər. Bərk bişmiş yumurta və ya qayğanağın həzm edilməsi üçün ən azı 3 saat vaxt lazımdır. Əslində yumurta kalorili qida deyil, arıqlamaq istəyənlər üçün unikal məhsuldur.

Özündə orta hesabla 80-100 kkal saxlayır və bütün kalorilər yumurtanın sarısındadır. Yumurta pəhrizi rejimindən əvvəlki çəki ilə pəhrizdən sonrakı çəki arasında çox böyük fərq olur. Pəhrizə əməl etməklə 4 həftədən sonra çəki 20-28 kiloqrama qədər aşağı düşür. Qidalanma rejimi zamanı hər hansı məhsulu başqası ilə əvəz etməyə icazə verilmir.
Davamı →

Dietik şorba

Arıqlamaq üçün müxtəlif yollar və üsullar axtaran bir çox insan var. Arıqlama mövzusunda sizə köməkçi olacaq ən yaxşı üsul isə balanslı və şüurlu qidalanma olacaq. Bir çox tərəvəzin birləşməsindən ibarət olan bu şorba maddələr mübadiləsini olduqca sürətləndirdiyi üçün maddələr mübadiləsi şorbası adını almışdır.

Maddələr mübadiləsi şorbasının içərisində olmayan yoxdur. Buna görə də insan bədəninin sürətlə arıqlamasına köməkçi olur. Bu tərkibi sayəsində maddələr mübadiləsini sürətləndirərək, arıqladır. Təkcə maddələr mübadiləsini sürətləndirmir, həzm sisteminin fəaliyyətini də yaxşılaşdırır və bədənin müqavimətini artırır. Arıqlamaqla birlikdə eyni zamanda sağlam bir həyat da bəxş edir. İndi isə keçək şorbanın hazırlanmasına.
Davamı →

Yerkökü pəhrizi

Yerkökü ən faydalı meyvəköklərdən sayılır, onun tərkibində karbohidratlar, piy, azot maddələri, çoxlu vitaminlər, efir yağları, piyli yağ, protein və askorbin turşuları, lesitin, spirolalar və s. var. Yerköküyə narıncı rəng verən beta-karotindir. O, vaxtından qabaq qocalmanın qarşısını alır, immun sistemini möhkəmləndirir və orqanizmə müsbət təsir göstərir. Beta-karotin tərkibinə görə yalnız şirin bibərdən geri qalan yerkökü dadına görə onu qat-qat üstələyir. Karotin qaraciyər fermentləri ilə qarışıqlı təsir nəticəsində əla antioksidanta – A vitamininə çevrilir.

O, orqanizm hüceyrələrinə məhvedici təsir göstərən azad radikalların əmələ gəlməsinə mane olur. Hipertoniya, artrit, bədxassəli şişlər, katarakta və aterosklerozun inkişafının qarşısını alır, maddələr mübadiləsinin normallaşmasına, əqli və fiziki inkişafa, görmə qabiliyyətinə müsbət təsir göstərir.
Davamı →

İsveç pəhrizi

Son vaxtlar ən geniş yayılan pəhriz növlərindən biri də İsveç pəhrizidir. 13 gündə 7-20 kilo arıqladan İsveç pəhrizinin xüsusiyyəti və ən əsas üstünlüyü verilən çəkinin geri qayıtmamasıdır. Bunun səbəbi maddələr mübadiləsini dəyişdirərək sürətləndirməsidir.

Hər gün üçün fərqli menyusu olan pəhriz müddətində əməl edilməli bəzi qaydalar var. İki həftədə 7-20 kilo çəki azaldan 13 günlük İsveç pəhrizi hər gün fərqli menyular təqdim edir.

Təqdim edilən miqdardan artıq qazlı içki, qəhvə və çay içmək olmaz.
Gündə 2 litr su içməlisiniz. Pəhrizə ara vermək istədikdə 6-cı günü tamamlamış olmalısınız.
İsveç pəhrizini 13 gündən çox davam etdirmək olmaz. Üç aydan bir təkrarlaya bilərsiniz.
Davamı →

Kökəlmək üçün ilk addımlar


Bədəninizə uyğun paltar tapa bilmirsiz? Geydiyiniz hər şey üstünüzdən düşür? Bir çoxları artıq çəkidən azad olmaq üçün müxtəlif proqramlar tətbiq edərkən, siz ancaq kökəlmək istəyirsiniz? Bu zaman aşağıdakı yazı tam sizə görədir.

Kökəlmək və orqanizmdə olan zəifliyi aradan qaldırmaq istəyənlər ilk növbədə zəifliyin səbəbini bilməlidirlər. Bura qalxanvarı vəzinin sürətlə işləməsi, bağırsaqlarda parazit olması, iltihablı bağırsaq, genetik və psixosomatik səbəblər aid edilə bilər. Təbii ki, əsas səbəbi həkim doğru söyləyəcəkdir. Əgər hormonal səbəblərdən ötəri zəiflik meydana gəlmişsə, hormon müalicəsi kafi hesab olunur. Orqanizimdə olan parazitlərdən qaynaqlanırsa bu zaman müxtəlif dərman və tabletlərlə müalicə edilir.
Davamı →

Kökəlmənin sağlam yolları

Əziz xanımlar, içimizdə artıq çəkidən qurtulmaq istəyənlər kimi çəkisini artırmaq istəyənlər də var. Sizə sağlam kökəlmənin yollarını təqdim edirik. Artıq çəki bir çoxlarında xroniki xəstəliklərə tutulma riskini artırdığı kimi arıq olmaq da sağlamlıq problemlərindən biridir. Saçların tökülməsi, dərinin quruluğu, halsızlıq, depressiya, qadınlarda menstruasiya problemləri ən çox rast gəlinən şikayətlərdəndir.

Əgər bədəndəki yağ dərəcəsi qadınlarda 9-10 %-dən, kişilərdə 7-8%-dən azdırsa, bu, zəif yağlılıq kimi dəyərləndirilir. Yağ dərəcəsi bu dəyərlərdən daha da aşağıdırsa, əvvəlcə bunun səbəbləri müəyyən edilməlidir. Səbəblər bunlar ola bilər:
Davamı →

Makaron kökəltmir

Arıqlamağa başlayan insanlar adətən makarondan imtina edirlər. Uzun illər ərzində belə hesab olunurdu ki, makaron yeyən insanlar kökəlir.

Tech Times xəbər verir ki, İtaliya alimlərinin son araşdırmaları göstərib ki, makaron kökəlməyə səbəb olmur. Lakin makaronlara əlavə olunan yağlı souslar həqiqədən artıq çəkiyə səbəb ola bilər.

Alimlər 23 min insanın qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, bərk buğda növlərindən hazırlanan makaronları nəinki kökəlməyə səbəb olmur, əksinə belə makaronları tez-tez yeyən insanların bədən kütləsi indeksi daha aşağı olub.

Alimlərin fikirinə görə, bərk buğda növlərindən hazırlanmış makaronlar insanda tez toxluq hissi yaradır və onları yeyən insan daha gec acır ki, bu da normal çəkinin saxlanılmasına kömək edir.
Davamı →

Az yeyirəm, ancaq kökəlirəm...


Bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır — qidalanma dəyişilməyib, fiziki hərəkətlik normadadır, ancaq çəki artır. Bəzən bu insanlar hətta pəhriz saxlamağa, daha az yeməyə çalışsalar da, heç bir köməyi olmur və bədən çəkisi artmaqda davam edir.

Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar bədən çəkisinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin «səbəbsiz» artmasını müşahidə edirsinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

Beləliklə, çəkinin «səbəsiz» artması bu kimi pozulmalar zamanı baş verə bilər:
Davamı →
Top