
Coşqun ehtiras və çılğınlıqla yanaşı, xəyalpərəst-lik və ideal sorağı — budur Şuman musiqisinin səciyyəvi cəhətləri. Robert Şuman(1810 — 1856) həm sənətkar, həm də şəxsiyyət kimi romantizmin parlaq təmsilçisi olmuş, dövrünün gərgin mənəvi və fəlsəfi axtarışlarını öz musiqisində, eləcə də məqalə və kitablarında əks etdirmişdir. Bəli, görkəmli alman bəstəkarı Şuman vətənində həm də musiqi tənqidçisi, istedadlı qələm sahibi kimi də tanınmışdır. Yaratdığı «Yeni musiqi jurnalı»nın səhifələrində o, musiqi ilə bağlı mütərəqqi ideyalarını yorulmadan təbliğ edir, yüksək bədii səviyyəli musiqi əsərlərini və onların müəlliflərini musiqisevərlərə tanıdırdı.
Onun barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı.
Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 31.03.1861, Şuşa — 20.04.1944, Bakı) — xanəndə.
Sara Bəbiş qızı Qədimova (31, 05, 1922, Bakı — 12, 05, 2005, Bakı) — Azərbaycanın xalq artisti (1963). 1978-ci ildən Azərbərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Azərbaycanın "Şərəf nişanı", "Şöhrət" ordeni ilə təltif edilmişdir.
“Aylı sonata” Lüdviq van Bethovenin ən möhtəşəm əsərlərindəndir. Bu — çox maraqlı bir məhəbbət məcarasından yaranmış bir musiqi əsəridir.
Belə ki, bu möhtəşəm musiqi əsərini dahi bəstəkar gənc qız Culyetta Qviççardiyə həsr etmişdir. Bu gənc qız bəstəkarın ürəyini fəth etmiş və sonra isə bəstəkarın ürəyini “qəddarcasına” qırmışdır. Amma bu möhtəşəm musiqiyə qulaq asarkən aldığımız zövqə görə, məhz Culyettaya minnətdar olmalıyıq.
L.V.Bethoven (1770-1827) Almaniyanın Bonn şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri çox ağır keçmişdir. Atası onun musiqi istedadından insafsızcasına öz məqsədləri üçün istifadə etmişdir. Səhərdən axşamacan klavesin arxasında oturmağa atası onu məcbur edirdi.
L.V. Bethoven ilk dəfə 8 yaşında ikən kütləvi konsertlər verərək pul qazanmışdır. Təbii ki, bu pulları atası mənimsəmişdir. 20 yaşında ikən isə o, artıq klavesində və skripkada çox gözəl ifa edirdi. Lüdviq çox istedadlı olması ilə bərabər, çox qapalı, təkliyə meyilli, ünsiyyətsiz idi. Gənc yaşlarında ikən, onun sinif rəhbəri olan Kristian Qotlib Lüdviqdə təbiətə, insanlara sevgi, ətrafdadakılara xoş münasibət hissi oyatmışdır. Məhz o, Lüdviqə qədim dilləri, fəlsəfəni, ədəbiyyatı, tarixi və etikanı öyrətmişdir. Bundan sonra Bethovendə humanistlik, insansevərlik,azadruhluluq yaranmışdır.
Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində anadan olmuşdur. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.