Dahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur, Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edir, 10 il ərzində bu qəzetin həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur. Şopenin istedadını dünyaya açan, Bramsdan yeni parlayan ulduz kimi danışan da məhz Şumandır. O, öz məqalələrində musiqi sahəsində mütərəqqi olan hər şeyi qızğın müdafiə edir.
Qlazunov 19–cu əsrin sonu 20-ci əsrin əvvəllərində rus klassik musiqisinin nümayəndələrindəndir. Onun yaradıcılığında 19-cu əsrin müxtəlif cərəyanları birləşmişdir. Yaradıcılığının ilkin dövründə o, «Qüdrətli Dəstə» bəstəkarlarının təsiri altında olur. Sonradan isə onun Çaykovskinin simfonik təfəkkür prinsipindən, Listin yaradıcılığından bəhrələndiyi hiss olunur.
Avstriya bəstəkarı, Vyana klassik məktəbinin nümayəndəsi Frans Yozef Haydn simfoniya və simli kvartet kimi musiqi janrlarının banilərindən biridir. Vaxtilə Pyotr Çaykovski Haydn haqqında deyirdi: “O olmasaydı, nə Mosart, nə də Bethoven olardı”. Haydnın taleyi sənətinin vurğunu olduğu digər böyük bəstəkar İohann Sebastyan Baxın taleyinə bənzəyir.
Bəstəkar, pianoçu, dirijor Sergey Vasilyeviç Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. O, 1873-cü il martın 20-də Rusiyanın Novqorod quberniyasında zadəgan ailəsində anadan olub.
Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib.
Burda güllələnmiş hər bir qoca mənəm,
Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.
İranın qadağan olunmuş səsi. Söhbət Mohsen Namjoodan gedir. Milyonlarla dinləyicisi var bu musiqiçinin. Bizim ölkədə də bir çoxları tanıyır, sevir, bir çoxları da hələ xəbərsizdir. Xəbərsiz olanlar üçün bəri başdan deyim ki, dinləyin… Mütləq.
23 illik qısa həyatında milli musiqi sənətimizdə əvəzsiz xidmətləri olmuş A.Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. O, 1926-cı ildə Bakı Musiqi Texnikumunu, 1931-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib.