Parisdə F.Şopenin adı polyak musiqisinin emblemidir. Baxmayaraq ki, atası Nikolay Şopen milliyyətcə fransız idi, Fridrix canıyla, qanıyla polyak mədəniyyətinin yetirməsi, polyak musiqisinin sütunuydu. Polyak xalqı bütün tarixi, xarakterik cizgiləri, obrazı və köklü sənəti ilə onun musiqisində ehtiva olunurdu. Polyak milli rəqsləri Şopen klaviaturasının təməliydi.
Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil.
Bethovenin ömrünün son illəri idi. Qulaqları ağır eşitməyə başlamışdı. Hər kəsin Bethovenin bu halına yazığı gəlirdi. Karlıq onu cəmiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda yaradıcılığına da ağır zərbə vururdu.
Bəstələdiyi əsərləri eşitməmək Bethoveni dəli etmişdi. Hətta bir neçə dəfə həyatına qəsd etməyi belə düşündü. Amma hələ tez idi. Bəstələmək məcburiyyətində olduğu əsərləri var idi.
O talehi ilə mübarizə apararkən Avropa böyük bir müharibə ilə imtahan olunurdu.
Bethoven insanlığın qəhrəmanı, səltənətin düşməni olaraq gördüyü Napaleon Bonaparta heyran idi. Bəstələdiyi 3-cü Simfoniyanı ona həsr etməyə qərar verir. Tam əsəri Parisə göndərməyə hazırlaşarkən, Napaleonun «fədəkar qəhrəman»lıqdan çıxıb imperator taxtına oturduğunu eşidir və çox əsəbiləşir.
Böyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli, professor Cövdət Hacıyevin (18 iyun 1917 — 18 yanvar 2002) milli simfonizmin təşəkkül tapmasında və inkişaf etdirilməsində xüsusi rolu olmuşdur.
Azərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov (12 may 1907 — 10 iyun 1983) Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.
Musiqiçi və bəstəkar, alternativ rok qrupu «Nirvana»nın vokalisti və gitaristi Kurt Cobain’in intihar məktubu:
Görkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» və «İstiqlal» ordenli, professor Vasif Adıgözəlovun (28 iyul 1935 — 15 sentyabr 2006) yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Çexoslovakiya, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
Mən belə düşünürəm ki, hər bir insan dünyaya gəldiyi ilk andan qismətinə düşən ömür payını yaşamağa başlayır. Və belə qənaətə də gəlmək olar ki, hər bir insanın doğum tarixi o şəxsin «həyat məktəbi»nə qədəm qoyduğu gündür. Beləcə bu gündən başlayır hər bir insanın həyat dərsləri. Elə isə gəlin, haqqında söhbət açacağımız hörmətli sənətkarın həyat və yaradıcılıq yoluna üz tutaq. Onların ölüm səbəbləri...
Tanınmış rok və blüz ifaçıları arasında 27 yaşında ölənlərin sayı başqa yaşlara nisbətən daha çoxdur. Bu musiqiçilər üçün hətta «27-lər klubu» adı qəbul olunub. Bu klubun əsas məşhur simaları olan Brayan Cons, Cimmi Hendriks , Cim Morrison və Cenis Coplinin müxtəlif səbəblərdən 10 ay ərzində ölümü klubun yaranmasına təkan verən əsas məqamlardan biri olub. Daha sonralar isə bu kluba Kurt Kobeyn, Emi Uaynxaus və digərləri əlavə edildi.
Brayan Cons (28 fevral 1942 — 3 iyul 1969)-. “The Rolling Stones” qrupunun qurucularındandır, gitarist idi. Bir neçə musiqi alətində ifa etməyi bacarırdı.Hovuzda boğulub. Təsdiq olunmamış məlumata əsasən qətlə yetirilib.
Cimmi Hendriks (27 noyabr 1942 – 18 sentyabr 1970)- Rok musiqisi tarixində ən yaxşı gitara ifaçısı hesab olunur. O həm də bəstəkar və vokal ifaçısı idi. Yüksək dozada yuxu dərmanı qəbul etdikdən sonra qusmağında boğularaq ölüb.
Cenis Coplin (19 yanvar 1943 – 4 oktyabr 1970)- Rok musiqi tarixinin ən böyük vokal ifaçılarından biri hesab olunur. Yüksək dozada narkotik qəbulundan ölüb.
Cim Morrison (8 dekabr 1943 – 3 iyul 1971)- Şair, vokal ifaçısı, bəstəkar, rejissor, “The Doors” qrupunun solisti və lideri, ən böyük rok musiqiçilərindən biridir. Rəsmi informasiyalarda onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir, lakin yüksək dozada narkotik qəbulu və sui-qəsd versiyaları da var.
Ötən söhbətlərimizin birində tanış olduğumuz Areta Frenklin çıxışlarının birində souldan söz açarkən onu belə qiymətləndirmişdi: "Əgər mahnı mənim yaşadıqlarımdan və yaxud yaşaya biləcəklərimdən danışırsa, deməli yaxşı mahnıdır. Amma mahnı mənə yaddırsa, onda tamamilə gücsüzəm, heç nə edə bilmirəm. Mənim üçün soul doğma musiqidir".