
Martini 16-18* tündlükdə olan spirtdən və bitkilərdən hazırlanmış tinkturadır. Martininin tərkibində 35-dən çox bitki var. Bu bitkilərin siyahısında nanə, solmazçiçək, zəncirotu, çobanyastığı, keşniş toxumu, zəncəfil, darçın, yovşan, boymədəran və s. var. Martininin hazırlanması zamanı bitkilərin həm çiçəklərindən, həm də toxumlarından istifadə edilir. İlk dəfə martini 1863-cü ildə İtaliyanın Turin şəhərində hazırlanıb. Martini il dəfə Martini Rossi zavodu hazırlayıb. Onun unikal tərkibi isə qısa bir zamanda bu içkinin məşhurlaşmasına səbəb olub.
İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?
Durna balığı sürü şəklində yaşayan balıqlardandır. Onun uzunluğu 1,5 metr, çəkisi isə 35 kiloqrama qədər böyüyə bilir. Amma əsasən durna balığının 8 kq çəkiyə qədər böyüyən növlərinə rast gəlinir. Durna balığının ölçüsü və rəngi yaşadığı su hövzəsinin mühitinə uyğun olaraq dəyişə bilir. 
Dovşan demək olar ki, dünyanın bütün ölkələrində yaşaya bilən heyvanlardandır. Onların həyat tərzi çox sadədir. Dovşanlar səhər və axşam yeməyə çıxırlar və ölənə kimi doğulduqları yerdə yaşayırlar. Onlar təhlükə hiss etdikləri zaman yaşayış yerlərini tərk etsələr də, ondan 2 km uzağa getmirlər.
Dil ən dadlı delikateslərdəndir. Dil əti dadlı, zərif və qidalandırıcı olur. Dildən həm tək halda, həm də müxtəlif salatlarda istifadə edilir. Dili bişirməzdən əvvəl soyuq suda saxlayıb ona duz və ədviyyatlar əlavə edirlər. Sonra dilin üstündə olan nazik dəri soyulur. Bir-neçə saat belə suda saxlanılan dil bişirilən zaman daha dadlı və yumşaq olur. Dil bütöv və ya doğranmış halda bişirilir.
Dəvəquşu yumurtası onun özünün ölçüsünə uyğun olduğundan digər yumurtalardan daha böyük ölçüdə olur. Dəvəquşu yumurtasnını satış qiyməti çox böyükdür. Ən faydalı yumurta isə gənc dəvəquşunun yumurtası hesab edilir. Onu yanlız dəvəquşu fermalarından almaq mümkündür. Dəvəquşu yumurtasının tərkibi toyuq yumurtasının tərkibindən çox fərqlənmir. Onun ölçüsü isə 25-40 toyuq yumurtası qədər olur.